".........mən əminəm ki,hər nə olur olsun sən mənim əlimi buraxmayacaqsan"

Ata və balaca qızı körpüdən keçirdilər.Ata qızına:-Gözəl qızım çayı keçirik,sən mənim əlimdən bərk-bərk tut ki,birdən çaya yıxılarsan.Qızı isə etiraz etdi:-Yox,atacan.sən mənim əlimdən tut.Ata bir az maraqla və təəccüblə soruşdu:-Fərqi nədiki?-Fərqi çoxdur.Əgər mən sənin əlindən tutsam mənə birşey olan kimi sənin əlindən buraxacam.ama sən mənim əlimdən tutsan mən əminəm ki,hər nə olur olsun sən heç vaxt mənim əlimi buraxmayacaqsan. P.S.Bütün əlaqələrdə əsas olan qarşındakına güvənməkdir.Qarşımızdakılara nə qədər güvəniriksə onlardan gözlədiyimizdə o qədərdir.Buna görə sevdiklərinizlə diqqətli olun ,Birinci addımı özünüz atın.Dünyaya sahib olduğunuzun ən gözəlini verin, VƏ ən gözəl olan yenidən sizə dönəcək.SEVDİKLƏRİNİZƏ DƏYƏR VERİN.

  

 

13 şərh

asel
hamımız sevdiklərimizə dəyər verək
kagizgemiler
çünki onların buna ehtiyacı var
Ramil
Çox sağ olun nəşrə görə. Gəlin hamımız yaxınlarımıza qayğıyla yanaşaq, inanın ki, əyər belə olsa həyatda bir çox çatışmazlıqlar aradan qalxacaq.
kagizgemiler
siz sağ olun ki,əziyyət çəkib dəyər verib oxumusuz.
seyidova
kaş sevdiklerimizde bize deyer vereydiler yoxsa özlerini sevmezdiler indiki kimi
kagizgemiler
həyatda elə hisslər var ki qarşılıq gözləməməlisən qarşılıq yalnız hörmətdə olmalıdır məncə.əsas olan bizim verdiyimiz sevgi gerisi bizlik deyil.çox sağ olun şərhivizə görə
nurr
cemiyyet insanin aynasidir mence. guven insani olmaliyg ki guvendymz insan da olsn 
kagizgemiler
çox gozel fikirdir.çox sağ olun
heyatin-ellerinde
Güvənmək..Bu sözün ikinci mənası lovğalanmaqdır,inanmaq daha düzgündür ....Məncə kiməsə inanmaq insanın həyatında edə biləcəyi ən böyük səhvidir....Allaha inanmaq sonra isə özünə.Başqa heç kəsə.Sevdiklərin,Ailən həmişə yanında olmur.
kagizgemiler
ALLAHa inanmaq sözsüzki mütləqdir.düzdür sevdiklərimiz həmişə bizi dogrultmur ama heyatda sevə bileceyin güveneceyin kimlərsə olmalıdır yanıltsalar belə. çoxsağolun
heyatin-ellerinde
Sevdiklərimizə sağ ikən dəyər verməliyik,bacardığımızdan daha artığını...Sağ ikən dəyər verməməyin peşmanlığı çox pis olur
RML
Görünür bu hekayəni elə həmin balaca qız yazıb. Ata yazsaydı əgər, bəlkə daha maraqlı və ziddiyətsiz olardı)