Рейтинг
+52.01

islam və cəmiyyət

45 üzv, 81 topik

Müsəlman adları

Müsəlman qız və oğlan adları indiki ailələrdə çox istifadə olunur və bu getdikcə də yayılmaqdadır. Uşaq dünyaya gəldikdən sonra isə ona advermə problemi ortaya cıxır. Bəs İslamda hansı adlar bəyənilir? Biz aşağıda İslamda bəyənilən oğlan və qız adlarını sizin diqqətinizə çatdırırıq. Seçim isə sizindir. İslam adlari seçmək savabdır,hamıya xoşdur. Allah körpənizi əməli-saleh bəndələrdən etsin!


Ardı →

Ana və atası olmadan dünyaya gələn 6 varlığ...

Bir gün Hz.Məhəmməd (s.ə.s) belə bir sual verirlər: Ya Peyğembər! Deyin görək hansı məxluqlar və nələr anası və atası olmadan dünyaya gəlib? — Peyğəmbər (s.ə.s) bu suala belə cavab verdi:- Bu dünyada ata və anası olmadan dünyaya gələn altı məxluq var.  Bunlardan birincisi Adəm Peyğəmbərdir… Allah Təala onu torpaqdan xəlq edərək xəmirini özü yoğurmuşdur. Yaratdığı cansız bədəninə ruh əta etmişdir. İkinci ata və anası olmayan məxluq Həvvadır. Adəm Peyğəmbər tənhalıqdan sıxılır və Rəbbimiz ona bir yoldaş yaradır. Cəbrayilə əmr edir ki, Adəmin sol qabırğasını çıxarsın. Həmin qabırğaya ruh, nəfəs verərək onu Adəm əleyhisalama həyat yoldaşı olması qərarını verir.Üçüncü Saleh Peyğəmbərin dəvəsidir. Saleh Peyğəmber öz xalqna şükür etməyi, bir olan Allaha ibadət etməyi təbliğ edərdi. Lakin qövmü bunun müqabilində Saleh Peyğəmbərdən bir möcüzə istəyirlər. Onlar dedilər: — Bizə uzaqda görünən daşın içərisində bir dəvə cıxart  və o dəvə boğaz olsun. bizim gözümüzün qarşısında dəvə doğsun… Saleh Peyğəmbər Allahın qarşısında diz çöküb namaz qılır və Rəbbindən bu dinsizlərin istəyinin yerinə yetirilməsini diləyir.Uca Rəbbi Salehin duasını eşidir və hamının gözü qarşısında qayanın içərisindən boğaz dəvə çıxarır. Dəvə hamının gözü qarşısında doğur. Lakin o, dinsizlər bunu Saleh Peyğəmbərin bir sehr elədiyini söyləyib Allaha qarşı çıxırlar.
Ardı →

Yaşadığımız Dünya Xəyaldır, Yoxsa Gerçək?

Müəllif: Beyza Bayraktar

Beş duyğu orqanımız olmasaydı, yaşadığmız dünyanı qavraya bilməzdik. Biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun qoxuladığı, dilimizin daddığı, qulağımızın eşitdiyi bir dünyanı tanıyırıq. Ancaq bu gün elm bizə bunu söyləyir: «Hisslərimiz yalnız elektrik siqnallarının beynimizdə yaratdığı təsirlərdir.» Buna görə xarici dünyadakı insanların, rənglərin, sahib olduğumuz hər şeyin yalnız beynimizə çatan surəti ilə təmasda oluruq.

Məsələn, bir çiçək düşünək: Çiçəyin qoxusu, görünüşü, toxuması ilə əlaqəli elektrik siqnalları sinirlərimiz vasitəsilə beynimizə çatır və orada çiçəyi əmələ gətirir. Əgər beyinə gedən siqnallar kəsilsə, çiçəklə bağlı hisslərimiz itər və çiçəyi qavramamız da mümkün olmaz. Buradan da anlayırıq ki, bizim çiçək hesab etdiyimiz şey, əslində beynimizə çatan hisslər toplusudur. Xaric aləmdə çiçək vardır, ancaq biz çiçəyin xarici aləmdə necə olduğunu heç  zaman bilə bilmərik. Yəni bu «hisslər toplusu»nun xaricimizdə var olan əsli ilə heç bir şəkildə təmasda  ola bilmərik. Çünki heç bir zaman beynimizin xaricinə çıxma, bu hisslərdən başqa bir şeylə təmasda olma imkanımız yoxdur.


