Olay yerində: Reportyor komandası

Çağdaş yüngül avadanlığı olan teleşirkətlərin çoxu olay yerində işi reportyor komandasının gücüylə görür. Bu komanda iki nəfərdən - reportyor və operatordan ibarət olur. Bəzi teleşirkətlər hər iki funksiyanı gerçəkləşdirən bir adamın xidmətindən faydalanır.

2.1. REPORTYOR LİDERDİR

İkinəfərlik komanda çalışanda ondan çıxış eləmək vacibdir ki, komandanın hər iki üzvü jurnalistdir. Ancaq efirdə göstərilən materialın dəqiqlik və dürüstlüyünə görə bütün cavabdehliyi reportyor daşıdığından məhz reportyor komandanın lideri funksiyasını yerinə yetirir.

2.2.TƏRƏFDAŞLIQ

Komandanın hər bir üzvü informasiya toplamaq prosesində fəal iştirak etməlidir. Təcrübə göstərir ki, ən yaxşı nəticələr, adətən, reportyorla operatorun birgə işinin məhsuludur. Komandadakı tərəfdaşların hər biri həmkarının hansı amacı güddüyünü anlamağa çalışmalıdır. Reportyor süjetin operativ hazırlanması üçün zəruri olan bütün informasiyanı toplamağa can atır. Operator da vaxt çatışmazlığına məruz qalır, çünki əlindəki kamera ilə süjeti dolğunlaşdırajaq ən yaxşı kadrları çəkməyə çalışır.
Tərəfdaşlar hər bir konkret vəziyyətdə nejə davranajaqlarını dəqiq bilməlidirlər. Bu zaman komandaya ayrılmış vaxt, əldə olan avadanlıq, informasiya qaynaqlarının ələçatımlıq dərəcəsi, çəkiliş şəraiti və prodüserin tələbləri durumu dəqiqləşdirməyə kömək edir. Reportyor və operator fövqəladə şəraitdə işləmirlərsə, süjet üzərində iş planlarını öncədən müzakirə etməyə çalışmalıdırlar. Reportyor əlində olan bütün məlumatı operatorla bölüşdürməlidir; öz tərəfindən operator da özünün peşə qənaətlərini reportyorun diqqətinə çatdırmağa borcludur.
Başlıca vəzisrə elə bir reportyor komandasının yaradılmasıdır ki, hazırlanan süjetin həm xəbər tutumu olsun, həm də operator işi baxımından ifadəliliyi azalmasın.
Komandanın hər iki üzvü ən azı bu məsələlərdə ortaq fikrə gəlməlidir:
- süjetin janrı;
- materialın sürəkliliyi (rejissorun təklifi ilə);
- hazır materialın təhvil verilmə vaxtı.

2.3. KONKRET DİLƏKLƏR

Reportyor həmişə operatora ona hansı konkret səhnə və kadrların gərək olduğunu söyləməlidir. Məsələn, reportyor hər hansı bir adam haqqında yetərincə uzun vaxt ərzində - 10 saniyə və daha çox söz açacaqsa bunu əvvəlcədən operatora bildirməlidir. Bu ona görə vacibdir ki, operator gərəkdiyi qədər videogörüntü hazırlaya bilsin.
Süjet üçün hansısa konkret kadr zəruri olanda da reportyor bu barədə öncədən operatora xəbər verməlidir.Telesüjetdə videosıra aparıcı sayıldığından, operator da öz növbəsində lentə ala bildiyi yaxşı, çox vaxt gözlənilməz olan kadrlar haqqında reportyoru xəbərdar etməlidir. Bu xəbərdarlıq o üzdən önəmlidir ki, reportyor belə kadrlardan öz ssenarisində faydalana bilsin. Operator məhz hansı gərəkli kadrları çəkə bilmədiyi haqda da reportyoru duyuq salmalıdır.Reportyorla operator fasiləsiz, mehriban, peşəkar dialoq şəraitində çalışmalı, fikirlərini, düşüncələrini, baxışlarını bölüşdürərək bir-birinə arxa durmalıdırlar.

2.4. OPERATOR MÜSTƏQİL ÇALIŞIR

Operator müstəqil çalışarkən məsuliyyəti artır. Bu halda o, reportyorun vəzifəsini öz üstünə kötürməli, materialın hazırlanmasına gərək olan fakt və informasiyaları toplayaraq sənədləşdirməlidir. həmin faktlar efir materialı hazırlanarkən studiyadakı rejissora və ya ssenaristə verilməli, ya da operatorun
özü tərəfindən istifadə olunmalıdır.

