Anbardarın əmək funksiyası

3-cü dərəcə

      Yanacağın, xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılması. Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması. Materialların mühafizə olunduğu yerə aparılması (əl ilə və ya ştampellərin və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılması. Materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması.

        Bilməlidir: mühafizə olunan materialların, çeşidlərin və növlərin nomenklaturasını, onların xassələrini və təyinatını, iş alətlərinin, cihazların və s. quruluşunu və onların işə yararlığının yoxlanılması üsullarını, əşyaların, məhsulun və xammalın boşaldılması, yüklənməsi və anbarda saxlanılması zamanı qorunma üsullarını, materialların və xidməti sahələrin yanğından mühafizə qaydalarını, zəhərləyici maddələrin yerdəyişmə və mühafizə qaydalarını, tez alışan və partlayıcı materialların qorunma, yanğından mühafizə və təhlükəsizlik texnikası qaydalarını.

 

4-cü dərəcə

      Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işinə rəhbərlik. Müştərilərin sifarişlərinə görə materialların dəstlərə komplektləşdirilməsi, əhalinin şəxsi avtonəqliyyatını müvəqqəti saxlamaq üçün lazım olan sənədlərin rəsmiləşdirilə qəbul edilməsi. Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması. İnventarlaşdırmanın aparılmasında iştirak.

        Bilməlidir: anbar təsərrüfatının aparılma qaydasını, anbarda materialların hərəkəti, mühafizəsi, uçotu qaydasını və onları müşayiət edən sənədlərin rəsmiləşdirilmə qaydasını, texnoloji sənədlər ilə müxtəlif materiallar partiyasının komplektləşdirmə qaydasını, anbarda ölçü vasitələrinin, alət və mexanizmlərin tətbiqi qaydasını, onların işə yararlı olmasının yoxlama üsullarını, avtodayanacaqlarda avtonəqliyyatın saxlanılma qaydasını. Mühafizə olunan materialların yerlərinin dəyişdirilməsi və xidməti sahələrin saxlanılması zamanı təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.

 

2 şərh

pascal
Bu bloq altında yazılan bütün postların hər biri, o sahədə işləyən peşə, sənət sahibləri üçün lazımlı məlumatlar olduğunu düşünür və hamısına da, elə  Ramilin öz yazı diliylə yazsam, məndən "+" 
Amma bir fərq var ki, mən  təkcə bəyənmək üçün + vermirəm, birbaşa reytinqə verirəm. ;) ))
Ramil
Sizi tam başa düşürəm, çox sağ olun.
Bundan əlavə bu əsasən kadrlar şöbəsinə hava ilə su kimi lazımdır. Əmək funksiyası əmək müqaviləsinə mütləq və mütləq yazılır və işçi öz vəzifəsi üzrə bunun vasitəsilə təlimatlandırılır.