Onurğa əyriliyi-Skalioz

Sağlamlıq hər şeydən önəmlidir.Sağlam olmaq üçün təbii soklar içməli,idmanla məşğul olmalıyıq.Kalsium çatışmamazlığı bir çox xəstəliklərə yol açır.Küçədə gedərkən çoxunda bel kürək nahiyyəsində ya şişkinlik yadaki çiyinlərinin eyni olmamasını görürəm.Bəlkədə bilmirlərki onlarda onurğa əyrilikləri var.Buda ən çox uşaqlarda və 18-25 yaş arası insanlarda rast gəlinir.Daha çox rast gəldiyim SKALİOZDU. Adətən, skolioz uşaqlarda və gənc yaşlarda, orqanizmin sürətlə inkişaf etdiyi vaxtda inkişaf edir. Skolioz olan şəxslərdə orqanizm inkişaf etdikcə, sonrakı yaşlarda da təəssüf ki, skolioz inkişaf etməkdə davam edir. Bununçündə bu movzuya toxunmaq istədim.Güman edirəmki faydalana bilərsiz

Skolioz ( yunan dilindən tərcumədə "skoliosis"- əyrilik)- onurğa sütünunun yanlara əyilməsi olub, daxili orqanların funksiyasının pozulması ilə müşahidə oluna bilər.

Skolioz onurğa sütünunun özü oxu ətrafında fırlanması ilə xarakterizə olunub, döş qəfəsinin, çanağın və kürək sümüklərinin də qeyri-simmetrik yerləşməsinə səbəb olur. Təbii olmayan skelet quruluşu isə öz növbəsində, daxili orqanlara, damar və sinirlərə toxunaraq onların funksiyasını poza bilər. Bu isə skoliozla yanaşI Əyrilik bucağından asılı olaraq skoliozun 4 dərəcəsini ayırd edirlər. Skolioz bel, döş və döş-bel səviyyələrində ola bilər.   Səbəbinə görə miopatik(əzələ zəifliyi nətivəsində inkişaf edən), displastik (skelet sisteminin qeyri-düzgün inkişafı nəticəsində yaranan) və ideopatik (səbəbi müəyyən edilməyən) növlərə də bölürlər.ı gedən digər xəstəliklərSkolioz travmanın nəticəsi olaraq və ya onurğa sütünuna düşən yükün düzgün paylaşmaması səbəbindən də yarana bilər.

1.Güclü zədələr

2.Onurğanın sınması

3.Beli əyri tutaraq gündəlik yerimə vəziyyəti

4.Kampyuter qarşısında boyunu əyri vəziyyətdə saatlarla oturma qaydaları

5.Ağır çantaları yalnız bir çiyində saxlamaq

6.Zəif fiziki bədən

Skalioz əsasən iki formadan ibarətdir

1. Sadə

2.Mürəkkəb

Sadə skoliozda əsasən onurğa bir noqtədən başlayaraq yalnız bir istiqamətə doğru əyilir


Mürəkkəb skoliozda isə onurğa bir nöqtədən başlayaraq müxtəlif istiqamətlərə doğru əyilir. Onurğa əyriliyi döş qəfəsində deformasiya yaradaraq,daxili orqanların bir-birilə sıxılmasına gətirib çıxarır.Və bununla da şəxsin gündəlik enerji ehtiyatı tükənir və sanki özünü illərdir yorğun kimi hiss edir.

Skolioz ağırlıq dərəcəsinə görə 4 səviyyəyə bölünür:

1-ci səviyyə: Onurğanın 10 dərəcə üfüqi istiqamətdə əyriliyidir.Skoliozun hələ ilkin başlanğıcı hesab edildiyindən o dərəcədə qorxulu deyildir.Tez üzərinə düşülərsə bu əyrilik yerinə otura bilər.

Skolioz-dəhşətli əyrilik    2-ci səviyyə: Onurğanın 25 dərəcədə əyriliyidir.Artıq narahatçılığa əsas yaranır və xüsusi diqqət göstərilməlidir.Müalicə və masaj-əsas həlledici üsullardandır.

