Bağdad batareyası

1938-ci ildə alman arxeoloq Vilhelm Koniq tərəfindən tapılan vazaya bənzər bir əşya “Bağdadbatareyası” adlandırılır. Bəs 2000 illik tarixi olan bu əşyadan batareya kimi istifadə edildiyinə dair qənaətə necə gəliblər? Çünki bu əşyadan batareya kimi istifadə edilibsə – ki, aparılan tədqiqatlar bunun doğru olduğunu göstərir – mədəniyyətin daima təkmilləşdiyi, qədim xalqların isə ibtidai şəraitdə yaşadığına dair bütün nəzəriyyələr əsassız qalır.

Ağız hissəsi asfaltla örtülmüş bu torpaq qabın içində mis boru var. Alt hissədən mis diskə bağlanmış bu borunun içində dəmir çubuq üst tərəfdəki asfalt qapağa bərkidilmişdir. Çubuq borunun içinə doğru sallanmış vəziyyətdədir, ancaq heç bir nöqtə ilə birləşmir.

Qabı elektrolidlə doldurduqda isə elektrik axını hasil edən batareya əldə edilir. Bu, elektrokimyəvi reaksiya adlanan prosesdir və dövrümüzdəki batareyaların iş mexanizmindən heç bir fərqi yoxdur.Bağdadbatareyasını əsas götürərək hazırlanan modellərdə 1.5-2 voltluq enerji əldə edilmişdir.

Buradan mühüm sual çıxır: 2000 il əvvəl batareyadan nə üçün istifadə ediblər? Batareya olduğuna görə, batareya ilə işləyən bir çox cihaz və alət olduğu da aydındır. Bu, 2000 il əvvəl yaşamış insanların təxmin edildiyindən daha qabaqcıl həyat standardlarına malik olduqlarını göstərir.

 

 

0 şərh