Süjet

Olayların izi ilə getməyə məcbur olduğunuz operativ reportajdan fərqli olaraq "öz" süjetinizi hazırlarkən nə demək istədiyinizi, xəbərlə görüntünü necə uzlaşdıracağınızı əvvəlcədən planlaşdıra bilərsiniz.
Öz süjetiniz müxtəlif tipli ola bilər. Bir yandan, bu süjet nisbətən dərindən işlənmiş operativ reportaj ola bilər və bu zaman çatdırılacaq material dərinlik və perspektiv qazana bilər. O biri yandan, həmin süjet hər hansı adam və ya layihə haqqında reportaj ola bilər. Bu reportaj hər hansı zaman öhdəliyi kötürmür və lazım gəldikdə müəyyən fundamentallıq vermək üçün proqrama salına bilir.
"Öz" süjetinizi işlərkən hazırlıq məsələləri operativ süjetə hazırlıqdan daha çox önəm daşıyır. Bu zaman olaya impulsiv münasibətə, yaxud tezcə olayın həlledici anını tapmağa gərək yoxdur. Sakitcə informasiya axtarışlarını planlaşdıra və materialı ən yaxşı şəkildə təqdim etmək üçün çəkiliş planını hazırlaya bilərsiniz.
Öz süjetiniz efirə kedərkən eynən operativ reportaj kimi maraqlı olmalıdır. Bu süjetdə də kadrların ardıcıllığına ayrıca diqqət yetirilməlidir, ancaq öncədən planlaşdırıldığına və işləndiyinə görə material daha mürəkkəb və sosial baxımdan daha önəmli məsələlərə toxunmalıdır.

1. SÜJETİN TARİXÇƏSİ

Süjetin tarixçəsinin işlənib hazırlanması 5-10 dəqiqə də sürə bilər, bir neçə ay da. hər şey süjetin mürəkkəblik dərəcəsindən və ən geci esrirdə nə vaxt göstəriləcəyindən asılıdır (sözün əsl mənasında yaradıcı reportyorun ehtiyatında həmişə bir neçə uzunmüddətli layihə olur və bu layihələr müəyyən yaradıcı durğunluq çağında "işə düşür").
Mürəkkəb materialın tezcə qavranması və süjetin operativ hazırlanması telereportyordan ötrü yaxşı əlamət sayılır. Ancaq bu proses, nə qədər çəkməsindən asılı olmayaraq, bütövlükdə eyni biçimlidir.
"Öz" süjetinizin ideyası özünüzdən, yəni reportyordan da gələ bilər, bunu operator, prodüser, rejissor, yaxud studiyanın digər əməkdaşları da təklif edə bilər. "Öz" süjetinizin ideyasını həyatın özü də doğura bilər.
Yerli miqyaslı süjet ölkə miqyaslı tarixin əks-sədasına da çevrilə bilər. Operativ reportajın əkosədası cəmiyyətin məsuliyyəti və ya milli qurumların taleyi haqqında düşüncələrə kətirib çıxara bilər. Bəzən digər kütləvi informasiya vasitələrində dərc edilmiş material da belə süjetin doğulmasına təkan verə bilər.
"Öz" süjetini işlərkən reportyor mümkün olduğu dərəcədə axtarış aparmalıdır. Yalnız bu halda operator öz işini ən qısa zamanda kerçəkləşdirir. Məsələn, "öz" süjetinizin personajları ilə ilk görüşlərə operatorla getməyiniz lazım deyil, çünki həmin görüşləri lentə almağı nəzərdə tutmamısınız.

2. VİDEOTEXNİKADAN İSTİFADƏNİN SƏMƏRƏLİLİYİ

Telestudiyaların çoxunda, bir qayda olaraq, operatorun iş vaxtını maksimum dərəcədə azaltmağa çalışırlar. Müdiriyyət hər bir operatorun iş vaxtından maksimum səmərə ilə faydalanmağa can atır. Əlbəttə, yüksək keyfiyyətli videomateriala nail olmaq şərti ilə. Təbiidir ki, operatorun çəkdiyi materialın ya həmin kün, ya da studiyanın maddi imkanları yol verirsə, gələcək verilişlərdə efirə getməsi üçün müdiriyyət təminat istəyir.

