23. Siz nə üçün yorulursunuz və yorğunluğu necə rəf etmək olar

Bax budur sarsıdıcı və ən mühüm faktor: əqli fəaliyyətiniz öz-özlüyündə sizi yora bilməz. Cəfəng səslənir. Amma bir neçə il bundan qabaq alimlər iş qabiliyyətinin azalmasını (bu, yorğunluğun elmi şərhidir) səbəbini araşdırmağa və insan beyninin ümumiyyətlə neçə müddət öz funksiyasını yerinə yetirə bilməsini öyrənməyə cəhd göstərmişlər. Alimlərin təəccübünə səbəb insan beyninin aktiv vəziyyətində ondan keçən qanda yorğunluq əlamətlərinin tapılmaması olmuşdur. Əgər siz günəmuzd işləyən fəhlənin venasından qan götürsəniz, görərsiniz ki, onun tərkibində böyük miqdar yorğunluq əlamətlərini özündə əks etdirən digər məhsullar vardır. Lakin siz iş gününün sonunda deyək ki, Albert Eynşteynin beynindən bir damla qan götürmüş olsaydınız, onun tərkibində heç bir yorğunluq toksini görməyəcəkdiniz.
Beləliklə, bizim beynimiz səkkiz saat və yaxud on iki saatlıq iş müddətinin sonuna qədər də, ilk başlanğıcda olduğu kimi fəal və yaxşı işləmək qabiliyyətində olur. İnsan beyni qətiyyən yorulmur. Bəs necə olur ki, bizim beynimiz yorulur?
Psixiatrlar təsdiq edirlər ki, yorğunluq əksər hallarda insanın psixi və emosional vəziyyətindən yaranmış olur. İngiltərənin ən məşhur psixiatr C.E.Xedfild özünün «Qüvvələrin psixologiyası» adlı kitabında yazır: "Əslində, biz bir qayda olaraq, psixi zəmində əzab çəkir və yoruluruq. Xalis fiziki əsaslı yorğunluq nadir halda olur."
Masa arxasında oturub işləyən işçinin yorulmasına hansı emosional faktorlar dəlalət edir? Şadlanmaq? Məmnunluq? Yox! Heç vaxt! Darıxmaq, inciklik, onun şəxsiyyətinin başqaları tərəfindən guya qiymətləndirilməyəcəyi hissi əməyinin bihudə gedə biləcəyi gümanı, tələsiklik, həyəcan, narahatlıq məhz bu kimi emosional faktorlar kabinet işçisinin qüvvəsini tükəndirir, orqanizminin soyuqlamaya meylliyini artırır. Onun iş qabiliyyətini azaldır və o, ağrıyan başla evə getməyə məcbur olur. Doğradan da, biz ona görə yoruluruq ki, mənfi emosiyalar orqanizmimizi əldən salır, əsəb gərginliyinə gətirib çıxarır.

«Metropoliten layf” sığorta şirkəti yorğunluğa aid kitabça nəşr etdirmişdir. Bu kitabçada deyilir: „Ağır iş öz-özlüyündə nadir hallarda yaxşı yuxu və istirahət etməklə müalicə edilə bilməyən yorğunluğa səbəb ola bilir. Narahatçılıq, gərginlik və emosional sarsıntı bax bunlardır yorğunluğun əsas üç səbəbkarı. Çox hallarda fiziki və əqli cəhətdən yorğunluğun səbəbkarı bu göstərilən üç amildir. Unutmayın ki, gərginləşmiş əzələ öz-özünə heç vaxt istirahət etmir. Süstləşin! Öz enerjinizi daha mühüm işlər üçün qoruyun.
İndi isə bir dayanın, siz nə etmiş olsanız da, öz əhvali- ruhiyyənizi yoxlayın. Bu sətirləri oxuduğunuz vaxt tutqunsunuzmu? İki gözünüz arasında gərginlik hiss edirsinizmi? Siz kürsüdə əyləşdikdə süstləşə bilirsinizmi? Və yaxud sizin beliniz bükülmüş, sifət əzələləriniz gərginləşmişdirmi? Əgər sizin bədəniniz “inadkarlıq» edir və «parçadan düzəldilmiş köhnə müqəvva oyuncaq» tək gərginlikdən boş-təhər olmursa, məhz bu zaman siz özünüzdə əsəb və əzələ gərginliyi yaratmışsınız. Belədirsə, siz artıq özünüzü əsəb gərginliyi və əsəb yorğunluğuna düçar etmişsiniz!

