Рейтинг
+21.87

istinad-hərəkət apparatı

21 üzv, 37 topik

Əzələ spazmı nədir ? Əzələ sıxılması səbəbləri və müalicəsi

Əzələ spazmı sinirlər tərəfindən əzələlərə birdən-birə həddindən artıq siqnalların ötürülməsi ilə ortaya çıxan bir haldır. Bunun əsas səbəbi isə beyninin soyuq əzələ kütləsinə bəzi hərəkətləri anidən etməsinə olan tələbkarlığıdır. Normal halda əzələlərin müəyyən hərəkətləri icra edə bilməsi üçün əzələ yağ toxumasının isinməsi və lazımi qədər protein və s. başqa vitaminləri depolaşdırılması gərəklidir. Ən çox ayaqların ön və arxa tərəfində uyuşmalar ilə hiss edilən əzələ spazmı, həmçinin əllərdə, beldə, qarın nahiyəsində də görülə bilir.


Davamı →

Revmatizm

Revmatizm dedikdə çox adamın ağlına yüngül oynaq ağrısı gəlir. Yağış yağmazdan əvvəl yaşanan və əslində həyata çox da təsir etməyən "şirin" bir ağrı. Halbuki, yüzlərlə növü olan revmatizm doğru diaqnoz qoyulmadığı təqdirdə gəzməyə belə mane ola bilir.

Davamı →

Bel yırtığı riskini azaltmağın yolları

Bel yırtığının qarşısını almaq üçün hərəkətsiz qalmayın
Bel yırtığı halları hərəkətsizliyin əsas nəticəsidir. Stolüstü işdə uzun müddət çox çalışmaq əzələ yorğunluğuna səbəb olur. Bunun qarşısını almaq üçün masada işləyənlərin bir saat oturduqdan sonra 10 dəqiqə qalxıb yerimələri və əzələlərini məşqlərlə işlətmələri çox faydalıdır. Uzun müddət maşın sürənlərdən birisinizsə, eyni şəkildə fasilələr vermək faydalıdır.

Davamı →

Boyun mioziti nədir?

Boyun ağrılarının 50%-i əzələ boyun-çiyin əzələ qrupunun iltihabi prosesindən qaynaqlanır. Miozit xəstəliyinin növləri içində ən çox yayılmışı da məhz boyun miozitidir. Xəstəlik istənilən yaşda, qadın-kişi fərqi olmadan hər kəsi yaxalaya bilər.

Xəstəliyin əlamətləri:
— Boyun miozitini çox vaxt həkim və pasiyentlərin səhv saldığı ostexondroz, radikulit, onurğa yırtığından fərqləndirən əsas əlamət onun bir neçə gün ərzində başlayıb, 1 həftə ərzində kəskinləşməsi və ağrıların dözülməz olmasıdır.

— Boyunu tərpədəndə, çevirəndə, fiziki yük zamanı, başı əyəndə ağrı kəskinləşir, çiyinə, qola, qulağa yayılır. Adətən miozit boynun bir tərəfini tutur.
Davamı →

Təhlükəli xəstəliklərə işarə edən 7 növ bel ağrısı

Bel ağrısı ən yayılmış şikayətlərdən biridir. Bel ağrısının səbəbləri çoxdur və müxtəlifdir. Bəzən belə ağrı heç bir ciddi pozulmaya işarə etmir, bəzən isə çox ağır xəstəliklərin ilk simptomu kimi meydana çıxır. Nə zaman bel ağrısına fikir vermək və həkimə müraciət etmək lazımdır?

Medportal.ru saytı xəbər verir ki, bunu aydınlaşdırmaq üçün Amerika Dövlət sümük-əzələ İnstitutunun mütəxəssisləri pasiyentlər üçün xüsusi çek-vərəqə hazırlayıblar. Bu sənəddə həkimə müraciət etmək üçün ciddi səbəb yaradan bel ağrılarının simptomları sadalanıb.
Davamı →

Boyun ağrıları

Boyun ağrılarının ən önəmli səbəbi kimi boyun yırtıqları (qrija) göstərilir. Xüsusilə oturaq işdə işləyən insanlarda rastlanan və yaşamına mənfi təsir göstərən boyun ağrılarına hər yaş qrupunda rast gəlinir. Onurğa cərrahı Selcuk Gözcü boyun ağrılarının modern yaşamın gətirdiyi narahatlıqlardan biri olduğunu deyib.