Ardı →

Ölümü Dostunu Qarşıladığın Kimi Qarşıla

Peyğəmbərimiz (s.ə.v) buyurur: «Cəsur mömin ölüm gəldiyi zaman onu çox sevdiyi dostunu qarşıladığı kimi qarşılayar.»

Allah'ın insanların ölüm anında ruhlarını təslim almaqla vəzifələndirdiyi Əzrail (ə.s) həm Allah'ın yaratdığı üstün  mələklərdən biri olduğu, həm də Müsəlmanın ən çox arzu etdiyi şeylərdən biri olan Allah'a qovuşmasına vəsilə olduğu üçün Müsəlmanın ən yaxın dostlarından biridir. Allah bir ayədə ölüm mələyindən belə bəhs edir:

"De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”" (Səcdə surəsi, 11)

Peyğəmbərimiz (s.ə.v) Müsəlmanın ölümlə bağlı düşüncələri haqda belə buyurub:


Ardı →

Duyğusallıq

Duyğusallıq, insanlara sıxıntılı bir həyat yaşadan və eyni zamanda Allahın Quranda bildirdiyi anlayışa uyğun olmayan, ancaq insanların böyük bir əksəriyyətinin görəbilmədiyi əhəmiyyətli təhlükədir. Hətta, duyğusal olmaq insanlar arasında bəyənilən xüsusiyyətdir. Duyğusallıq sevginin bir təzahürü zənn edilir, halbuki Quran əxlaqından uzaq insanların yaşadıqları daxili bir əzabdır. Gerçək sevgi səmimidir və ürəkdən, açıq-aydın, çəkinmədən, qürur olmadan göstərilən səmimi bir duyğudur. Duyğusallıq isə sevginin gizlənməsindən və ya Allaha duyulmalı  olan sevginin insanların şəxsinə yönəldilməsindən qaynaqlanır. Bu şəkildə davranan insanlar sevgilərini yönəltdikləri kəsləri sahiblənir, hətta onları bütləşdirəcək hisslər bəsləyirlər. Bu səbəblə də davamlı iztirab içində yaşayırlar. Duyğusallıq dinə müxalif olan duyğudur. 
Ardı →

Qərbi Qərb edən islam alimləri

Uzun əsrlərdir Qərb dünyasının öyündüyü kəşflərin əslində kimə məxsus olduğu yavaş-yavaş işıq üzü görür. Məhz bu kəşflər sayəsində Qərb, Qərb olub. Məhz bu kəşflər sayəsində uzun illər Qərb elm sahəsində birinci olub. Və müsəlmanların heç bir elmi nailiyyətlərdə əli olmadığ iddia olunub. Alimlərin yaşadıqları dövrə və ondan sonrakı illərə diqqət yetirsək görərik ki, sən demə dünyanın düzənini dəyişdirən əhəmiyyətli kəşflərin sahibi müsəlmanlardır. Qərb alimləri isə sadəcə müsəlman ölkələrinin işğalı zamanı qarət edilmiş kitabxanalardan götürülmüş elmi əsərlərin tərcüməsi zamanı orada yatmış xəzinələri oğurlayaraq öz adlarına çıxmaqla məşhurlaşıblar. 
Ardı →

Hikmət lövhələri

Bir gün Rəsulullah (s.ə.s) əshabıyla birlikdə qəbiristanlığa getdi və:
“Allahın salamı üzərinizə olsun, ey möminlər diyarının sakinləri! İnşallah bir gün biz də sizə qovuşacağıq. Qardaşlarımızı görməyi çox istərdim. Onlar üçün çox darıxdım!” buyurdu.
Əshabi-kiram:
“Biz sənin qardaşların deyilikmi, ya Rəsulallah?” –dedi.
Rəsuli-Əkrəm:
Hikmət lövhələri