2.5. AVADANLIĞIN TEXNİKİ İMKANLARI

Reportyor çağdaş videoavadanlıqdan baş çıxarmalıdır. Yoxsa o, məhz filan kamera ilə nəyi çəkməyin mümkün olduğunu, yaxud hansı arzusunun avadanlığın texniki imkanlarına uyğun gəlmədiyini müəyyənləşdirə bilməyəcək.
Müsahibəverənləri təzadlı fonda (məsələn, günəşli səma fonunda qaraşın sifət) çəkmək lazım deyil. Reportyor heç vaxt inad etməməlidir ki, operator texniki əlverişsiz rakurslarda çəkiliş aparsın. Reportyor operatorla həmişə çəkilişdən öncə məsləhətləşməlidir ki, hər hansı texniki səbəbdən lentə alına bilməyəcək kadrları ondan tələb etməsin.

2.6. MİKROFONLAR

Mikrofonlardan istifadənin ayrıja özəllikləri var.
Miniatür və əl mikrosronları çox həssasdır. Çəkiliş vaxtı reportyor mikrofonu əlində tutduğu zaman ona diqqət yetirməlidir ki, barmaqları mikrofona və ya onun məsrtilinə toxunmasın.
Mikrofonu səs qaynağına yetərincə yaxın tutmaq lazımdır. Yalnız bu halda keyfiyyətli səsyazısı təmin olunur, xüsusən yazıyaalınma zamanı güclü fon küyü varsa (yük avtomobilləri, təyyarələr, kondisionerlər belə küylərin mənbəyidir). Ancaq mikrofonu çox yaxın tutmağa da dəyməz, çünki danışan adamın nəfəsi səsin təmiz yazılışına əngəl törədərək xışıltı salır.

2.7. ÇƏKİLİŞ YERİNDƏ REPORTYORUN PRODÜSERLİYİ

Bu tələb reportyorun funksiyasına daxil olmasa da, ikinəfərlik komandada çalışarkən o, prodüser vəzifəsini də üstünə götürməli olur: avadanlığın daşınmasını təmin edir, çəkiliş qrafikini izləyir, materialın hazırlanmasına və göndərilməsinə və s. cavabdeh olur. Bəzən bu funksiyalar yalnız operatora tapşırılır, ancaq ümumi işi asanlaşdırmaq üçün bu cür vəzifələri komandanın bütün üzvləri arasında paylaşdırmaq məqsədəuyğundur.

REPORTYOR KOMANDASININ FƏALİYYƏT SXEMİ

OPERATOR
hazırlıq
(çəkiliş yerinə getmək)
Məsləhətləşmə
Olay yerində çəkiliş
Məsləhətləşmə
Müsahibənin və ya reportajın, reportyorun çəkilişi
(Studiyaya qayıdış)
Videogörüntülərin baxışa hazırlanması
Olayın ardıcıllığını yoxlamaq məqsədi ilə lentə baxılması
Lentin montajı (1)
Ağartma montaj və rejissor ssenarisində süjetin davametmə vaxtının köstərilməsi; mümkün variantlar haqqında qeydlər
Efirin yoxlanması

REPORTYOR
hazırlıq
(Olay yerinə getmək)
İnformasiyanın toplanması
Çəkilişə qoşulma və çəkilişə başçılıq (studiyaya qayıdış)
Prodüserlə məsləhətləşmələr
Süjetin davametmə zamanını dəqiqləşdirmək üçün lentə baxılması
Ssenari (2)
Reportyor mətninin yazılması (3)
Ssenarinin operatora və ya montajçıya verilməsi
Montaj edilmiş materiala baxılması və ssenarinin mümkün variantlar haqqında qeydlərlə tutuşdurulub yoxlanması
Efirin yoxlanması

(1) Bəzən montajı operator yox, montajçı və ya reportyor gerçəkləşdirir
(2) Daha yaxşı sonuca varmaq üçün ssenarini operatora, yaxud montajçıya vermək lazımdır.
(3) Bəzən reportyor mətni çəkiliş yerində yazılaraq lentə alınır

loading...

0 şərh