3-cü səviyyə: Onurğanın 40 dərəcədə əyriliyidir.Bu səviyyədə artıq döş qəfəsi öz formasını tədricən itirmiş və belin donqarlığa doğru deformasiyası prosesi başlamışdır.Beldə sümüklər çıxmağa başlayır.Bir növ gərəksiz kimi.       4-cü səviyyə: Onurğanın artıq sürətlə əyilməsi prosesidir.Hansı ki,masaj və müalicə üsulu yetərincə güclü təsir etməz.Və döş qəfəsinin tamamilə formasının itirilməsi,belin donqar halda formalaşması prosesinin kulminasiya nöqtəsinə səbəb olur.Eyni zamanda bu səviyyədə onurga sözün əsl mənasında böyük "S" hərfini xatırladır Skoliozun müalicəsi ilə ortoped-travmatoloq məşğul olur. Yüngül dərəcəli skolioz konservativ, ağır dərəcəli skolioz isə operativ Konservativ müalicə dedikdə müvtəlif ümumi gücləndirici müalicə, massaj, manual terapiya, xüsusi fiziki məşqlər və korsetterapiya nəzərdə tutulur. Korsetlə(xəstəyə xüsusi aparat geyindirilir) müalicə son dövrlər ən efekti müalicə hesab olunur. (cərrahi əməliyyat) yolla müaicə olunur.in də inkişafıma səbəb ola bilər.Uşağın düzgün fiziki inkişafı - onurğa sütunu əyriliyinin gözəl profilaktikasıdır. Bunun üçün uşaq təmiz havada çox olmalı, qaçmalı, hərəkətli oyunlarda, gəzintilərdə iştirak etməlidir. Hər bir uşaq hər gün səhər idmanı etməlidir. Bu, bədənin müxtəlif əzələ qruplarının kifayət qədər möhkəmlənməsinə və qamətin düz olmasına kömək edir.

Su da möcüzələr etməyə qadirdir. Üzgüçülüklə məşğul olmaq bütün bədən əzələlərini, tənəffüs və ürək-damar sistemini möhkəmləndirir, bədənin müqavimətini artırır, habelə bəzi hallarda onurğa sütununda olan problemləri də aradan qaldırır.

Ürək-damar və tənəffüs sistemi xəstəlikləri olan uşaqların valideynləri onları həddən artıq dərəcədə qoruyaraq, qaçmağı, tullanmağı, idmanla məşğul olmağı da onlara qadağan edirlər. Lakin bu, uşağın ümumi fiziki inkişafına və o cümlədən, onurğanın vəziyyətinə də mənfi təsir göstərir. Bu məqsədlə xəstə uşağın valideynləri ona hansı idman hərəkətləri etməyin xeyirli ola biləcəyi barədə həkimdən məsləhət almalıdırlar.

Uşaqda normal qamətdən kiçik kənaraçıxmalar olarsa, başlanğıcda onları sadə fiziki idman hərəkətləri ilə aradan qaldırmaq olar. Bu haqda təcrübəli həkim-ortopedlər və ya masajistlər sizə dəyərli məsləhətlər verə bilər. Müalicəvi masaj, həmçinin uşağın onurğa sütununun düzgün formada qalmasına köməklik edən xüsusi korsetlərin geyilməsi də yaxşı effekt verir.

Bədən tərbiyəsindən başqa, məktəb yaşlı uşaqlarda onurğa sütunu əyriliklərinin qarşısını almaq üçün onlara düzgün tədris və istirahət rejimi yaratmaq lazımdır. Əgər uşaq uzun müddət hərəkətsiz vəziyyətdə qalırsa, bu, onurğa sütununa da mənfi təsir göstərir. Şifahi və yazı tapşırıqlarını növbələşdimək lazımdır. Məktəb məşğələləri ilə ev tapşırıqlarının yerinə yetirilməsi arasında da kifayət qədər vaxt keçməlidir. Belə ki, birinci növbə oxuyan uşaqlar məktəbdən qayıtdıqdan sonra nahar etməli, 2-2,5 saat təmiz havada gəzməli, oynamalı və yalnız bundan sonra ev tapşırıqlarını yerinə yetirməyə başlamalıdır. Yerinə yetirilən tapşırıqlar arasında uşağa müəyyən fasilələr vermək də xeyirli hesab edilir. Məsələn, dərsin hər hansı bir hissəsini yerinə yetirdikdən sonra, uşaq bir qədər oynamalı sonra yenə də hazırlığını davam etdirməlidir.

