Qapıçının əmək funksiyası

1-ci dərəcə

         Mehmanxanalarda, çoxmərtəbəli binalarda, kinoteatrlarda, sirklərdə, yeyinti, ticarət və s. yerlərdə qapıların açılıb-örtülməsi, müştərilərin (gəlib-gedənlərin) qəbul edilməsi, onların istənilən yerə (nömrəyə, otağa, zala, şöbəyə və s.) getməsinin istiqamətləndirilməsi, gələnlərin binaya daxil olmaq üçün hüququ olub-olmamasının yoxlanılması, baqajın daşınmasına kömək göstərilməsi, binaya daxil olanlara lazımi məlumatların verilməsi, hüququ olmayanların binaya daxil olmasının və digər xoşagəlməz təsadüfi halların qarşısının alınması. Daxil olanlardan biletlərin toplanılması, ictimai yerlərin qarderob və yaxud tualetlərə nəzarət edilməsi. Sifarişlə taksi çağırılması, giriş qapılarının təmiz və saz vəziyyətdə olmasına nəzarət edilməsi. Nasazlıqlar barədə rəhbərliyə məlumat verilməsi. Siqnalizasiya sisteminin, işıq reklamların saz işləməsinin yoxlanılması və onların yandırılıb söndürülməsi.

         Maşın dayanacağına nəzarət. Digər fəhlələrin işinə göz yetirmək.

             Bilməlidir: müştərilərə xidmət qaydasını, şöbələrin, seksiyaların, ticarət zallarının yerləşməsini, taksi sifariş etmək, təcili yardım maşını, yanğın komandasını çağırmaq üçün telefon nömrələrini, yaxınlıqda yerləşən yeməkxana, ticarət, kommunal təsərrüfat və s. müəssisələrin ünvanlarını, yanğından mühafizə və siqnalizasiya vasitələrinin yerləşməsini və onlardan istifadə qaydasını, gigiyena qaydalarını.

             2-ci dərəcə: böyük mehmanxanalarda qapıçı işlədikdə.

2 şərh

pascal
Şadlıq evlərində qapı ağzında duran və bizə yol göstərən o işçilərin vəzifələrinin və yerinə yetirməli olduqları işlərin nə qədər məsuliyyətli olmasını indi daha dəqiq öyrəndim və bildim. Mənə elə gəlirdi ki, ancaq qonaqlara yüksək xidmət göstərməkçün onlar qapı ağzında durur və gülümsəyərək bizi dəvət edib, yola salırlar. Sən demə...
Bilməmək eyib döyül, öyrəndiyimə görəsə bu topikə + 
Ramil
     Çox sağ olun.

      Hər bir işçinin öz əmək funksiyaları vardır. Bu nəşr kayzendəkiləri maraqlandırmaya bilər. Amma Kadrlar üzrə mütəxəssislər üçün lazımi məlumatdır. Həm işçinin əmək müqaviləsinə yazılır (bu mütləqdir), həm də işçi bununla təlimatlandırılır.