Рейтинг
+52.01

islam və cəmiyyət

44 üzv, 69 topik

“Hacı pivəsi” halaldır, yoxsa haram?

Dindarların alkoqolsuz pivə içməsi nə dərəcədə düzgündür? İslam dinində məqbul hesab edilməyən bir çox şeylər var. 


Spirtli içkilərin qəbulu da yasaqdır. Buna baxmayaraq, el arasında «hacı pivəsi” adı ilə içkilərin satışına rast gəlmək mümkündür. Bəs dindarların alkoqolsuz pivə içməsi nə dərəcədə düzgündür?

Dini yazar, ekspert Kənan Rövşənoğlu sözügedən spirtsiz içkinin, yəni „hacı pivə”sinin qəbulunu məqbul sayır.

“Bu pivə növü də arpadan istehsal olunur. Spirtsiz olduğuna görə, ondan istifadəyə şəriət icazə verir. Dini baxımdan heç bir qadağa yoxdur. Tərkibində alkoqol olmayan içkinin istehlakı məqbuldur. Quran və hədislərdə yalnız ağlı başdan aparan, insan iradəsinə təsir edən içkilər, xüsusilə şərab haramdır”.

Kənan Rövşənoğlunun sözlərinə görə, „hacı pivəsi”nə görə dindarlara irad tutulması yanlışdır. “Tərkibində qadağan olunan maddə, yəni alkoqol yoxdursa, buna görə insanı necə tənbeh etmək olar? Ümumiyyətlə, dindar olan adamlar üçün istinad nöqtələri var. Əgər tərkibində müsəlman üçün haram heç nə yoxdursa insanlar niyə onu qəbul etməsin?!”   

Mənbə: ailem.az 


Davamı →

İslamda ailə

Ailə cəmiyyətin ən kiçik və ən önəmli parçasıdır və sadəcə qarşı cinsə duyulan fiziki bir marağın nəticəsində meydana gələn bir qurum deyil. Maddi qazanclar və maddi ehtiyaclar üstündə də qurula bilməz. Ailə, insan nəslinin davam etməsini təmin etməklə yanaşı həm kişi, həm də qadın, eyni zamanda uşaqların da qarşılıqlı olaraq ruhən və bədəncə yardımlaşdıqları bir bərabərlikdir. Kişi, qadın və uşaqların dostcasına yaşadıqları müqəddəs bir qurumdur.

Bəzilərinə görə ailə ən ehtibarlı limandır. Məsələn Əli Rza Təməlin təbiri ilə desək:"İnsanın həyat dənizinin azğın dalğalarına və güclü fırtınalarına qarşı sığına biləcəyi ən sakit və ən əmin liman ailə yuvasıdır." Çünki bu yuva insanların bədənlə olduğu kimi ruhən də sükuna çatmalarını təmin edən bir məkandır.
Cəmiyyət ailələrdən və ailəni meydana gətirən fərdlərdən meydana gəlir. Buna görə də həm ailə cəmiyyətə təsir edir, həm də cəmiyyət ailəyə. Çünki cəmiyyətin sosial yaşayışı və dəyərləri mütləq mənada ailəyə təsir edir. 

Eyni zamanda ailə şəfqətin qaynağı olan yerdir. Belə ki, həyat yoldaşı olacaq qadın və kişiyə «halalım» deyilməsi, ona verilən dəyəri ifadə etdiyi kimi, bunun səbəbini birdirməsi baxımından da çox gözəldir. Çünki insanlar bir-birilərinə Allahın adı anılaraq halal olurlar.
Vida xütbəsində «qadının kişiyə bir əmanəti» olduğu bildirilmişdir. Ucalar ucası Rəbbimizin dəyərli bir əmanəti olmaq qadın üçün çox gözəl bir rütbədir. 
Ardı →

Ana və atası olmadan dünyaya gələn 6 varlığ...