Uşağın yatağı da rahat olmalıdır. Bu zaman yataq çox yumşaq deyil, bir qədər bərk olmalıdır. Bu baxımdan müasir ortopedik döşəklərə üstünlük verilir. Uşağın yastığı həddən artıq hündür və yumşaq olmamalıdır. Onun yastığının nazik və düzbucaq şəklində olması daha məsləhətlidir.

Müəllif:Əhmədova Zeynəb

 
loading...

13 şərh

Zeyneb_Ehmedova
skalioz olan xəstələr ancaq düzünə yatmalıdır
şərh silinmişdir
şərh silinmişdir
Cavid
Hərşey uşaqlıq və məktəb vaxtlarından başlayır, bəlkədə ən çətin xəstəliklərdən biridir, düzəlməsi çox zaman alır
Zeyneb_Ehmedova
Dwzdw amma cavid əgər bir çiyində daima ağır çanta daşıdıqda Bir tərəf oturduqda istər 25 yaşın olsun yaranacaq.Bu xəstəlik uşaq vaxtlarında tez başlasada amma yaşa dolduqca yaşa baxmayaraq yenədə yaranır.Bunu şəxsən özüm yol gedəndə böyük insanlarda daha tez-tez görürəm.Bəlkədə onlar bilmir
Cavid
Başa düşürəm, sonra uşaqıar haqqında yazdığın məsləhətlər düşünürəm ki, çox əhəmiyyətlidir. Ümumiyyətlə indiki zamanda uşaqların böyüdülməsinə bəzi ailələr çox məsuliyyətsiz yanaşırlar və nəticədə gələcəkdə bir çox problemlər yaranır. Ən adi misala baxsaq məktəblərdə uşaqların partalarda düzgün əyləşməməsi və yaxud uşaqlara düzgün yataqların hazırlanmaması.
ayxansevda
dəyərli və faydalı məlumatdı təşəkkür edirəm. dediniyiniz uşaqlar üçün idman hərəkətləri haqqında da bir post yazsanız düşünürəm ki, bir çoxları faydalana bilər.  Skaliozun ilk səviyyəsi üçün hansı idman hərəkətləri mütəxəssizlər tərəfindən məsləhət görülür? məncə maraqlı post olar.
Cavid
Tamamilə razıyam, gözləyitik)
Zeyneb_Ehmedova
idman novlerini calişaram əlavə edim
Narazi
cox pis xəstəlikdir vaxtında müalicə elətdirməyəndə artır düzdü?belə eşitmişəm hətta ölümdə olur
lamka555
mende 27 derece skalioz var hekim karsetnen mualice eliyir 
acqarik
Məlumata görə təşəkkürlər. Artıq bir həftədir skalioz olduğumu öyrənmişəm. Hələ ki 1-ci səviyyədir. Amma nə qədər yüngül səviyyə olsa da, hər hansısa bir xəstəliyə tutulduğunu bilmək pis hissdir. Çiyinlərimdə azacıq əyrilik var. Bir həftədir sanki hər kəs bunu hiss edirmiş kimi kompleks yaşayıram. Allah heç kimə xəstəlik verməsin. İnşaallah mən də tez bir zamanda bu xəstəlikdən qurtularam.
ella6404
Çox dəyərli məlumatdı.Amma əgər idman hərəkətləridə əlavə olunsa çox gözəl olar.1-ci və 2-ci dərəcəli skolioz üçün masaj ve idman hereketlerini bilmək heç də pis olmazdı