İman etməyənlər səmimi sevgini yaşaya bilməzlər

Daha əvvəl də ifadə edildiyi kimi, əsl sevginin qaynağı Allaha hörmətlə yaşanan qorxu və dərin bir sevgidir, çünki ancaq Allahdan qorxan və Onun istəmədiyi əxlaqdan çəkinən bir insan sevilməyə layiq ola bilər. Allahdan qorxan bir insan nəfsinin oyunlarına və pisliklərinə qarşı hər zaman diqqətli olar, çünki Quranda bir ayədə Hz. Yusufun söylədiyi kimi insanın nəfsi dayanmadan onu pisliyə çağırır: "Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs pis işlər görməyi əmr edər" (Yusuf Surəsi, 53).
 
Buna baxmayaraq, Allah qorxusu olmayan, ya da Allahdan lazımi qədər qorxmayan, Allahın ölümdən sonra dünyadakı davranışlarının hesabını soruşacağını görməməzlikdən gələn və nəfsinin istəklərinə boyun əyən adam isə pislikdə sərhəd tanımaz. Nəfsin təlqin etdiyi sərhədsiz pislikləri arındıran möminlərin qurtulacağı, onun təlqin etdiyi pislikləri müdafiə edənlərin isə ziyana uğrayacağı Quranda belə bildirilir: "Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, Nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu batıran isə, əlbəttə, ziyana uğrayacaqdır". (Şəms surəsi, 8-10).
 

Dayanmadan pisliyi əmr edən, nəfsinə sərhəd qoymayan bir insana güvənmək mümkün deyil. Belə bir insanın verəcəyi sözə sadiq qalması gözlənilməz, çünki bu adamın sözündən dönməməsi üçün heç bir səbəb yoxdur. Əsl sevgi çətin günlərdə, kasıblıqda və xəstəlik zamanında ortaya çıxır. Eqoist davranan bir adamın isə sevdiyini söylədiyi insana vəfa göstərəcəyindən əsla əmin olunmaz, çünki öz nəfsini sevən bir insan fədakarlıq etməz. Belə insan qarşısındakı insanın təbii acizliklərini görməməzlikdən gələ bilməz, ən adi səhvlərini də çox vaxt bağışlaya bilməz. Hətta səhv belə sayılmayacaq hadisələrə  görə heç nədən mübahisə yarada bilər. Əhəmiyyətli olan öz kefidir və kefsiz olduğunda sevdiyini iddia etdiyi insanların da xoşbəxt olmalarını istəməz. Bütün bunların əksinə digər insanların gözəl xüsusiyyətlərini təqdir etməyi və bunlara daha gözəli ilə qarşılıq verməyi ancaq Allahdan qorxan bir insan bacarır.

Səmimi bir Müsəlmanın həyatındakı hər davranışının məqsədi Allahı razı etməkdir və gözəl davranışların qarşılığını qarşısındakı insandan deyil, yalnızca Allahdan gözləyir. Allahın Quranda təsvir etdiyi əxlaq fədakarlıqda, çətinlikdə vəfa göstərməyə, hər zaman dürüst olmağa əsaslanır. Səmimi bir Müsəlman qarşısındakı insanın dünyadakı imtahanın gərəyi olaraq bir çox acizliklə yaradıldığını bilir və sevdiklərini bu xüsusiyyətlərinə şəfqət duyaraq sevir. İnsanın gözəl əxlaqlı olması üçün nəfsinə və şeytana qarşı mübarizə apardığını bilir və düzəltməyə çalışdığı əxlaqi səhvləri rahatlıqla bağışlaya bilir. Sevdiklərinin kefi və rahatlığı özününkündən əvvəl gəlir və ancaq belə xoşbəxt və rahat ola biləcəyini anlayır. Paylaşmağı, bağışlamağı və yalnızca nəfsi istədiyi müddətdə deyil, hər şəraitdə sevməyi bacarmağın yolu isə bunları yalnızca Allah üçün etməkdir. Bəhs etdiyimiz bu xüsusiyyətlər olmadan əsl sevgini yaşamaq imkansızdır və əsl sevgini ancaq bütün bunları Allah üçün edənlər, yəni qəlbən iman edənlər yaşaya bilər. Öz nəfsini sevən bir insan fədakarlıq edə bilməz. Belə insan qarşısındakı insanın təbii acizliklərini görməməzlikdən gələ bilməz, ən adi səhvlərini də çox vaxt bağışlaya bilməz.

Oxşar məqalələr

 

0 şərh