Axı nəyə görə biz zehni iş prosesi zamanı özümüzdə bu lazımsız gərginliyi yaratmalı oluruq. Cosselli yazır: «Məncə ən böyük maneə budur ki, guya icraçı çətin olan işin görülməsi insanlardan əsəb gərginliyi tələb edir. Əks halda, guya o, müvəffəqiyyətlə yerinə yetirilə bilməz, düşünülür.» Odur ki, bu zaman biz nəzər-diqqətimizi topladıqda istər-istəməz qaşqabaqlı və tutqun oluruq.
Kürsüdə də belibükük otururuq. Biz bu zaman öz əzələlərimizi məcbur edirik ki, gərilmiş olsun. Halbuki bu hal bizim beynimizin fəaliyyətinə heç də kömək etmir.
Məcbur oluruq ki, dəhşətli və faciəvi bir həqiqəti etiraf edək: milyonlarla insanlar dollarları hədər xərcləməkdən qorxur, ancaq öz enerjilərini Sinqapurun yeddi kefli matrosu sayağı ağılsızcasına sərf etməkdən çəkinmirlər.
Bəs belə əsəb yorğunluqları ilə necə mübarizə etməliyik? Süstləşməklə! Süstləşməklə! Süstləşməklə!!! Öz işinizin icrası zamanı süstləşməyi öyrənin.

Bu asan işdirmi? Xeyr ona görə ki, həyatınız boyu qanınıza yerimiş adət və vərdişlərinizi tərk etməli olacaqsınız. Lakin bunu sınaqdan keçirməyə dəyər. Axı bu, sizin bütün həyatınızda inqilab deməkdir. Uilyam Ceyms özünün «süstləşmə incili» essesində yazır: «Amerikalılara xas olan yüksək, gərgin təbiətlilik, nevroz halları, tələskənlik, fövqəladə enerji sərfi, öz ifadə tərzlərinə yüksək tələbkarlıq… nə az, nə çox, bax bunlardır onların səfeh hərəkətləri. Gərginlik — bu vərdişdir. Axmaq vərdişlərdən azad olmaq mümkündür, lakin yaxşı vərdişləri də hər zaman meydana gətirmək olar!
Siz hansı tərzdə süstləşə bilərsiniz. Sizin əvvəlcə beyniniz süstləşir, yoxsa öncə süstləşən əsəbilərinizdir? Bunların heç biri. Hər şeydən əvvəl sizin əzələləriniz süstləşir.
İndi isə bunu etməyə səy göstərək. Gelin bu üsula göz əzələlərimizi süstləşdirməkdən başlayaq. Bu abzası axıra qədər oxuyun, sonra isə arxaya söykənərək gözlərinizi qapayın və fikrən öz gözlərinizə deyin: „Sakitcə dincəlin, sakitcə dincəlin, gərginləşməyin, bədbinləşməyin. Dincəlin, dincəlin sakitcə.“ Çox sakit, tələsmədən bir dəqiqə ərzində bu sözləri təkrarlayın...

Yəqin ki, bir neçə dəqiqədən sonra artıq duyacaqsınız ki, göz əzələləriniz sizə tabe olmağa başlamışdır. Bu zaman, yəqin hiss edəcəksiniz ki, kiminsə qayğılı əli sizi gərginlikdən azad etdi? Sizə bu gerçəklik qeyri-adi görünəcəkdir, ancaq bu dəqiqələr ərzində özünüzdə süstləşməyə səbəb olan universal bir „açar“ kəşf edəcəksiniz. Siz həmin məşqi çənə, üz, boyun, çiyin və ardıcıl olaraq bütün bədən əzələləri ilə də edə bilərsiniz. Ancaq bunlardan ən mühüm və əhəmiyyətlisi gözlərdir. Çikaqo universitetindən doktor Edmund Cekobson önəmli bir fikir söyləməyə cəsarət göstərmişdi: „Əgər göz əzələlərinizi tam süstləşdirməyi bacararsınızsa, onda siz bütün dərdlərinizi unudacaqsınız.“ Əsəb gərginliyin yaranmasında gözlərin rolu daha böyükdür. Ona görə ki, onlar bütün bədənimizin sərf etdiyi enerjinin dörddə birini „xərcləyir“. Məhz buna görədir ki, bir çox insanlar normal görməyə malikdirlərsə də, asppeniyadan iztirab çəkirlər. Onlar gözlərini ifrat gərginləşdirmiş olurlar.

Məşhur romançı Vikki Baum uşaq vaxtı bir qocaya rast gəlməyindən və həmin qocadan ən mühüm həyat dərsini almağından danışır. Bir dəfə o, uşaq vaxtı yıxılarkən dizi sıyrılmış, topuğu da əzilmişdi. Qoca isə onu yerdən qaldırmışdı. Bu qoca sirkdə haçansa kloun işləmişdi. Qoca qızın paltarlarını çırparaq ona belə demişdi: „Sən əsəb gərginliyindən süstləşməyi bacara bilmədiyindən əzab çəkirsən. Belə düşün ki, sənin bədənin elastik bir corab kimidir, necə bir köhnə əzilmiş və büzüşmüş corab kimi, gedək bunu necə edirlərsə, sənə göstərim.
Qoca, Vikki Bauma və digər uşaqlara necə yıxılmaq və yıxılarkən necə mayallaq aşmaq, başı üstə necə çevrilmək lazımdırsa göstərdi. O, təkrar-təkrar söyləyir ki, belə düşün ki, sən əzilmiş büzük-büzük olmuş bir corab kimisən. Onda sən süstləşər və əsəb gərginliyindən azad ola bilərsən!“