Onun sözlərinə görə, boyun ağrılarından çox insan əziyyət çəkir, ancaq bir çoxları buna ciddi yanaşmadığından ağır fəsadları olur: «Boyun ağrılarına boyun onurğasında kirəcləşmə, boyun yırtığı, ağrı sindromları, revmatizma, yöndəmsiz duruş və boyunu sərt hərəkətlər nəticəsində zədələmə səbəb ola bilər».
Davamı →

Bel ağrıları üçün 7 məsləhət

Günümüzdə demək olar ki, əksər insanları narahat edən sağlamlıq problemlərindən biri bel ağrısıdır. Bel ağrılarından qurtarmaq üçün aşağıdakı məsləhətlərə diqqət yetirin.
 
1. Oturmusunuzsa, hər 20 dəqiqədən bir ayağa qalxın və bir neçə addım atın
 
2. Belinizə dəstək verərək, oturma formanızı düzəldin.
 
3. Yerə nəsə düşübsə, əyilərək götürməkdənsə yüngülcə çömbələrək götürün.
Davamı →

Oynaqların sağlamlığı

Oynaqlar sümüklərin hərəkətli birləşməsini təmin edən dayaq-hərəkət sistemi hissəsidir, içində sinovial maye olan oynaq kisəsi ilə əhatə olunub.

Quruluşuna görə iki sümükdən təşkil olunmuş sadə, üç və daha artıq sümüyün iştirakı ilə yaranan mürəkkəb oynaqlara bölünür. Ətrafında onu əhatə edən və oynağın normal fəaliyyətini təmin edən oynaqətrafı toxumalar — əzələlər, bağlar, vətərlər, damar və sinirlər yerləşir. Oynaqların sağlamlığını və normal hərəkətini təmin etmək üçün bəzi qidalardan istifadə etmək daha faydalıdır.
Davamı →

Skoliozu təsbit etməyin 8 yolu

Normal sağlam insanda baş, bel, çanaq (ləyən sümüyü) və ayaqların orta nöqtəsi eyni şaquli xətdə olur. Normal onurğanın öndən görünüşündə sağa və ya sola doğru əyilmə olmur. Onurğaya öndən baxdıqda sağa və ya sola doğru əyilməsinə skolioz deyilir. Yaşı 10-dan az olan uşaqlarda müşahidə edilən skolioz yetkinlik dövründə olan skoliozdan fərqlidir.

Mütəxəssis bildirir ki, skoliozun irəliləməsini təyin edən ən vacib faktor uşağın fiziki inkişaf sürətidir. Hər 100 uşaqdan 3-də uşaqlıq dövrü skolioz müşahidə edilə bilər. Ayaqların asimmetriyası, kürəkdə qabırğaların bir tərəfdə daha çox yığışması, bir çiyinin daha aşağı olması kimi gözə çarpan əlamətlər skoliozdan xəbər verir:
Davamı →

Boyun ağrılarının səbəbləri

Boyun ağrıları bir çox müasir insanları narahat edir.Belə ağrılar müxtəlif səbəblərə görə inkşaf edir. Bu səbəblər arasında:

Əzələlərin həddən artıq gərgin olması (mialgiya).
Uzun müddət ərzində oturaq vəziyyətdə iş görən insanda boyun əzlələrinə gərginlik artır, əzələlər sıxılır. Sıxılmış əzələlər yanında yerləşən sinirləri sıxır ki, bu da boyun ağrılarının inkişafına səbəb olur. Ağrı boyunun arxa hissəsini əhatə edir və çiyinlərə yayılır. Belə ağrılar ofis işçilərini tez-tez narahat edir. Belə vəziyyətə düşməmək üçün oturaq vəziyyətdə işləyən insan hər 30-40 dəqiqədən bir çox sadə hərəkətlər etməlidir — boynunu arxaya, qabağa və yanlara əyməlidir. Bu əzələlərdən artıq yükləməni götürür, qan dövranı yaxşılaşdırır, əzlələri «boşaldır» və ağrılardan xilas edir.
Davamı →