Bir gün Hz.Məhəmməd (s.ə.s) belə bir sual verirlər: Ya Peyğembər! Deyin görək hansı məxluqlar və nələr anası və atası olmadan dünyaya gəlib? — Peyğəmbər (s.ə.s) bu suala belə cavab verdi:- Bu dünyada ata və anası olmadan dünyaya gələn altı məxluq var.  Bunlardan birincisi Adəm Peyğəmbərdir… Allah Təala onu torpaqdan xəlq edərək xəmirini özü yoğurmuşdur. Yaratdığı cansız bədəninə ruh əta etmişdir. İkinci ata və anası olmayan məxluq Həvvadır. Adəm Peyğəmbər tənhalıqdan sıxılır və Rəbbimiz ona bir yoldaş yaradır. Cəbrayilə əmr edir ki, Adəmin sol qabırğasını çıxarsın. Həmin qabırğaya ruh, nəfəs verərək onu Adəm əleyhisalama həyat yoldaşı olması qərarını verir.Üçüncü Saleh Peyğəmbərin dəvəsidir. Saleh Peyğəmber öz xalqna şükür etməyi, bir olan Allaha ibadət etməyi təbliğ edərdi. Lakin qövmü bunun müqabilində Saleh Peyğəmbərdən bir möcüzə istəyirlər. Onlar dedilər: — Bizə uzaqda görünən daşın içərisində bir dəvə cıxart  və o dəvə boğaz olsun. bizim gözümüzün qarşısında dəvə doğsun… Saleh Peyğəmbər Allahın qarşısında diz çöküb namaz qılır və Rəbbindən bu dinsizlərin istəyinin yerinə yetirilməsini diləyir.Uca Rəbbi Salehin duasını eşidir və hamının gözü qarşısında qayanın içərisindən boğaz dəvə çıxarır. Dəvə hamının gözü qarşısında doğur. Lakin o, dinsizlər bunu Saleh Peyğəmbərin bir sehr elədiyini söyləyib Allaha qarşı çıxırlar.
Ardı →

Dünyəvilik Qədim Yunanlardan və Romalılardan Deyil, Haqq Dinlərdən Öyrənilmiş İdarəetmə Formasıdır

Rəbbimiz bütün haqq dinlərdə eyni əmr və qadağaları bildirmiş və hz. İbrahimdən (ə.s) bu yana iman edənlərin hamısını müsəlman adlandırmışdır. Dolayısilə bütün haqq dinlər içində təhrif olmadan günümüzə qədər gəlib çatan İslam dini dünyəviliyin də təməlidir.  

«Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bu (Kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möh­­kəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!»  (Həcc surəsi, 78)


Ardı →

Yaşadığımız Dünya Xəyaldır, Yoxsa Gerçək?

Müəllif: Beyza Bayraktar

Beş duyğu orqanımız olmasaydı, yaşadığmız dünyanı qavraya bilməzdik. Biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun qoxuladığı, dilimizin daddığı, qulağımızın eşitdiyi bir dünyanı tanıyırıq. Ancaq bu gün elm bizə bunu söyləyir: «Hisslərimiz yalnız elektrik siqnallarının beynimizdə yaratdığı təsirlərdir.» Buna görə xarici dünyadakı insanların, rənglərin, sahib olduğumuz hər şeyin yalnız beynimizə çatan surəti ilə təmasda oluruq.

Məsələn, bir çiçək düşünək: Çiçəyin qoxusu, görünüşü, toxuması ilə əlaqəli elektrik siqnalları sinirlərimiz vasitəsilə beynimizə çatır və orada çiçəyi əmələ gətirir. Əgər beyinə gedən siqnallar kəsilsə, çiçəklə bağlı hisslərimiz itər və çiçəyi qavramamız da mümkün olmaz. Buradan da anlayırıq ki, bizim çiçək hesab etdiyimiz şey, əslində beynimizə çatan hisslər toplusudur. Xaric aləmdə çiçək vardır, ancaq biz çiçəyin xarici aləmdə necə olduğunu heç  zaman bilə bilmərik. Yəni bu «hisslər toplusu»nun xaricimizdə var olan əsli ilə heç bir şəkildə təmasda  ola bilmərik. Çünki heç bir zaman beynimizin xaricinə çıxma, bu hisslərdən başqa bir şeylə təmasda olma imkanımız yoxdur.


