Рейтинг
+52.08

İxtiralar və kəşflər

53 üzv, 15 topik

Lotus bitkisinin maraqlı xüsusiyyəti

Lotus bitkisi (ağ su zanbağı) palçıqlı və çirkli mühitlərdə bitir. Buna baxmayaraq, bitkinin yarpaqları həmişə təmiz olur. Çünki bitki üzərinə çox cuzi toz dənəsi belə düşən kimi dərhal yarpaqlarını yelləyir və toz zərrəciklərini müəyyən məsafəyə doğru itələyir.
Yarpağın üzərinə düşən yağış damcıları da bu nöqtələrə doğru yönləndirilir və buradakı tozları yuyub aparır.       

Lotus bitkisinin bu xüsusiyyəti bina səthinin dizaynı üçün araşdırmaçılara yeni üfüq açıb. Bundan ilham alan tədqiqatçılar Lotusun yarpağı kimi, yağış sularını istifadə edərək üzərindəki çirki təmizləyən bina səthləri üzərində işə başlayıblar.


Ardı →

İxtiraçısı səhv bilinən ən məşhur ixtiralar

Keçmişdən günümüzə qədər gəlib çatan, hətta daha da təkmilləşərək işlərimizi asanlaşdıran cihazlar tarixdə özünəməxsus yer tutur. İxtiraları böyük elmi nailiyyət hesab olunan və əsərin sahibi olaraq adları tarixə yazılan çoxlu sayda alimlər var. Lakin sonradan məlum olub ki, həmin alimlərin adları səhv bilinib. Sizə ixtiraçısı səhv bilinən həmin icadları təqdim edirik.
Ardı →

Dəniz dibindəki elektrik axınlarının mənbəyi

Elm adamları 3 il əvvəl dənizin dibində kəşf edilmiş, ancaq səbəbi aşkar edilməmiş elektrik axınlarının mənbəyini tapıblar. Beynəlxalq tədqiqat qrupu dəniz dibində elektrik naqilləri kimi işləyən bakteriyaları kəşf ediblər.

Danimarka və ABŞ-dan elm adamları biomühəndislik sahəsində çox mühüm kəşfə imza atıblar. Tədqiqatçılar dəniz dibində kəşf edilmiş yeni bakteriya növünün elektrik axını hasil etdiyini müəyyən ediblər. Sözügedən bakteriyanın çox kiçik hissəsində cərəyan ötürən naqiləbənzər çıxıntıları olduğu məlum olub.

Elm adamları elektrikli bakteriyanın üzvi elektronika sahəsində yeniliyə səbəb olacağını, hətta insan bədəninə nəql edilən protezlərin təkmilləşdirilməsinə imkan verəcəyini bildiriblər.


Ardı →

Bağdad batareyası

1938-ci ildə alman arxeoloq Vilhelm Koniq tərəfindən tapılan vazaya bənzər bir əşya “Bağdadbatareyası” adlandırılır. Bəs 2000 illik tarixi olan bu əşyadan batareya kimi istifadə edildiyinə dair qənaətə necə gəliblər? Çünki bu əşyadan batareya kimi istifadə edilibsə – ki, aparılan tədqiqatlar bunun doğru olduğunu göstərir – mədəniyyətin daima təkmilləşdiyi, qədim xalqların isə ibtidai şəraitdə yaşadığına dair bütün nəzəriyyələr əsassız qalır.

Ağız hissəsi asfaltla örtülmüş bu torpaq qabın içində mis boru var. Alt hissədən mis diskə bağlanmış bu borunun içində dəmir çubuq üst tərəfdəki asfalt qapağa bərkidilmişdir. Çubuq borunun içinə doğru sallanmış vəziyyətdədir, ancaq heç bir nöqtə ilə birləşmir.


Ardı →

Kərtənkələ ayaqlarının texnologiyaya verdiyi ilham

Kərtənkələlərin yerin cazibə qüvvəsinə baxmayaraq, tavanda və divarda suda yeriməsi təmin eden fiziki qanun nədir və texnologiyaya necə ilham vermişdir?

Hər canlı növünün məhz ehtiyacına uyğun ayaqları var. Qartalın güclü pəncəli, ördəyin pərdəli, insanın bədəninin bütün ağırlığını daşıyan mükəmməl ayaqları var. Fərqli xüsusiyyətlərə malik ayaqlardan biri də kərtənkələnin ayaqlarıdır. Çünki kərtənkələ ayaqları qızğın qumların və ya suyun üzərində yerimək üçün əlverişli olduğu kimi, şüşənin üstündə və ya tavanda yeriməyə də uyğundur.

