İslamda təmizlik

təmizlikİslam dinində təmizlik insanlığın təməl prinsiplərindəndir. İbadətə hazırlaşan insan xüsusi təmizlik mərhələlərindən keçdikdən sonra yönünü Qibləyə çevirir. Peyğəmbərimizin (s.ə.s.) hədislərində təmizlik həm gözəllik, həm ibadət, həm də sağlamlıq üçün çox önəmli amil kimi dəyərləndirilir. Onun buyruqlarında gigiyena ilə bağlı yer alan tövsiyələr bu gün tibb elmini heyrətə salır.

Rəsulullah(s.ə.s.) buyurur ki, dəstəmaz alarkən gözlərinizə su içirin. Bu, o deməkdir ki, göz çuxurlarına su verin, onları yaxşı-yaxşı ovuşdurun. Bu gün bir çox göz xəstəliklərinin məhz göz çuxurlarının təmizlənməməsi ucbatından əmələ gəldiyi məlumdur. Göz masajı, yəni göz çuxurlarının yüngülcə ovuşdurulması görmə qabiliyyətinin yaxşılaşdırılması üçün ən səmərəli təmrinlərdən hesab olunur. Hətta Dünya Səhiyyə Təşkilatı gün ərzində ən azı bir dəfə göz qapaqlarını və çuxurlarını yaxşı-yaxşı yumağı məsləhət görür.

 Peyğəmbər Əfəndimiz(s.ə.s.) dırnaqların kəsilməsinə, əlləri yuyarkən barmaq aralarının təmizliyinə xüsusi diqqət yetirir. Adı çəkilən yerlər daha çox mikrobların yığıldığı nahiyələrdir.

 Saça baxım məsələsində də Peyğəmbərimiz(s.ə.s.) yenə ən gözəl örnəkləri bizlərə təqdim edir. Başı təmiz yuduqdan sonra ona yüngülcə zeytun yağı çəkərək daramaq, həm dərini masaj edir, həm də zeytun yağı dərini də saçları da qidalandırır. Rəsulullah(s.ə.s.) bəzən də saçları müxtəlif ağacların çiçəkləri və ya bitkilərlə yumağı məsləhət görür.

 Rəsulullahın(s.ə.s.) dövründə Avropada daha çox tünd rəngli paltarlar geyməyə üstünlük verirdilər, çünki tünd rəngdə kir izləri bilinmir. Peyğəmbərimiz(s.ə.s.) isə öz səhabələrinə mümkün olduğu qədər ağ rəngli paltarlar geyməyi tövsiyə edir. Çünki ağ rəng təmizliyin, gözəlliyin rəmzidir, kiri gizlətmir. Yəni ağ paltar geyinən adam istər-istəməz onu təmiz saxlamağa məcbur olur.

 Yemək və su içmək mövzusunda Allah Rəsulunun(s.ə.s.) o qədər gözəl tövsiyələri var ki, tibb elmi onların faydasını izah etdikcə adam heyrətə düşür. Peyğəmbərimiz(s.ə.s.) içilən suyun təmizliyinə xüsusi fikir verib.

 622-ci ildə müsəlmanlar Məkkədən Mədinəyə hicrət edərkən bu şəhərdə Rumə quyusu yeganə su qaynağı hesab olunurdu. Quyunun səlahiyyəti isə bir yəhudidə idi. Müsəlmanlar su sarıdan korluq çəkirdilər, quyu sahibi müsəlmanlara suyu çox baha qiymətə satırdı. Peyğəmbərimiz(s.ə.s.): “Kim Rumə quyusunu satın alıb bütün müsəlmanların istifadəsinə verəcəksə, əmin olun ki, cənnətdə onun üçün bundan daha xeyirlisi vardır”. Rəsulullahın bu çağırışına cavab olaraq Həzrəti Osman(ə) həmin quyunu yəhudidən satın alaraq müsəlmanların istifadəsinə verir. Quyunun yəhudinin əlindən çıxıb müsəlmanlara keçməsi də əsrlər boyu söylənən çox ibrətli bir hadisədir.
 təmizlik imandandır 

3 şərh

nurr
dəyərli mılumatdi .goz cuxurlarinin yuyulmasni bilmirdm coxsagolun
heyatin-ellerinde

Çox maraqlı yazıdı.Ən çox marağımı çəkən açıq rəngli paltar geymək idi.Rəbbimiz necə də hər şeyi bizim üçün düşünüb...Bu dəyərli məlumatlar üçün çox sağolun