“Siz mənim əshabımsınız, qardaşlarımız isə hələ dünyaya gəlməyənlərdir.” buyurdu. Bu cavab qarşısında əshabi-kiram soruşdu:
“Ümmətindən hələ gəlməmiş olanları necə tanıyacaqsan, ey Allahın Rəsulu?” Peyğəmbər (s.ə.s):
“Bir adamın alnı və ayaqları ağ atı olduğunu düşünün. Həmin adam bu atını qara atlardan ibarət bir ilxının içində tanımazmı?” –deyə soruşdu. Əshab:
“Tanıyar, ya Rəsulallah!” –dedi. Rəsuli-Əkrəm də belə buyurdu:
“Onlar da dəstəmaz aldıqları üçün üzləri nurlu, əl-ayaqları parlaq olaraq gələcəklər. Mən öndən gedib hovuzun başında ikram etmək üçün onları gözləyəcəyəm. Diqqət edin! Bəzilər yad dəvənin sürüdən qovulub uzaqlaşdırıldığı kimi mənim hovuzumdan qovulacaqlar. Mən onlara “Buraya gəlin!” deyəcəyəm. Mənə belə deyiləcək:
“Onlar səndən sonra hallarını dəyişdirdilər. Sənin sünnəni təqib etmədilər, başqa yollara düşdülər.” Belə olduqda mən də:
“Uzaq olsunlar, uzaq olsunlar!” deyəcəyəm. (Müslim, Təharət, 39, Fədail, 26)
Dəstəmaz xüsusunda həssas olan möminlər Allah Rəsulunun sevgisinə və “qardaşlarım” xitabına məzhər olarlar. Dəstəmaz və digər ibadətlər xüsusunda tənbəl davranıb doğru yoldan çıxanlar isə qiyamət günü yad dəvələr kimi qovulacaqlar və Allah Rəsulundan uzaqlaşdırılmaq kimi ən acı bir bədbəxtliyə düçar olacaqlar.
Hz. Mövlana nə gözəl deyir:
“Dünya həyatı yuxudan ibarətdir. Dünyada sərvət sahibi olmaq yuxuda dəfinə tapmağa bənzəyir. Dünya malı nəsildən-nəslə ötürülərək nəhayət yenə dünyada qalar.”
“Ölüm mələyi qafilin canını almaq üçün onu yuxudan oyandırar. O da həqiqətdə sahib olmadığı bir mal üçün dünyada çəkdiyi sıxıntılara ah-vay edər. Peşman olar. Lakin olan olmuş, iş bitmişdir...”
Bir qissə
Padşahın çox sevdiyi bir ov iti vardı. Padşah ona çox dəyər verər və hər ova çıxdıqda onu da özü ilə aparardı. Xaltasını ləl-cəvahirlə bəzəyib, ayaqlarına qızıl və gümüşdən halqalar, bilərziklər keçirmişdi. Belinə də atlazdan bir çul geydirmişdi.
Yenə bir gün padşah onu da yanına alaraq saray ərkanı ilə ova çıxdı. Xaltanın ipək ipi əlində, özü də at üzərində vüqarlı bir şəkildə irəliləyən sultan sevincli idi. Birdən kefini pozacaq bir hal diqqətini çəkti. Çox sevdiyi köpəyi padşahını unudaraq başqa bir şeylə məşğul idi. Padşah məhzun bir şəkildə əlindəki ipək ipi çəksə də it gəlmədi; önündəki sümüyü gəmirməyə davam etdi. Bu hal qarşısında heyrət və hiddətə qapılan padşah bağıraraq:
“–Hüzurumda məni unudaraq necə başqa şeylə məşğul ola bilərsən?!”– dedi.
Köpəyinin vəfasızlığı və nankorluğu qarşısında padşah çox üzülmüşdü. Bir köpək də olsa məzur görüb əfv etməyi düşünmədi. Çünki o qədər ikram, izzət və ehsan qarşısında unudulmasının səbəbi sadəcə bir sümük idi. Qəzəblə:
“–Yol açın bu ədəbsizə!”– dedi.
Qafil it bu hiddətin mənasını anladı, ancaq artıq gec idi, edəcək bir şey qalmamışdı. Ətrafındakılar padşaha:
“–Sultanım, üzərindəki mücövhər, qızıl-gümüş nə varsa hamısını alıb elə buraxaq!”- dediklərində padşah:
“–Xeyr! Qoy elecə getsin!”- dedi.
Ardından əlavə etdi:
“–Bu halda getsin! Bu halda getsin ki, ucsuz-bucaqsız və qızmar səhralarda qərib, ac və susuz qalsın; onlara baxaraq itirdiyi izzət və lütflərin acısını yaşasın!..”
Fəridəddin Əttarın nəql etdiyi, Allahın verdiyi nemətlərin qədrini bilməyib bəsit, fani və dəyərsiz mənfəətlərin ardına düşərək həlak olan insanların halını əks etdirən bu qissə doğrudan da ibrətlidir.
Vaxtıyla Əməvilər dövrünün üç böyük həcv şairindən biri olan Fərəzdaqın avradı ölmüşdü. Dəfn mərasiminsdə Həsən Bəsri də iştirak edirdi. Həsən Bəsri həzrətləri şeirləriylə insanları qaralayan, iffətlərini zədələyən bu şairə qəbri göstərərək:
“Axirət üçün nə hazırladın?” –deyə soruşdu. Yaşlı şair:
“Yetmiş ildir kəlmeyi-şəhadəti hazırladım.” –dedi. Həsən Bəsri:
“Çox gözəl!” dedi və bunları əlavə etdi:
“Lakin kəlmeyi-şəhadətin şərtləri var. Ona görə də iffətli qadınlara iftira atmaqdan uzaq ol!”
Bir nəfər Vəhb bin Münəbbihdən soruşdu:
“Lə iləhə illəllah sözü cənnətin açarı deyilmi?” O da bu cavabı verdi:
“Doğru deyirsən. Ancaq dişsiz açar olarmı? Dişləri olan açarın varsa qapı açılar, yoxsa bağlı qalar, açılmaz.”
Müəllif: Sedat DEMİR
Mənbə: İrfan dərgisi