Siz işarası həmişə harada olmağınızdan asılı olmayaraq süstləşə və beləliklə əsəb gərginliyindən azad ola bilərsiniz. Ancaq bu zaman süstləşmək üçün özünüzə güc tətbiq etməyin. Süstləşmək hər hansı gərginlik və güc tətbiqinin yoxluğu deməkdir. Hər hansı xoşagələn hal olan süstləşmək haqda düşünün. Öncə qoy göz və sifətinizin əzələləri süstləşmiş olsun, dincəlsin, onlara „deyin“: sakitcə dincəlin… Sakitcə dincəlin, Sakitcə dincəlin və süstləşin. Bu zaman hiss edəcəksiniz ki, enerji sifətinizin əzələlərində necə bədəninizin mərkəzinə yönələcəkdir. Özünüzdə belə təsəvvür yaradın ki, siz həqiqətən bir məsum körpə tək bütün əsəb gərginliklərindən azadsınız.

Soprano səsli böyük müğənni Halla-Kurçi məhz belə edirdi. Elen Cepson mənə söyləmişdi ki, Halli Kurçini çıxışdan qabaq görmək bir neçə dəfə ona müyəssər olmuşdur. O, kürsü üzərində bütün əzələlərini süst hala salaraq oturardı. Alt çənəsi o qədər zəif bir hala düşərdi ki, çənə sallaq vəziyyətdə olardı. Onun bu fövqəladə vərdişi səhnəyə çıxmazdan, qabaq çox əsəbiləşməyə imkan verməzdi, o, yorğunluğun qarşısını bu tərzdə alırdı.
»Süstləşməyi" öyrənməkdə sizə kömək edə biləcək tövsiyələr bax bunlardır:
1. Bu mövzu üzrə yazılmış ən yaxşı kitablardan biri olan "Əsəb gərginliyindən azad olma" kitabını oxuyun. Onun müəllifi doktor Devid Horald Finkdir.
2. Mümkün olan məqamlarda süstləşin. Qoy sizin bədəniniz köhnə büzüşmüş coraba bənzər olsun. İşə başlamazdan qabaq mən yazı masası üzərinə tünd-sürməyi rəngli corablarımdan birini qoyuram. Bu mənə daim xatırladır ki, mən nə şəkildə süstləşməliyəm. Əgər corabınız yoxdursa, bu işə yararlı pişikdir. Siz haçansa günün altında mürgüləyən pişik balasını yəqin ki, əlinizə almısınız. Yəqin, bu vaxt onun başı və quyruğunun islanmış qəzet parçası kimi sallandığım görmüsünüz. Hətta Hindistanda yoqlar süni surətdə süst hala düşmək üçün məsləhət görürlər ki, pişikdən nümunə götürülsün. Mən heç vaxt yorğun pişiyə rast gəlməmişəm, əsəb sarsıntısı olan, yuxulaya bilməyən pişik görməmişəm. Həyəcanmalar pişiyə əsəbilik vermir, onu üzmür və o, mədə xəstəliyinə düçar olmaqdan qorxmur. Əgər süst düşməyi pişikdən öyrənsəniz, siz də bu fəsadlardan özünüzü mühafizə etmiş olarsınız.
3. Var qüvvənizlə işləyin, amma işlədikdə özünüzə münasib mövqe seçin. Yadda saxlayın ki, bədən gərginliyi çiyinlərə ağrı verir və əsəb yorğunluğu yaradır.
4. Gün ərzində özünüzü dörd-beş dəfə yoxlayın və özünüzdən soruşun: «Bu işi yerinə yetirəndə həddən ziyadə güc tətbiq etməliyəmmi? Gördüyüm işin icrasına heç bir dəxili olmayan əzələlərimi işlətmirəm ki, və s. Bu sizin süst düşməyinizə kömək edəcəkdir. Doktor Devid Harold Fink bu haqda yazır: „Psixologiyanı yaxşı bilənlər arasında bu vərdiş geniş yayılmışdır.“
5. Özünüzə: „Mən nə qədər yorulmuşam?“ sualını verərək təkrarən özünüzü yoxlayın. Əgər yorulmuşamsa deməli, bu, mənim zehni əməyim deyil, onun yerinə yetirilməsi üsullarının tətbiqində keçirdiyim tərəddüdlüyün yorğunuyam.» Deniel U.Cesselin yazır ki, «mən nə qədər məhsuldar işlədiyimi, nə qədər yorğun olmağımla deyil, nə qədər „yorğun olmamağım“ meyarı ilə qiymətləndirirəm. Sonra isə o, deyir: „Mənim günün axırında nə qədər yorğun olduğumu mənə, əsnəməyim xəbər verir. Hiss edirəm ki, əsəblərim artıq yorğundur, bütün şübhələrdən kənar qəti yəqinlik hasil edirəm ki, mən bu gün istər say və istərsə də keyfiyyət baxımından yaxşı işləməmişəm.“ Əgər hər bir iş adamı bu dərsi dərk edərsə, qan təzyiqindən insan ölümü kəskin olaraq azalmış olar və bizim sanatoriyalar və ağıldan kəmlər üçün olan evlər bu cür yorğunluqdan və narahatçılıqdan „sındırılmış“ insanlarla artıq dolmazdı.

0 şərh