Dünyəvilik Qədim Yunanlardan və Romalılardan Deyil, Haqq Dinlərdən Öyrənilmiş İdarəetmə Formasıdır

Rəbbimiz bütün haqq dinlərdə eyni əmr və qadağaları bildirmiş və hz. İbrahimdən (ə.s) bu yana iman edənlərin hamısını müsəlman adlandırmışdır. Dolayısilə bütün haqq dinlər içində təhrif olmadan günümüzə qədər gəlib çatan İslam dini dünyəviliyin də təməlidir.  

«Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bu (Kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möh­­kəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!»  (Həcc surəsi, 78)

Quranda dünyəvilikdən bəhs olunur

Dünyəvilik, demokratiya, respublika məfhumları İslam dininin və Quran ayələrinin əsasını təşkil edir. Çünki İslam dini fikir və inanc azadlığına əsaslanır və başqa dindən olanlara, hətta inancsız insanlara belə azadlıq tanıyır. İslam dininin əsasında dayanan şəfqət, mərhəmət və azadlıq anlayışı dünyəvilik və respublikanın da əsasını təşkil edir.

Bir insanın İslamı qəbul etməsi tamamilə öz azad iradəsinə bağlıdır. İslamı qəbul etdikdən sonra Quranda əmr olunan ibadətləri yerinə yetirməsi və harama girməməsi də həmin şəxsin vicdanından asılıdır. Sözsüz ki, müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunmasına təşviq edə və ya xəbərdarlıq edə bilərlər. Amma bu mövzuda məcburiyyət olmamalıdır. Qarşıdakı insana din əxlaqını yaşaması üçün təzyiq göstərilməsi yolverilməzdir. Bu gerçək Quranda belə bildirilir:

«Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir.» (Bəqərə surəsi, 256)

Dünyəvilikdə inanclı insanlar da, dinsiz insanlar da, fərqli din mənsubları da yaşadıqları ölkənin vətəndaşıdırlar və ayrı-seçkilik edilmədən hər kəs eyni hüquq və azadlıqlara sahib birinci dərəcəli insandır. Ayədə insanların inanc azadlığı belə vurğulanır: 

«Sizin dininiz sizə, mənim dinim də mənədir!» (Kafirun surəsi, 6)

 


Dünyəvilik müsəlman üçün çox böyük rahatlıqdır

Dünyəvilik müsəlmanlar, xristianlar, yəhudilər, hətta ateistlər üçün də rahatlıqdır. Hər kəs başqalarının fərdi hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdır. Bu isə yalnız dünyəvilik çərçivəsində mühafizə edilə bilər. Bu səbəbdən də dünyəvilik hər kəs üçün həm gərəklidir, həm də komfortdur. 

Dünyəvi sistemin qurulmasıvacibdir

Bəzi insanlar dünyəviliyin İslam əxlaqının və fərqli din anlayışlarının yaşanmasına vəsilə olduğunu anlaya bilmirlər. Halbuki dünyəvi mühit olmasa, səmimiyyətsiz insanlar, münafiqlər, xurafatçılar müxtəlif taktika və aksiyalarla üzə çıxarlar. İslam dini ilə əlaqəsi olmayan xurafatçılığa və xurafat zehniyyətə yalnız dünyəviliyin meydana gətirdiyi etimad mühitinin vəsiləsiylə qarşı durmaq mümkündür. 

Dünyaya demokratiyanı, insan haqqlarını, nəzakəti, estetikanı, gözəlliyi, azadlığı gətirəcək sistem İslamiyyətin əsasını təşkil edən dünyəvilik sistemidir.

Atatürk və dünyəvilik

Dünyəvilik həm vicdan azadlığı kimi əsas insani dəyərə xidmət etdiyi, həm də bu dəyərə böyük əhəmiyyət verən İslam diniylə uyğunluq təşkil etdiyi üçün hər türk vətəndaşının qəbul etməli və müdafiə etməli olduğu bir qanundur. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk dünyəvilik qanununu belə açıqlamışdır: 

«Din vicdan məsələsidir. Hər kəs vicdanının əmrinə uymaqdasərbəstdir. Bizdinə hörmətlə yanaşırıq. Düşüncədüşünməyə qarşı deyilik. Biz sadəcədin işlərini millətdövlət işləri ilə qarışdırmamağa çalışırıq. Qəsdə və aksiyalaraəsaslanan mühafizəkar fəaliyyətlərdən çəkinirik.» (Dr. Utkan Kocatürk, AtatürkünFikir ve Düşünceleri, Ankara, 1971 Ahmet Gürtaş, səh.34)

«Türkiyə Cümhuriyyətində hər yetkin insandinini seçməkdə azad olduğu kimi, bir dinin ənənələridə sərbəstdir, yəni ibadət azadlığı toxunulmazdır. Təbii ki,ibadətlər asayişəvə ümumi əxlaq qaydalarına zidd olmamalıdır,siyasi nümayiş şəklində yerinə yetiriləbilməz. Türkiyə Cümhuriyyətində hər kəs Allaha istədiyi kimi ibadət edir. Heç kimindini inanclarına qarışa bilməzlər…» (Afet İnan, Medeni Bilgiler, səh.470 Rönesans, Oktyabr 1990, səh.23)

Atatürkün bu izahatlarından da göründüyü kimi dünyəvilik din azadlığını müdafiə edir. Bunun əksini müdafiə edən bəzi bədxah, qərəzkar şəxslərə də ən gözəl cavabı yenə Atatürk vermişdir: 

«Dünyəvi dövlət anlayışını dinsizlik kimi yozmağa çalışan fəsadçılara fürsət verməyin.»  (Osman Pazarlı, Sosyoloji, Lise III, Remzi Kitabevi, İstanbul, 1979)

Bir fransız jurnalistlə olan müsahibəsində “inqilabların dinə qarşı necə münasibət bəslədiyi” sualına Atatürk belə cavab vermişdir: 

«Siyasətimizindinə zidd olmabir yana, hətta din baxımından əskik olduğunuhiss edirik.»  (Maurice Pernoiləmüsahibə, Akşam, 11 fevral1924 Cumhuriyet Gazetesi eki, Atatürkle Konuşmalar, səh.111, Aprel2000) 

Atatürkün bəhs etdiyi dünyəvilik tərifi İslamın ruhuna və məqsədinə tamamilə uyğundur. Qurani Kərimdə bir şəxsin din əxlaqına görə yaşamasının öz qərarına bağlı olduğu, dini qəbul etməzsə, həmin şəxsin məcbur edilməməsi  belə bildirilmişdir:

«Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən.(Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət kimi (göndərdik).»  (Taha surəsi, 2-3)

 

 Müəllif: Beyza BAYRAKTAR

 

0 şərh