Рейтинг
+14.02

Kartoqrafiya

18 üzv, 16 topik

Dünyanın ən böyük 8 adası

Ada nədir ?
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsidir. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək adalara rast gəlmək olar. Adalar bir-birindən yaranma mənşəlinə, ölçüsünə, fauna və florasının müxtəlifliyinə görə fərqlənir.

Adalar və ya gəzintilərlə maraqlanırsınızsa, marşrutunuza dünyanın ən böyük adalarını da əlavə edə bilərsiniz. Budur, sizi xaricdə unudulmaz bir tur yaşamağa məcbur edəcək ən böyük adalar.


Davamı →

Yerin öz oxu ətrafında hərəkəti

Yerin sutkalıq hərəkəti nəticəsində gecə və gündüz bir-biri ilə növbələşir. Yerin Günəşə doğru çevrilən yarımkürəsində gündüz, əks tərəfində isə gecə olur. Yer kürəsi Günəş ətrafında meyilli hərəkət etdiyi üçün gecə və gündüzün uzunluğu da coğrafi enlikdən asılı olaraq dəyişir. Ekvator üzərində ilboyu təqribən 12 saat gecə və 12 saat gündüz müşahidə edilir. Qütblərə doğru getdikcə yayda gündüzün, qışda isə gecənin uzunluğu artır.
Davamı →

Yerin Günəş ətrafında fırlanması

Yerin Günəş ətrafında hərəkəti nəticəsində fəsillər yaranır.
Yerin Günəş ətrafındakı hərəkət xəttinin – orbitinin uzunluğu təqribən 940 mln. km-dir. Bu məsafəni Yer kürəsi 29,8 km/san sürətlə 365 gün 5 saat 48 dəqiqə 46 saniyəyə tam başa vurur. Yerin xəyali oxu onun orbit müstəvisinə 66,5° bucaq altında meyillidir. Bu meyillilik fəsillərin, qütb gecə və gündüzlərinin yaranmasına, yayda gündüzün, qışda isə gecələrin uzunluğunun artmasına səbəb olur.
Yerin Günəşə tərəf meyilliliyi onun orbital hərəkətindən asılı olaraq dəyişir. 21 mart və 23 sentyabrda Yerin xəyali oxu Günəşə nisbətən perpendikulyar olur.
Davamı →

Planaalma

Plan ərazinin kiçildilmiş şərti işarələrlə təsviridir.
Məhəllin planında Yer səthinin kiçik sahələri təsvir olunur. Planaalma zamanı bütün obyektlər dəqiq və dolğun əks olunmalıdır. Onun miqyası 1:10 000-ə qədər olur.
Planaalma iki üsulla aparılır. Havadan planaalma orbital stansiyalar, kosmik peyklər, təyyarə və helikopterlərdən çəkilmiş şəkillər əsasında yerinə yetirilir. Bu üsuldan geniş ərazilərin, əlçatmaz obyektlərin planının çəkilməsində istifadə edilir.
Davamı →

Relyefin təsviri

Coğrafi obyektlər hündürlüklərinə görə bir-birindən fərqlənir. Obyektlərin hündürlüyü nisbi və mütləq ola bilər. Əgər nöqtənin hündürlüyü okean və ya dəniz səviyyəsindən hesablanırsa, bu, mütləq hündürlük adlanır. Plan və xəritədə verilmiş hündürlüklər relyefin mütləq hündürlüklərini göstərir.

Yer səthində bir nöqtənin digər nöqtəyə şaquli xətt üzrə hündürlük fərqinə nisbi hündürlük deyilir. Nisbi hündürlüyü nivelir vasitəsilə ölçürlər.
Davamı →

