Bunları mütləq bilməliyik

Surə nədir?
_Quranın bəsmələ ilə ayrılan hər bir bölümüdür...

Ayət nədir?
_Qurani Kərimdə durğu işarələri arasındakı cümlə və ya ifadələrdir...

Fərz nədir?
_Dinlə bağlı etməli olduğumuz vacib bir şeydir...

Vacib nədir?
_Fərz qədər vacib olmayan, edilməsi istənənə şeydir...

Sünnət nədir?
_Peyğəmbər əfəndimizin etdiyi və müsəlmanların da etməsini istədiyi dini vəzifələrdir...

Hədis Nədir?
_Hz. Peyğəmbərin sözləri və ya ONun hərəkət və təsdiqlərinin sözlə ifadəsinə deyilir...

Mübah Nədir?
_Dinən edilib edilməməsi sərbəst buraxılan şeydir...

Haram Nədir?
_Dinən edilməsi qəti olaraq qadağan edilən şeydir...

Halal Nədir?
_Dini bir termin olaraq Dinən icazə verilmiş, haqqında dini bir qadağan etmə və məhdudlaşdırma olmayan davranışı və onun dini-hüquqi hökmünü ifadə edər...

Təyəmmüm Nədir?
_Dəstəmaz ya da boy dəstəmazı almaq üçün su olmadığı vəziyyətlərdə niyyət edilərək
təmiz torpaq və ya torpaq cinsindən bir şeyə əlləri sürtüb üzü və qollara sığal çəkməkdir...

Qüsl Nədir?
_Ağızı burnun içini və bütün bədəni yumaqdır...

Zəkat Nədir?
_Dinən zəngin sayılan müsəlmanların müəyyən yerlərə sərf edilmək üzrə mallarından verməklə öhdəçilikli olduğuqları müəyyən paydır.

Xətm Nədir?
_Qurani Kərimin başdan sona qədər oxunub bitirilməsidir....

Kəbə nədir?
_Müsəlmanların namaz qılarkən yönəldikləri Məkkədəki Məscidi Haramın içində olan Hz. İbrahim ilə oğulu Hz. İsmayıl (Ə.S.) tərəfindən tikilmiş olan müqəddəs məbəddir...

Qiblə nədir?
_Müsəlmanların namaz qılarkən yönəldikləri tərəf Kəbə cəhətidir...

İbadət Nədir?
_Allaha könüldən istəyərək yönəlmək və qarşılığında savab vəd edilən dini vəzifələri və əməlləri Allahın razılığını qazanmaq məqsədiylə yerinə yetirməkdir...

Mömin Kimə Deyilir?
_Allaha Hz. Peyğəmbərə və ONun xəbər verdiyi şeylərə könüldən inanıb qəbul və təsdiq edən kimsədir...

0 şərh