3. VİDEOMATERİALIN SEÇİLMƏSİ

Öz süjetinizi planlayarkən videomaterialın, heç olmasa, təxmini siyahısını hazırlayın. Bu siyahı çox qəliz, ya da ifrat dərəcədə keniş olmamalıdır. Süjetinizin videosırasının necə olacağını əvvəlcədən gözönünə gətirməyə çalışın və yalnız bundan sonra videomaterialı seçməyə başlayın.
Süjetinizi önəmli elementlərə ayırın (göstərməg istədiyiniz başlıca faktlara) və sonra beyninizdə, yaxud kağız üzərində həmin elementləri sıraya düzün. Eynən yük vaqonları qoşulan kimi - hər vaqon ayrılıqda önəmli elementdir. Bu bənzətmə ona görə yaxşıdır ki, montaj etdiyiniz görüntülər, ayrı-ayrı kadr qrupları prinsipcə yük vaqonlarına oxşayır. Hər kadr (yaxud kadrlar qrupu) yük qatarının bənzər vaqonunun videomoduludur. İndi təsəvvür edin ki, qatar ağır-ağır ekrandan keçir. Bu zaman hər dəfə ekrana baxanda seyrçi vaqonlardan yalnız birini körür.
Kadrlar (kadrlar qrupu) bir-birinin ardınca, həm də ardıcıl yığılır və siz bu ardıcıllığa uyğun gələn şərh yazırsınız. həmin modullar süjetin doğurduğu məntiqi sırada toplanır, nəticədə süjetin videosırası yaranır.Yük qatarına bənzətməni davam etdirsəniz, görəcəksiniz ki, şərhin ayrı-ayrı məqamları videosıranın ayrı-ayrı məqamları ilə təbii şəkildə uzlaşır. Bu uzlaşma hər hansı epizod üçün kərəkli görüntünü seçməkdə sizə kömək edir. Nəticədə əmin olursunuz ki, görüntülər sözlərlə uzlaşır, ya yox. Bu cür yanaşma yetərincə çevik sayılmalıdır; o sizə imkan verir ki, heç də tam əvvəldən başlamayaraq səs və videosıranın ardıcıllığını yenidən formalaşdırasınız. Körsəniz ki, sözlə açıqlamanın məntiqi ardıcıllığı pozulub və ya nəyisə yaddan çıxarmısız, ruhdan düşməyin; bütün materialı yenidən formalaşdırmağa ehtiyac yoxdur. Elementlərin müəyyən miqdarı ilə kifayətlənə bilərsiz. İşə belə yanaşmanız təkrar montajı da asanlaşdırır. Bir neçə vaqonun yerini dəyişmək və yaxud sayını artırmaq yük qatarını təzədən formalaşdırmaqdan və bütün vaqonların yerini dəyişməkdən qat-qat asandır.