 Yerin cazibə qüvvəsinə qarşı divarda və tavanda yeriyən kərtənkələ
Kərtənkələlərin divarlara və tavanlara dırmanarkən yerin cazibə qüvvəsinə qarşı müqavimət göstərən milyonlarla mikroskopik tükcükdən təşkil edilmiş ayaqları bu canlıların tavana yapışmasına kömək edir. Elm adamları kərtənkələnin bu xüsusiyyətlərini təqlid edərək müxtəlif sahələrdə istifadə etmək üçün plasterlər  istehsal ediblər.


Ardı →

Şumerlər və elmi

ixtiŞumerlər riyaziyyata say sistemini tətbiq ediblər. Dövrümüzdə istifadə edilən 10 sayı əsasında qurulmuş riyazi sistem əvəzinə 60 sayı əsasında qurulmuş riyazi sistemdən istifadə ediblər. 60 sayı hələ də bəzi hesablamalarda mühüm yer tutur, 1 saatın 60 dəqiqədən, 1 dəqiqənin 60 saniyədən ibarət olması və ya dairədə 360 dərəcə olması kimi… Ona görə, həndəsə və cəbrin ilk formullarını tərtib edən şumerlərin riyazi bilgiləri müasir riyaziyyatın əsası hesab edilir.

Bundan əlavə, şumerlər astronomiya sahəsində yüksək səviyyəyə çatmış, ay, il və günlərin sayını dövrümüzdəki hesabla, demək olar ki, eyni hesablamışdılar. 12 aydan ibarətşumertəqvimindən qədim misirlilər, yunanlar və bəzi sami mənşəli xalqlar da istifadə ediblər. Bu təqvimdə bir il qış və yay olmaqla iki fəsildən ibarət idi. Yay fəsli yazdakı gündönümündə, qış fəsli isə payızdakı gündönümündə başlayırdı.


Ardı →

Dünyanın ən mühüm kəşfləri

Mendeleyev cədvəli materialların təkamülü tarixində bəşəriyyət üçün ən vacib ixtiradır
Amerikanın yeni materialları öyrənən «AIMMPE» İnstitutunun ekspertləri bu qənaətdədirlər. İtaliyanın «La Repubblica» qəzetinin verdiyi xəbərə görə, Dmitri Mendeleyevin kəşf etdiyi elementlərin dövri təsnifatına «AIMMPE»yə daxil olan səkkiz ölkədən 4235 nümayəndə səs verib.
 
Bəşəriyyət üçün vacibliyinə görə, ikinci yerdə ekspertlər dəmirin əridilməsini göstəriblər. İlk dəfə bunu eramızdan təxminən 3550 il əvvəl misirlilər kəşf ediblər.
Davamı →

Qabyuyan maşının kəşfi

Koçrane evində tez-tez ziyafətlər verən varlı qadın idi. Özü isə heç vaxt qab yumurdu. Bunun üçün xüsusi xidmətçiləri vardı. Onun üçün dəyərli olan bu qablar hər dəfə yuyulan vaxtı sınırdı. Koçrane buna çarə tapmaq üçün xüsusi aparat lazım olduğunu düşünürdü. Hansı alimə söylədisə, heç kim onun istədiyini ixtira edə bilmədi. Beləcə o da bunu özü etdi.

Onun “əgər heç kim bir qabyuyan maşın icad etmirsə, o halda bunu özüm edəcəyəm!” — deyə qışqırdığı bildirilir. Əvvəlcə qab-qacaqların ölçülərini ölçdü. Daha sonra onlar üçün bölmələri düzəltdi. Onların hər biri xüsusilə qablara, fincanlara uyğun şəkildə hazırlandı.
Davamı →

Dünyada inqilabi dəyişiklik yaradan ixtiralar

Dünyanı dəyişdirən bu ixtiraların necə edildiyini oxuduqda çox təəccüblənəcəksiniz. Hər ixtiranın altında böyük səy və əziyyət dayanır. Həmin böyük ixtiraları sizə təqdim edirik.

1. Təkər
İnsanlar təkərin ixtirasına qədər daşınma və köçlə bağlı böyük çətinlik çəkiblər. Günümüzdə də təkərlər və çarxlar bir çox texnologiyanın əsasını təşkil edir.

Davamı →