 
Davamı →

Kiçik günahlar

Hər bir insan həyatı aldığı tərbiyəyə uyğun dərk edir. Həyat insanı daim sərt sınaqları ilə yoxlayır, bərkə-boşa salır… Bu həyatda günah və savab deyilən iki amil, fakt var. İstər dini, istər əqli cəhətdən — əməllərimizin iki qütbü var! Ya xeyirli əməl (savab), ya da ziyanlı əməl (günah).

1. Xeyirxah əməl (savab) — bəzən tez-tez eşidirik: «Kiçikdir, anlamır, günahına yazılmır...» və ya «Dəliyə baş qoşma»… Demək, kiçik yaşda olması və ya əqli çatışmazlıqdan edilən əməllər, düşünülmədən edilən, pis niyyətlə edilməyən əməllər günah, pis əməl sayılmır. Amma kiçik uşaq və hətta ruhi xəstə belə kiçik də olsa xeyirxah əməl edə bilər! Atalar misalıdır: «Dəlidən doğru xəbər»… Bir kiçik uşağın böyüyə yer verməsi, zibili təmizləməsi, gücü çatmasa da yardım etmə istəyi əlbəttə, hamıya xoş gələr!

Bir də görürsən ruhi xəstə qəfildən elə bir xeyirxah əməl edir ki, məəttəl qalırsan. «Ağıllı» birinin bədxah əməlinə heç belə çaşmırsan...

Amma bu mövzum «kiçik günah» haqdadır.


Davamı →

İntiqam və düşmənçilik hissi

Allahın insanlara haram bildiyi bir çox sifətlər var ki, onlar içimizdəki qəzəb nəticəsində yaranır.O sifətə malik olan mömin bəndə Xaliq və məxluqdan uzaq olub həmişə əzablar içində yaşayır. Bədxassiyyətli olan bu insanlar haqqında hədislərdə deyilir: ''Pis xasiyyətlər insanı cəhənnəmin ən aşağı qatına aparar''. Bunlardan ikisi intiqam və düşmənçilik hissidir.

İntiqam — sənə edilən pisliyin həcmi qədər pislik, yaxud ondan da çox pislik etməkdir. Bu, din baxımından haram sayılır. Məsələn, qeybət müqabilində qeybət, böhtan müqabilində böhtan və s. bunlar kimi haram işlər.


Davamı →

Qurani-Kərimdə dində məcburiyyət yoxdur ideyası

Dinin ruhunda və mahiyyətində məcburiyyət yoxdur, çünki məcburiyyət dinin ruhuna ziddir. İslam iradə və ixtiyarı əsas tutur və bütün münasibətləri bu əsas üzərində qurur. İkrah hissi ilə məcbur edilərək edilən bütün əməl və hərəkətlər istər iman, istər ibadət, istərsə də münasibət baxımından qətiyyən qəbuledilməzdir və bunlara güvənmək olmaz. Həm də bu hal “əməllər niyyətlərə görədir” prinsipinə də uyğun gəlmir. Din öz məsələləri üçün məcbur etməni caiz (icazə verilən) görmədiyi kimi, başqalarının da İslamı qəbul etmələrinin məcburiyyət əsaslı olmasına yaxşı baxmır. O, qarşısındakını tamamilə sərbəst buraxır.

Davamı →