At quyruğu sindromu

Cauda equine syndrome və ya at quyruğu sindromu onurğa beyni kötüklərinin bel fəqərələri səviyyəsində sıxılmasıdır. Bunun nəticəsindən aşağı ətrafların və çanaq orqanlarının innervasiyası pozulmuş olur. Xəstəliyin məhz belə ad alması buradakı sinir kötüyü dəstəsinin at quyruğuna bənzəməsidir.

Səbəbləri
müxtəlifdir, lakin 60% hallarda səbəb bel fəqərələrini disk yırtığı olur. Bundan başqa, at quyruğu sindromunu digər adları da var: kürəyin anomaliyaları, anadangəlmə anomaliyalar, onurğa beyni anesteziyası, əməliyyatdan sonra baş verən ağırlaşmalar, onurğa beyni şişləri, infeksion xəstəliklər və s.

Xəstələr adətən, kürək nahiyəsində olan ağrıdan şikayət edirlər, ayaq nahiyəsində hissiyyatın itməsi, əzələ zəifliyi, qəbizlik, sidiyə çətin getmə və sidiyi saxlaya bilməmək, seksual problemlər, bir sözlə normal həyat tərzinə mane olan əlamətlərdən şikayətlənirlər. Kürək nahiyəsinin aşağı hissəsindəki ağrılardan milyonlarla insan əziyyət çəkir və bunun müalicəsi əksər hallarda konservativdir. Lakin ağrı sindromuna yuxarıda göstərilən digər əlamətlər də qoşulursa, bu ciddi bir xəstəlik ola bilər.

At quyruğu sindromunun diaqnostikasında onurğanın rentgen müayinəsi, əsasən isə mieloqrafiya və MRT müayinəsi əsas rol oynayır. Müalicə: cərrahidir və nə qədər erkən müdaxilə edilsə ağırlaşmalar bir o qədər az olmuş olacaq. Buna görə də ilk əlamətlər özünü göstərməyə başladıqda mütəxəssisə müraciət etmək lazımdır.

0 şərh