Рейтинг
+52.01

islam və cəmiyyət

45 üzv, 81 topik

Müasir dövrdə İslam və Fəzlur Rəhman hermenevtliyi

İnsan özlüyündə sosial bir varlıqdır – icma halında yaşamaq, onun təbiətindən irəli gəlir. İnsanın ən təməl ehtiyacı olan konatus (həyatda qalma) üçün sosiallıq şərtdir. Cəmiyyət isə nizam əsasında mövcuddur. Nizamın təməli hüquq və ədalət, bunların əksi isə insanın təməl ehtiyacı olan konatusla ziddiyyətə girən anarxiya və xaosdur. Hüquq, ədalət və qanundan danışdığımız yerdə, bunların arxasında mütləq mənada gücün dayandığını da nəzərə almalıyıq. Güc isə özlüyündə boyun əydirmə, itaət etdirmədir. Ədalət və hüquq  öz mövcudluqlarını gücə borcludur, obrazlı desək qanunu qılınc yaradır.

Davamı →

Qəbir əzabını ağırlaşdıran və yüngülləşdirən amillər

Bir müsəlmanın Allaha olan ümidi və qorxusu eyni səviyyədə olmalıdır. Belə ki, əgər qorxusu çox olarsa, İlahi rəhmətdən məyus və ümidsiz olar.
Başqa bir tərəfdən isə əgər ümidi çox olarsa, yaxşı işlər görməyə stimulu qalmaz, çünki çox rahat olar.
Ona görə də bu cür insan hər bir günaha düçar olar və Allahın lütf və kərəmindən dəm vurar.

Davamı →

İsa peyğəmbər öldürülməyib

Ümumilikdə Quranın 9 ayəsində peyğəmbərlərin, elçilərin "öldürülmələrindən" bəhs edilir. Ayələrin üçündə İsrail oğullarının elçilərin (rəsulların), beşində peyğəmbərlərin (nəbilərin) haqlı səbəb olmadığı halda öldürmələri qeyd edilir. Şərh etməyə çalışdığımız ayədə isə ümumi ifadə işlədilərək peyğəmbərlərin və haqqa-ədalətə çağıran, həqiqətdən uzaqlaşmamağı istəyənlərin öldürüldüyü bildirilir.

Davamı →

Hansı qidalar haram sayılır?

Qurani-Kərimdə və Peyğəmbərin səhih hədislərində haram olması buyurulan qidalardan başqa heç bir qida haram deyildir.
Zikr az bildirir ki, Allahın halal buyurduğu qidanı haram saymaq böyük günahdır.
Uca Allah buyurur: “Dilinizin uydurduğu yalana əsasən: «Bu halaldır, o haramdır!»– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar” (ən-Nəhl, 116).

Davamı →

Quran həqiqi hicabın hansı şəkildə olmasını, onun hikmət və fəlsəfəsini necə bəyan edir?

Hicab İslamın vacib hökümlərindən, fərdi və içtimai baxımdan ən zəruri məsələlərindəndir. Örtük mənasını verən hıcab anlayışı geniş məfhuma malik bir məsələdir. Bu örtük həm əxlaq və mənəviyyat sahələrini, həm də bədənin zahirinin örütlməsi kimi sahələri əhatə edir.
Mənəviyyat hicabı insanın daxılı aləminin, iffət və hayasının formalaşması mənasındadır. Bədənin örtülməsi isə bir növ daxildə formalaşan bu hisslərin tələbidir.

Davamı →

Tərbiyə olunmaq və tərbiyə etmək prinsipləri

Uca Allahı tanımaq fərdi və cəmiyyəti bir vəziyyətdən başqa bir vəziyyətə ötürən dəyişikliyin ən güclü silahıdır. Yalnız Allaha  arxalanmaq həqiqi iman əlamətlərinin ən açıq təzahürüdür. Allahla olan bağlılığınızı ruhlarınızda və əməllərinizdə həqiqətə çevirin. Yalnız ona arxalanın. Allahdan başqa heç kəsdən çəkinməyin və qorxmayın. Səbəblərə sarının. Bundan sonra hasil olacaq nəticələrə nə olursa-olsun, sinə gərin, İslamdan uzaq və həqiqi olmayan vasitəçilərə daraşmaq, məqam və nüfuz sahiblərinin qapılarında gözləmək, gözəl məqsədlərə çirkin milyonlarla çatmağa çalışmaq kimi insanların uzun zamanlar mübah saydıqları şeylərə girişməyin və bunları özünüzə haram edin.

Davamı →

Şükür etməyin mərtəbələri

Şükür — insana çatan ehsan və nemətin müqabilində təşəkkür etmək deməkdir. Əxlaq alimlərinin nəzərinə görə, şükrün üç mərtəbəsi vardır: elm, hal və əməl.
Elm halın yaranmasına səbəb olar, hal da əməlin yaranmasına səbəb olar.
Şükür üç mərtəbədə həyata keçər.

Davamı →

Həsəd

Mötəbər nəsslərdə haqqında əzab vədəsi verilmiş günahlardan biri də həsəddir. Həsəd bir şəxsə bir nemət, həm də ona layiq olan bir nemət verildikdə ondan məmnun olmamaq, onu istəməmək və o nemətin onun əlindən çıxmasını istəməkdir. Bu isə qəti dəlillərlə haramdır. Allah-Taalanın təqdirini və hökmünü bəyənməmək deməkdir. Qəlbin çirkinliyidir, xəbislikdir.
“Şərayi” kitabının müəllifi Mühəqqiq Helli buyurur: “Həsəd etmək və möminlə düşmənçilik etmək günahdır. Onu təzahür etdirmək ədalətə ziddir. Yəni böyük günahdır”. Şəhid Sani də “Məsalik” kitabında yazır: “Həsəd və möminə qarşı düşmənçilik etmək bütün fəqihlərə görə haramdır. Bir çox rəvayətlərdə hər ikisi barəsində əzab vədəsi verilmişdir və hər ikisi böyük günahlardan hesab olunur.

Davamı →

İslamda musiqi, rəsm, heykəltaraşlıq, teatr və kino niyə haramdır?

Hamımız sənət insanlarının möminlər tərəfindən lənətləndiyini bilirik. İslam dinində musiqinin, rəssamlığın, heykəltaraşlığın, teatr və kino sənətinin, bəzi hallarda ədəbiyyatın da haram buyurulduğu bildirilir.
Quranda bütün bunların açıq-aşkar haram olduğuna dair heç bir ayə yoxdur. Lakin müxtəlif ayələrin ümumi mənası özündə ehtiva edir ki, sənətin dinə, Allaha və onun peyğəmbərinə bağlı olmayan bütün növləri haramdır.
İslamda ən güvənilən hədis kitabı olan “Səhih-Buxari”də belə deyilir: “Rəsm çəkənlərə qiyamət günü əmr olunacaq ki, çəkdikləri rəsmə can versinlər. Əlbəttə, onlar öz rəsmlərinə can verə bilməyəcəklər və dəhşətli əzaba məruz qalacaqlar”.

Davamı →

Yəqinlik nurunun bir şüası

Bismilləhir-Rahmənir-Rahim!
Mübarək Şaban ayı artıq daxil olmuşdur. Bu ayda Allah Təala insan üçün tövbə, bagışlanma diləmə, ruhi zənginlik əldə etmə üçün fövqəladə fürsətlər təqdim etmişdir.Bu nemətlərdən bəhrələnməyi Uca Allah bütün iman əhlinə qismət etsin, inşəallah!
Davamı →