Ardı →

Ölümü Dostunu Qarşıladığın Kimi Qarşıla

Peyğəmbərimiz (s.ə.v) buyurur: «Cəsur mömin ölüm gəldiyi zaman onu çox sevdiyi dostunu qarşıladığı kimi qarşılayar.»

Allah'ın insanların ölüm anında ruhlarını təslim almaqla vəzifələndirdiyi Əzrail (ə.s) həm Allah'ın yaratdığı üstün  mələklərdən biri olduğu, həm də Müsəlmanın ən çox arzu etdiyi şeylərdən biri olan Allah'a qovuşmasına vəsilə olduğu üçün Müsəlmanın ən yaxın dostlarından biridir. Allah bir ayədə ölüm mələyindən belə bəhs edir:

"De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”" (Səcdə surəsi, 11)

Peyğəmbərimiz (s.ə.v) Müsəlmanın ölümlə bağlı düşüncələri haqda belə buyurub:


Ardı →

İbrahim peyğəmbər hansı oğlunu qurban kəsmək istədi?

Sual: Həzrəti İbrahim hansı oğlunu qurban etmək istədi? İsmayılı, yoxsa İshaqı? Bu barədə Quranda dəqiq məlumat yoxdur, amma Tövratda var. İslam alimlərinin bu məsələyə münasibəti nədən ibarətdir?

Cavab: İslam alimləri arasında həzrəti İbrahimin qurban kəsilməsi əmr olunan uşağının kim olduğuna dair bir həmfikirlik yoxdur. Belə ki, bəzi alimlər onun İsmayıl əleyhissəlam olduğunu bildirdikləri halda, bəzi alimlər İshaq əleyhissəlam olduğunu ifadə ediblər. Bəzi alimlər isə hər iki qrupun dəlillərinə yer ayırmış, “Hansının qurban edilmək istəndiyini ən yaxşı Allah bilir”, – demiş və hər hansı bir fikir irəli sürməmişlər.
Ardı →

Həzrət Zəhranın (s.ə) həyat tərzi

Məsumların (ə) həyat tərzi biz Əhli-beyt (ə) davamçıları üçün həmişə örnək olmuşdur. Xüsusilə də Həzrət Fatimə (s.ə) ilə İmam Əlinin (ə) ailəsi və orada tərbiyə alan nurani insanların həyatı. Müşrətək həyatda mühüm olan şey — fədakarlıqdır. Xanımın (s.ə) ailəsində olan fədakarlıq dalğası hamıya sirayət etmişdi.


Ardı →

İslamda valideyn övlad münasibətləri

Qurani-Kərimdə buyurulur ki, övladlarınız və sərvətiniz sizin üçün fitnədir. Burada işlədilmiş “fitnə” sözü çox çətin, qazanılması ağır olan imtahan anlamındadır. Göründüyü kimi, Allah-Təala bizi əmanət olaraq verdiyi dünya neməti ilə, övladlarla imtahana çəkir. Yəni qazanmaq qədər əlimizdə, ovcumuzda olanları yönləndirmək, haraya, niyə və necə sərf etmək də çox önəmli məsələdir. Bəzən deyirlər ki, övlad böyütmək bir növ borc vermək kimidir, yəni sən onu böyüdürsən, qocalanda da o sənə baxacaq. Amma Quran məntiqində bu cür yanaşma doğru deyil. Əgər fikir vermisinizsə, valideynə və ya övlada zəkat vermək düzgün sayılmır. Övladın valideynə baxması Allah-Təalanın əmridir. Valideyn sevgisi, insanlıq borcu bir tərəfə dursun, bizim üçün hər şeyin fövqündə Allah-Təalanın əmri var. Ola bilsin ki, bir valideyn heç övladına əməlli-başlı baxmayıb, özü yeyib, onu yedirməyib, yaxşı geyindirməyib, hər gün qəlbini qırıb, yad, ögey münasibət bəsləyib. O uşaq da bütün bunları xatırlaya-xatırlaya və bu yadlığın, ögeyliyin altında əzilə-əzilə böyüyüb. Əgər o övlad dinindən, Allah-Təalanın buyurduqlarından xəbərdardırsa, Allahı düşünərək öz valideyninə hörmət edəcək.


Ardı →