Yerin Günəş ətrafında fırlanması

Yerin Günəş ətrafında hərəkəti nəticəsində fəsillər yaranır.
Yerin Günəş ətrafındakı hərəkət xəttinin – orbitinin uzunluğu təqribən 940 mln. km-dir. Bu məsafəni Yer kürəsi 29,8 km/san sürətlə 365 gün 5 saat 48 dəqiqə 46 saniyəyə tam başa vurur. Yerin xəyali oxu onun orbit müstəvisinə 66,5° bucaq altında meyillidir. Bu meyillilik fəsillərin, qütb gecə və gündüzlərinin yaranmasına, yayda gündüzün, qışda isə gecələrin uzunluğunun artmasına səbəb olur.
Yerin Günəşə tərəf meyilliliyi onun orbital hərəkətindən asılı olaraq dəyişir. 21 mart və 23 sentyabrda Yerin xəyali oxu Günəşə nisbətən perpendikulyar olur. Bu zaman Günəş şüaları günorta ekvator üzərinə düzbucaq (90°) altında düşür. Bu, zenit vəziyyəti adlanır. Bu vaxt Yer kürəsində gecə və gündüzün uzunluqları bir-birinə bərabər olur, hər iki yarımkürə eyni miqdarda Günəş istiliyi və işığı alır.
YERİN GÜNƏŞ ƏTRAFINDA HƏRƏKƏTİ
Həmin günlərdə hər hansı məntəqədə Günəş şüalarının düşmə bucağını təyin etmək üçün məntəqənin yerləşdiyi coğrafi enliklə Günəşin zenitdə olduğu enlik arasındakı dərəcə fərqi 90°-dən çıxılır. Məsələn: Bakının yerləşdiyi 40° şimal enliyində bu göstərici 90 – 40=50° olacaqdır.

Yerin meyilli hərəkətindən asılı olaraq zenit, vəziyyəti 22 iyunda – yay gündönümündə 23,5° şimal enliyində – şimal tropikində, 22 dekabrda – qış gündönümündə 23,5° cənub enliyində – cənub tropikində olur

0 şərh