Bel ağrıları

Beldəki ağrı işləyən və təhsil alanlar arasında çox geniş yayılmış problemdir.
Oturaq vəziyyətdə - sükan, parta, kompyuter arxasında vaxt keçirən adamlar tez-tez beldəki ağrıdan əziyyət çəkirlər. Lakin buna çox az diqqət yetirirlər. Hesab edilir ki, bu ağrılar müalicə olunmur və öz-özünə keçir. Lakin əslində hər şey daha mürəkkəbdir. Beldəki ağrıların səbəbləri nələrdir və onlardan hansıları tibbi yardım tələb edir?

Əzələ gərginliyi

Beldəki xroniki və ya epizodik ağrıların təqribən 85%-i beldəki həddən çox gərginliklə bağlıdır. Təəccüblənməyin... Hətta əgər siz idmanla məşğul olmur, ağır yük daşımır və torpaqda iş görmürsünüzsə belə, sizin belinizin əzələləri onsuz da hər gün gərginlik keçirir. Məsələn, siz monitor qarşısında oturan vaxt sizin bədəninizin əsas kütləsini bel əzələləri saxlayır. Ona görə də həkimlər masa arxasında işləyənlərə kresloda oturan vaxt onun arxasına tam söykənməyi, "dərin" oturmağı məsləhət görürlər. Bir qayda olaraq beldəki kəskin olmayan ağrıları "müəyyən olunmayan səbəblər"ə (bu əzələlərin və ya buğumların müvəqqəti zədələnməsi ola bilər) aid edirlər. Və kresloda düzgün oturmaq pozası ilə müalicə edirlər. Əgər ağrılar iki həftədən sonra keçmirsə və ya müntəzəm olaraq təkrarlanırsa, siz öz həkiminizə daha müfəssəl müayinə üçün müraciət etməlisiniz.

Kompress sınığı

Amerika Tibb Assosiyasiyasının məlumatlarına əsasən, bu cür diaqnoz belində ağrı olanların təqribən 4%-nə qoyulur. Kompress sınığı daha çox yaşlı adamlarda və osteoporoz xəstələrində rast gəlinən onurğa sınığıdır. Bu xəstəlik zamanı sümüklər daha seyrək olur və sadəcə olaraq bədən kütləsinin təzyiqi altında sına bilir. Ona görə də zədə nəticəsində baş vermiş sınıqlar bu kateqoriyaya daxil edilmir. Və deməli, pasientin özü öz onurğasının necə sındığını hiss etməyə bilir. Bu barədə məlumat isə kəskin davamedici ağrılardan gəlir.
Bu cür sınıqlar ciddi yataq rejimi və ağrı hissiyyatının aşağı salınmasına yönəldilmiş dərman komleksləri ilə müalicə olunur.

Fəqərələrarası qığırdaqların yırtığı

Fəqərələrarası yırtıq daha çox 40 yaşdan sonra (bu erkən yaşlarda da baş verə bilər) adamlarda rast gəlinən kifayət qədər geniş yayılmış problemdir. Səbəbi əzələ və birləşdirici toxumaların degenerasiyasıdır (orqanizmin bioloji və ruhi cəhətdən pozulması). Yaşla əlaqədar olaraq insanın onurğası sanki "oturur", fəqərələr bir-birinə daha çox sıxılır, fəqərələrarası qığırdaqlar yastılaşır və onurğa sütununun hüdudundan kənara çıxır. Nəticə beldə və ayaqlarda kəskin ağrılara gətirib çıxardan əsəb əzələlərinin basılmasıdır.

Fəqərələrin iltihabı

Bu vəziyyətə əhalinin 5-7 %-də rast gəlinir. Lakin çox gec hallarda diaqnoz qoyulur (hər şeydən əvvəl insanlar xroniki bel ağrılarına sadəcə olaraq diqqət yetirmirlər). Fəqərələrin iltihabı zamanı fəqərələrdən birinin (adətən 5-ci fəqərə) ayaq hissəsi deformasiya olunur və bu səbəbdən fəqərə aşağıya "sürüşür". Onurğanın müvafiq nahiyəsi sütuna yox, nərdivana oxşayır.
Simptomlar isə həmindir - belin aşağı hissəsində, bəzən sağrılarda ağrı və az hallarda aşağı ətraflarda ağrı. Yeri dəyişmiş fəqərə onurğa beynindən ayrılan sinir toxumasını sıxa bilər ki, bu da ağrılara səbəb olur.

Bexterev xəstəliyi

Bu xəstəliyin başqa bir adı ankilozəedici fəqərə iltihabıdır. Əsasən kişilərdə, özü də həm yaşlı, həm də gənc kişilərdə rast gəlinir. Qadınlar bütün xəstələrin 1/6-dən azını təşkil edir.
Əsasən beldə, bud nahiyəsində ağrılar müşahidə edilir, bel əzələlərinin daimi gərginliyi hiss edilir. Səbəbi oynaqların və onurğa buğumlarının iltihabıdır. Bu xroniki xəstəlikdir, yəni bel nayihəsindən başlanır və boyun və döş nayihəsinə yayılır. Bundan başqa tədricən daxili orqanların birləşdirici toxumaları ürək - damar sistemi, böyrəklər, ağciyər və hətta gözlər də zədələnə bilir. Bu xəstəliyə çox nadir hallarda rast gəlinir. Bu diaqnozu pasientlərin 0,35%-nə "qoyurlar".

Xərçəng

Beldə ağrıların olması şikayəti ilə pasientlərin təqribən 0,7 %-də xərçəng şişləri aşkar edilir. Bu, əvvəlcə onurğa nahiyəsində lokalizasiya olunan və ya başqa üzvlərdən metastaz edən şişlər ola bilər. Statistikadan göründüyü kimi, bu cür hallar çox nadirdir: adətən, xərçəngi başqa simptomlarla "tuturlar". Və əgər insanda əvvəllər onkoloji xəstəliklər olmamışsa, beldəki ağrı bu dəhşətli diaqnozu qoymağa imkan vermir.

Onurğanın infeksion zədələnməsi

Beldəki ağrıların ən adi səbəblərindən biridir (0,01%). Bir qayda olaraq infeksiya onurğadan başlamır və belə bədənin başqa hissələrindən, məsələn, sidik kanalından qan axını yolu ilə çatır. Digər infeksion zədələnmələr kimi adətən yüksək temperaturla müşayiət olunur. Lakin "xəstə bel+hərarət" birləşməsi heç də, o demək deyil ki, sizin onurğanızda infeksiya vardır. Məsələn, adi qrip də həmin simptomlara səbəb ola bilər.

0 şərh