Gepard və şikarı

Ucsuz –bucaqsız Afrika savannalarında bir çox Avropalı fotoqraflar vəhşi heyvanların video və foto çəkilişləri ilə məşğul olurlar. Müstəsna hallarda fotoqrafların obyektivinə vəhşi heyvanların gözlənilməyən hərəkətləri tuş gəlir. Bizim çoxlarımız sənədli filmlərdə yırtıcıların hücumlarını çox seyr etmişik. Amma bəzən yırtıcıların özləri də şikarlarının kəskin müqavimətinə rast gəlirlər.

Fotoqraf Styu Porter Cənubi Afrika Respublikasının Tşekudu parkında dünyanın ən sürətli heyvanı gepardın qabana hücumunu kadrlara almışdır. Ən qəribəsi budur ki, son anda qaban birdən-birə geri dönərək geparda sarı qaçmağa başlamışdır. Artıq vəziyyət dəyişdirən qaban gepardın özünü qovmağa başlamışdır. Belə bir kobudluğu gözləməyən gepard həmin yerdən qaçıb uzaqlaşmışdır.

Digər bir fotoqraf Astrid Kindsvogel Tanzaniyanın Nqoronqoro milli parkında gepardın hücumunu izləmişdir. Gepard özündən 2-3 dəfə balaca olan savanna tülküsünə hücum edir. Lakin gözlənilmədən başqa bir tülkü həmcinsinin müdafiəsinə qalxaraq geparda müqavimət göstərir. Tüklərini qabardan tülkünü görüncə gepard əvvəlcə çaşıb qalır, sonra geriyə qaçmağa başlayır. 

loading...

4 şərh

pascal
:)) Çox maraqlıdır. Geparda qarşı «kontur ataka»ya keçən heyvanların ürəyindən kəsin bu sözlər keçib: "Ölmək ölməkdir, xırıldamaq nə deməkdir? Onsuz da öldürəcək məni bu Gepard, qoy hələ mən onu qorxudum, görüm alınır?" Alınıb da. :))
Əhsən o heyvanlara! İnsanlara ibrət olsun!
_BUMERANQ_
Dəqiq Gepard çaşıb. Deyib «zəmanə dəyişib», indi balacalar bizi qovur :)
istorik_c
Əsl həqiqətdə çaşıb da
azadmamedov90
zənnimcə o balacalar ANA olduqları üçün elə cəsarətli olublar. )) ama insanlar o qədər də cəsarətli deyillər. çünki qəbul etmək çətin olsa belə çoxusu Qoyun- Sürü psixologiyasinda yaşayır!