Boyun mioziti nədir?

Boyun ağrılarının 50%-i əzələ boyun-çiyin əzələ qrupunun iltihabi prosesindən qaynaqlanır. Miozit xəstəliyinin növləri içində ən çox yayılmışı da məhz boyun miozitidir. Xəstəlik istənilən yaşda, qadın-kişi fərqi olmadan hər kəsi yaxalaya bilər.

Xəstəliyin əlamətləri:
— Boyun miozitini çox vaxt həkim və pasiyentlərin səhv saldığı ostexondroz, radikulit, onurğa yırtığından fərqləndirən əsas əlamət onun bir neçə gün ərzində başlayıb, 1 həftə ərzində kəskinləşməsi və ağrıların dözülməz olmasıdır.

— Boyunu tərpədəndə, çevirəndə, fiziki yük zamanı, başı əyəndə ağrı kəskinləşir, çiyinə, qola, qulağa yayılır. Adətən miozit boynun bir tərəfini tutur.
— Boyun əzələsi şişir
— Əgər miozit irinlidirsə, temperatur qalxır, intoksikasiya və baş ağrısı başlayır.
— Ənsədə, gicgahda ağrı olur, çəmədə çeynəmə əzələləri gərginləşir, xəstə yemək yeyərkən ağrı hiss edir.

— Ağrılar gecə və açıq havada, soyuqda artır
— Udmada çətinlik, öskürək ağır mərhələdə baş verir.
— İltihab sağlam əzələlərə yayılıb, onların funksiyasını pozur. Vaxtında müdaxilə və müalicə olunmadıqda tənəffüs əzələlərini də yoluxdurub, boğulmaya səbəb ola bilər.

— Dermatomiozit boyun, çiyin nahiyəsində səpkilərlə xarakterizə olunur, dodaq, gözlərin üstü şişir.
— Parazitar miozitdə ağrılar döş qəfəsi əzələlərini əhatə edir, lokal hərarət qalxır, insan özünü çox pis hiss edir.

Əgər iltihab yüngüldürsə, xəstəlik 4-6 günə öz-özümə keçib gedir. Xəstə sadəcə az hərəkət etməli, boyunu isti saxlamalı, ağrıkəsici qəbul etməlidir. Yüngülləşmə baş verməsə, xəstəlik xroniki və kəskin formaya keçir.

Səbəbləri:
Bu xəstəlik o qədər çox səbəblidir ki, səbəbi araşdırmağa vaxt belə yetməz.

— Travma, zədə, ağırlıq
— Toksiki təsir
— İltihabi xəstəliklər
— İnfeksiyalar — hətta xroniki angina, qrip, tonzillit əzələlələri iltihablaşdıra bilər
— İş rejimi, xüsusən soyuq havada işləyənlər, ofis işçiləri
— İdmanda əzələ travması, dartılma
— Uzun müddətli stres, nevroz
— Parazitar yoluxma, orqanizmdə olan mikroorqanizmlər əzələləri zədələyir
— Kəskin soyuq, donvurma
— Oynaq iltihabi xəstəlikləri, artroz, ostexondroz

Müayinəsi
Nevroloq tərəfindən aparılıb, boyun rentgeni, USM, qan analizi olunur.
Müalicə üçün kompleks dərmanlar və fizioterapiya təyin edilir.
İrinli miozit antibiotiklərlə müalicə edilir.
Yerli olaraq maz çəkilməsi irinli miozitdə yolverilməzdir.

Amma digər hallarda isidici, qızışdırıcı, spazmaqolik xarakterli, qan dövranını artıran mazlar təyin edilir.
İltihab əleyhinə fastum gel, finalqon çəkilə bilər.

Qidalanma
Xəstəlik iltihabi, parazitar xarakterli olduğundan xəstə bir müddət duzlu, istiotlu, qızardılmış yeməklərdən, ətdən imtina etməlidir. Orqanizmdən toksinləri, parazitləri qovan, iltihabı azaldan meyvə, tərəvəz, bitki çayları və s qəbul etməlidir.

Fiziki hərəkət, idman
Akvaaerobika, yüngül su idmanı miozitlər üçün uyğundur. Əzələnin tonusu artırmaq üçün xüsusi idman növləri seçilir.
Eləcə də peşəkar masajis tərəfindən müalicəvi masaj edilməlidir.

medicina.az

0 şərh