4. VİDEOMETAFORALAR

Telereportajlarda köstərmək üçün ən mürəkkəb şeylər mücərrəd ideyalardır - məsələn, qocalıq, iqtisadi durum, qiymətlərin artması, gələcəkdən bəhs edən planlar, sosial meyllər və s. Abstraksiyalar reportajda göstərmək üçün ona görə qəliz sayılır ki, eyni ideyanı özündə əks etdirən vizual rəmzlər son dərəcə geniş və müxtəlifdir. həmin rəmzlər arasında, az da olsa, fərqlər var. Tutaq ki, mətbuatda və ya radioda müəllif nəsə "duyğulandırıcı" söz işlədir - məsələn, sevgidən danışır və bu üsulla oxucusu və ya dinləyicisinin təxəyyülünü "işə salır". Bu zaman beynimizdə şüuraltımızın qapısı açılır və bu qapıdan sevgi haqqında təsəvvürlərimiz və sevgiylə bağlı bütün bənzətmələrimiz dışarı çıxır. Televiziya görüntüsü isə təxəyülümüzə üstün gəlir və göz önünə gətirdiyimiz lövhələr gözlərimizə görünən daha güclü videogörüntülərlə sıxışdırılır.
Biz ekrana diqqət yetirdikdə televiziya görüntüsü müzakirə edilən ideya və anlayışlardan ötrü hakim videometaforalara çevrilir.
Mücərrəd ideyalardan söhbət gedən zaman televiziyada, adətən, bənzər, yaxın hərəkətlərin görüntüsünü izləyirik. Məsələn, bütövlükdə iqtisadiyyatdan söz açılırsa, cürbəcür işlərlə məşğul insan görüntülərini montaj edə bilərik. Çağdaş təsir bağışlamaq üçün xırda emalatxanaları və ya kənd dəmirçisini yox, təzə texnolociya ilə çalışan ağır sənaye müəssisələrini göstərən kadrları montaj etmək lazımdır.
Ancaq hətta çağdaş kadrları seçərkən də, çətin ki, bir neçə videogörüntünün hesabına bütövlükdə iqtisadiyyatı əks etdirə bilək. Çalışan bütün əhalini - bütövlükdə ölkə iqtisadiyyatı göstərmək mümkün deyil.Yuxarıda qeyd etdiyimiz üsul isə görüntünü metaforaya çevirir - məhdud kadr yığını vasitəsilə önəmli hadisə və ya anlayış barədə təsəvvür yaradılır. Belə videonümayiş texnikası nisbətən nəhəng və "ələkəlməyən" ideyaları əks etdirmək imkanı verir. Süjetlə bağlı, lazımi tempdə verilmiş, həm də yaxşı qavranılan insan körüntülərinin fonunda bütövlükdə iqtisadiyyatın durumunu şərh edə bilərsiniz. Ancaq bu üsul o vaxt yaxşıdır ki, seyrçiyə sözlə dedikləriniz görüntü ilə tamamlansın. Üz-gözündən sevinc yağan və canlı görünən fəhlələrin fonunda iqtisadi durğunluqdan söz açmanız əks təsir bağışlayacaq. Videometafora ilə şərh üst-üstə düşməlidir.
Videometaforaları istər toplarkən, istərsə seçərkən diqqətli olmaq, tələsməmək lazımdır. Çünki pis nümunələrin sayı istənilən qədərdir. Təsadüfi, çaşdırıcı, həm də uğursuz kompozisiyalı və pis çəkilmiş görüntülər seyrçinin diqqətini yayındırır. Reportyor və rejissorun topladığı uğursuz videomaterial çox vaxt reportajdakı fikri kücləndirmək əvəzinə ona böyük zərər vurur.

Videoreportaj üzərində çalışarkən süjetinizi dolğunlaşdıran və onun mövzusuna uyğun gələn videometaforalar yaratmağa can atırsınız. Bu zaman imkanınız da var ki, seyrçinin çoxdan alışdığı və artıq qəlibləşmiş videoobrazı daha maraqlı, daha özkün görüntüylə əvəz edəsiniz. Məsələn, yaşlı adamlardan söz açırsınızsa, qoca, ancaq enerjili və faydalı həyat yaşayan insanların görüntülərindən faydalana bilərsiniz. Belə süjet tənhalıq və məhrumiyyətlər haqda formalaşmış stereotipi aradan qaldırmağa imkan verər, çünki bir çox seyrçidən ötrü qocalıq həmin stereotiplə səsləşir. Əlbəttə, başqa bir süjetinizdə qocalıq probleminə dərdli baxışlarınızı da əks etdirə və orada kədərli duyğular oyadan videomaterialdan faydalana bilərsiniz.Reportyor operatorla məsləhətləşərək məhz hansı görüntü kadrlarının süjetin tələblərinə cavab verəcəyini dəqiqləşdirməlidir.

5. MƏSLƏHƏTLƏŞMƏ

"Öz" süjetinizə videomaterial seçərkən operatordan yaxşı məsləhətçi yoxdur, axı yalnız o, həmin süjetin gözlənilməz həllini tapa bilər. Operatorlar təsviri terminlərlə düşünürlər. Onlar hansı kadrları çəkməyin prinsipcə mümkün olduğunu bilirlər. Təcrübəli operator adi bir telereportajdan həqiqi sənət əsəri yarada bilər.

Mənbə: Televiziya reportajı peşəkarlar üçün praktik vəsait
Müəllif: Pol Steynli, Mayami Universiteti
Tərcümə etdi: Zeynal Məmmədli

0 şərh