İqbal Məsih

    İqbal Məsih 1983-cü ildə Pakistanda kasıb kəndli ailəsində doğulmuşdur. 4 yaşında ikən böyük bacısına cehiz almaq üçün aldıqları 12 dollar faiz pula görə ailəsi onu qul kimi xalçatoxuma fabrikinə satmışdır. İqbal xalça dəzgahına zəncirlə bağlanmışdır.10 yaşına kimi fabrikdə gündə 14 saata qədər işlədilmişdir.İqbal kifayət qədər qida qəbul etmədiyi və gün işığında olmadığı üçün orqanizmi zəif inkişaf etmişdi.Sahibkar faizi artırmaqla uşağı ailəsinə qaytarmağı əngəlləmişdir. 9 yaşında İqbal öyrənir ki hökümət uşaq əməyinə qarşı mübarizə aparmağa başlayıb.  Nəhayət 1993-cü ildə o fabrikdən qaçaraq uşaqları azad etməklə məşğul olan BLLF təşkilatına qoşulur. 2 il ərzində bir çox təhlükəli əməliyyatları apararaq 3000-dən çox uşağı əsirlikdən azad edir. İqbal yaşının az olmasına baxmayaraq böyük insanlar kimi düşünmüşdür. Ağır əmək şəraiti nəticəsində demək olar ki, o uşaqlıq dövrünü yaşamamışdır. Azadlıq haqqında çıxışı onu Pakistanda tanıtdırdı. Amerikaya aparılan uşaq 5 ilin dərsini qısa müddətdə mənimsəmişdir. Arzusu vəkil olmaq idi. Lakin ailəsi üçün darıxırdı. Böyük çətinliklərdən sonra nəhayət 1995-ci ilin aprelində öz ailəsinə qovuşur.Lakin elə həmin ay doğma kəndində əmisi oğlu ilə velosiped sürərkən naməlum şəkildə qətlə yetirilir.   İqbal Məsih Pakistanda uşaqların azadlıq simvolu sayılır.

2 şərh

2ral
Bu da hərbi gücünə görə ən qüvvətli islam ölkəsinin günü
Don_Elnur
Səni qul kimi satmış ailənin nəyi üçün darıxasan ki…