Hikmət lövhələri

Bir gün Rəsulullah (s.ə.s) əshabıyla birlikdə qəbiristanlığa getdi və:
“Allahın salamı üzərinizə olsun, ey möminlər diyarının sakinləri! İnşallah bir gün biz də sizə qovuşacağıq. Qardaşlarımızı görməyi çox istərdim. Onlar üçün çox darıxdım!” buyurdu.
Əshabi-kiram:
“Biz sənin qardaşların deyilikmi, ya Rəsulallah?” –dedi.
Rəsuli-Əkrəm:
Hikmət lövhələri

“Siz mənim əshabımsınız, qardaşlarımız isə hələ dünyaya gəlməyənlərdir.” buyurdu. Bu cavab qarşısında əshabi-kiram soruşdu:
“Ümmətindən hələ gəlməmiş olanları necə tanıyacaqsan, ey Allahın Rəsulu?” Peyğəmbər (s.ə.s):
“Bir adamın alnı və ayaqları ağ atı olduğunu düşünün. Həmin adam bu atını qara atlardan ibarət bir ilxının içində tanımazmı?” –deyə soruşdu. Əshab:
“Tanıyar, ya Rəsulallah!” –dedi. Rəsuli-Əkrəm də belə buyurdu:
“Onlar da dəstəmaz aldıqları üçün üzləri nurlu, əl-ayaqları parlaq olaraq gələcəklər. Mən öndən gedib hovuzun başında ikram etmək üçün onları gözləyəcəyəm. Diqqət edin! Bəzilər yad dəvənin sürüdən qovulub uzaqlaşdırıldığı kimi mənim hovuzumdan qovulacaqlar. Mən onlara “Buraya gəlin!” deyəcəyəm. Mənə belə deyiləcək:
“Onlar səndən sonra hallarını dəyişdirdilər. Sənin sünnəni təqib etmədilər, başqa yollara düşdülər.” Belə olduqda mən də:
“Uzaq olsunlar, uzaq olsunlar!” deyəcəyəm. (Müslim, Təharət, 39, Fədail, 26)
Dəstəmaz xüsusunda həssas olan möminlər Allah Rəsulunun sevgisinə və “qardaşlarım” xitabına məzhər olarlar. Dəstəmaz və digər ibadətlər xüsusunda tənbəl davranıb doğru yoldan çıxanlar isə qiyamət günü yad dəvələr kimi qovulacaqlar və Allah Rəsulundan uzaqlaşdırılmaq kimi ən acı bir bədbəxtliyə düçar olacaqlar.
Hz. Mövlana nə gözəl deyir:
“Dünya həyatı yuxudan ibarətdir. Dünyada sərvət sahibi olmaq yuxuda dəfinə tapmağa bənzəyir. Dünya malı nəsildən-nəslə ötürülərək nəhayət yenə dünyada qalar.”
“Ölüm mələyi qafilin canını almaq üçün onu yuxudan oyandırar. O da həqiqətdə sahib olmadığı bir mal üçün dünyada çəkdiyi sıxıntılara ah-vay edər. Peşman olar. Lakin olan olmuş, iş bitmişdir...”
Bir qissə
Padşahın çox sevdiyi bir ov iti vardı. Padşah ona çox dəyər verər və hər ova çıxdıqda onu da özü ilə aparardı. Xaltasını ləl-cəvahirlə bəzəyib, ayaqlarına qızıl və gümüşdən halqalar, bilərziklər keçirmişdi. Belinə də atlazdan bir çul geydirmişdi.
Yenə bir gün padşah onu da yanına alaraq saray ərkanı ilə ova çıxdı. Xaltanın ipək ipi əlində, özü də at üzərində vüqarlı bir şəkildə irəliləyən sultan sevincli idi. Birdən kefini pozacaq bir hal diqqətini çəkti. Çox sevdiyi köpəyi padşahını unudaraq başqa bir şeylə məşğul idi. Padşah məhzun bir şəkildə əlindəki ipək ipi çəksə də it gəlmədi; önündəki sümüyü gəmirməyə davam etdi. Bu hal qarşısında heyrət və hiddətə qapılan padşah bağıraraq:
“–Hüzurumda məni unudaraq necə başqa şeylə məşğul ola bilərsən?!”– dedi.
Köpəyinin vəfasızlığı və nankorluğu qarşısında padşah çox üzülmüşdü. Bir köpək də olsa məzur görüb əfv etməyi düşünmədi. Çünki o qədər ikram, izzət və ehsan qarşısında unudulmasının səbəbi sadəcə bir sümük idi. Qəzəblə:
“–Yol açın bu ədəbsizə!”– dedi.
Qafil it bu hiddətin mənasını anladı, ancaq artıq gec idi, edəcək bir şey qalmamışdı. Ətrafındakılar padşaha:
“–Sultanım, üzərindəki mücövhər, qızıl-gümüş nə varsa hamısını alıb elə buraxaq!”- dediklərində padşah:
“–Xeyr! Qoy elecə getsin!”- dedi.
Ardından əlavə etdi:
“–Bu halda getsin! Bu halda getsin ki, ucsuz-bucaqsız və qızmar səhralarda qərib, ac və susuz qalsın; onlara baxaraq itirdiyi izzət və lütflərin acısını yaşasın!..”
Fəridəddin Əttarın nəql etdiyi, Allahın verdiyi nemətlərin qədrini bilməyib bəsit, fani və dəyərsiz mənfəətlərin ardına düşərək həlak olan insanların halını əks etdirən bu qissə doğrudan da ibrətlidir.
Vaxtıyla Əməvilər dövrünün üç böyük həcv şairindən biri olan Fərəzdaqın avradı ölmüşdü. Dəfn mərasiminsdə Həsən Bəsri də iştirak edirdi. Həsən Bəsri həzrətləri şeirləriylə insanları qaralayan, iffətlərini zədələyən bu şairə qəbri göstərərək:
“Axirət üçün nə hazırladın?” –deyə soruşdu. Yaşlı şair:
“Yetmiş ildir kəlmeyi-şəhadəti hazırladım.” –dedi. Həsən Bəsri:
“Çox gözəl!” dedi və bunları əlavə etdi:
“Lakin kəlmeyi-şəhadətin şərtləri var. Ona görə də iffətli qadınlara iftira atmaqdan uzaq ol!”
Bir nəfər Vəhb bin Münəbbihdən soruşdu:
“Lə iləhə illəllah sözü cənnətin açarı deyilmi?” O da bu cavabı verdi:
“Doğru deyirsən. Ancaq dişsiz açar olarmı? Dişləri olan açarın varsa qapı açılar, yoxsa bağlı qalar, açılmaz.”
Müəllif: Sedat DEMİR
Mənbə: İrfan dərgisi

 

1 şərh

tarixci1919
Bu hekayələr həqiqətən ibrətamizdir.Əməyə hörmət və təçəkkür.