Yerin illik hərəkətləri

Yerin Günəş ətrafında hərəkəti zamanı il ərzində 4 əsas hadisə fərqləndirilir. Onlara fəsillərin dəyişdiyi günlər – 21 mart, 23 sentyabr, 22 iyun, 22 dekabr aiddir. Bu hadisələr hər il eyni vaxtda təkrar olunur. Günəş ətrafında meyilli hərəkəti nəticəsində Yer ilin ayrı-ayrı vaxtlarında müxtəlif dərəcədə istilik alır. Buna görə fəsillər əmələ gəlir.
21 martda günorta vaxtı Günəş ekvator üzərində zenitdə olur, yəni, onun şüaları buraya düz bucaq altında düşür. Bu halda Şimal və Cənub yarımkürələri bərabər miqdarda günəş istiliyi alır, gecə və gündüzün uzunluğu bərabər olur. Bu zaman Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində payız başlanır.
Davamı →

Qütb gecə və gündüzləri

Dünyanın iki məntəqəsində – Şimal və Cənub qütblərində Günəş ildə ancaq bir dəfə çıxır və bir dəfə də batır. Buna da səbəb Yerin kürə şəklində olması, fırlanma oxunun orbit müstəvisinə meyilli olması, qütblərin ilin müəyyən vaxtlarında Günəşə tərəf və ya əksinə çevrilməsidir. Bu hadisə sərt təbii şəraitin formalaşmasına, geniş ərazilərin buzla örtülməsinə səbəb olur. 
Bizim hər gün adət etdiyimiz və həyat tərzimizi müəyyən edən hadisə gecə-gündüzlərin əmələ gəlməsi və bir-birini əvəz etməsidir. Bu hadisə dünyanın yalnız müəyyən hissələrində baş verir. Yer il ərzində Günəş ətrafında meyilli hərəkət edir.
Davamı →

İşıqlanma qurşaqları

Bizim üçün adi hal olan fəsillərin əmələ gəlməsi və hər il eyni vaxtda təkrarlanması dünyanın bütün ərazilərində baş vermir. Fəsillərin yaranması başlıca olaraq orta enliklərdə müşahidə olunur. Bu hadisə Günəşin üfüqdə hündürlüyünün (şüaların düşmə bucağının) dəyişməsindən və onun Yer səthini qızdırmasında olan fərqlərdən yaranır. 
Yerin Günəş ətrafında orbit üzrə meyilli hərəkəti zamanı onun səthi ilin müxtəlif vaxtlarında eyni səviyyədə işıqlanmır. Günəş şüalarının düşmə bucağı dəyişdiyinə görə fəsillərin əmələ gəlməsinə, gecəgündüzün uzunluğunun dəyişməsinə və temperatur şəraitinə görə fərqlənən ərazilər vardır. Bunları fərqləndirmək üçün Yerdə işıqlanma qurşaqları ayrılır.
Davamı →

Günəş şüalarının düşmə bucağının hesablanması

Günəş şüalarının düşmə bucağından asılı olaraq Yer səthi müxtəlif dərəcədə istilik və işıq alır. Şimal və Cənub tropikləri arasında Günəşin zenitdə olduğu məntəqəyə onun şüaları 90° bucaq altında düşür. Bu göstərici şüaların maksimum düşmə bucağı hesab olunur. VII sinifdən bildiyimiz kimi, 21 mart və 23 sentyabr günlərində Günəş ekvatorda zenitdə olarkən şüalar bura maksimum bucaq altında düşür. Buradan şimala və cənuba doğru onun şüalarının düşmə bucağı azalır.
Davamı →

Yerin forma və ölçüləri

Yerin kürə formasında olmasını ilk dəfə Pifaqor söyləyib. Erotosfen isə Yerin kürə olmasını sübut etmişdir. Yerin kürə formasında olmasını – gəmilərin sahildən uzaqlaşarkən üfüq arxasında tədricən yox olması, Ay tutulması zamanı Yerin Ay üzərində dairəvi kölgəsi və Yer səthindən yuxarı qalxdıqca üfüq dairəsinin genilənməsi sübut edir. N.Gəncəvi öz «Isgəndərnamə» əsərində Yerin əmələ gəlməsi, onun forması, hərəkəti və s. xüsusiyyətlərinə aid fikirlər söyləyib.
Yerin ölçülərini ilk dəfə Eratosfen hesablayıb. O, yerin radiusunu, diametrini, 10-lik meridian qövsünün uzunluğunu və s. hesablayıb.


Ardı →