Uşağın uğurlu ixtisas seçimində valideyn rolu

Yaşlı ingilis xanımından soruşurlar:

- İnsanı mədəni, savadlı, daha doğrusu ziyalı etmək üçün nə lazımdır?
- Bundan asan nə var, cəmi cümlətani üç kollec qurtarmaq lazımdır- deyə qadın fikirləşmədən cavab verdi.
- Necə, bir adam üç kolleci...?
- Xeyr, bir adam nə üçün. O, özü, valideyni, valideyninin valideyini.

Razılaşmaq lazımdır ki, uşaqların normal təhsil almasında valideynlərin rolu az deyil.İnsanın məruz qaldığı və onun hərəkətinə, davranışına istiqamət verən əsas təsirlər aşağıdakılardi:

  • 1. əcdadlar
  • 2. valideyinlər
  • 3. mühit

V. Ovçinikov yazır ki, ingilis ailələri, hər şeydən əvvəl, nəslin davamçısının xarakterinə, rəftarına məktəbin edəcəyi təsir və gələcək həyat yolunda onlara kömək və dayaq olacaq, uşaqların özlərinin qazandıqları dostar haqqında fikirləşirlər. Nisbətən az əməli fayda verən klassik təhsilə isə çox az fikir verirlər.
Marqaret Tetçerin oğlu Mark Tetçer hesab edir ki, mükəmməl təhsilin üstünlüyü bir də ondan ibarətdir ki, o insana şəxsi mənafeyini müdafiyə etməyi öyrədir.

İrlandiyalı sosioloqlar işgüzar adamların böyük bir dəstəsinin fəaliyyətini təhlil etmiş və aşkara çıxarmışlar ki, onların əksəriyyəti yaradıcılıqla məşğul olmayanlar, qalanları isə fəal yardıcılıqla məşğul olanlardı. Tədqiqatın nəticəsində belə məlum olub ki, yaradıcılıq qabiliyyətinə malik olmayanların əksəriyyəti aristokrat ailələrin uşaqlarıdı. Onlar cəmiyyətdəki vəzifələrinə uyğun təhsil almış, dil, musiqi və etiket qaydalarını öyrənmişlər. Beləliklə də valideyinlərinin böyük canfəşanlığı nəticəsində, demək olar ki, dünyaya göz açdıqları gündən "konservasiya" edilmiş və ümumiyyətlə modelləşib müəyyən qəlibə salınmışlar. İşdə onlar başqalarının ideyasını qəbul edib, səliqəylə və savadlı yerinə yetirsələr də özləri özləri heç bir şəxsi ideya verməmiş, şəxsi təşəbbüs göstərməmiş və yaradıcılıqla məşğul olmamışlar. Lakin bu tədqiqat nəticəsində məlum olmuşdur ki, daha sadə ailələrdən çıxan işgüzar insanlar fəal yaradıcılıqla məşğuldular. Belə ailələrdə uşaqların tərbiyəsi ciddi qayda-qanuna tabe olmamış, məhdudiyyətlər az sərbəstlik çox olduğundan fəal yaradıcılıqla məşğul olmaq və onu inkişaf etdirmək imkanı daha çox olmuşdur.

Gəlin etiraf edək, oxuyanda ki, A. Linkoln əmək fəaliyyətinə odunçuluqdan başlayıb, Cek London isə yaradıcılığa başlayana qədər onlarca peşə dəyişmişdir, adam qəribə qibtə hissi keçirir. Hətta çox qəribədi ki, O'Henri ilk əvvəl mühasib işləmiş, yaradıcılığa isə günahsiz müqəssir olaraq düşdüyü həbsxanada başlamışdır.

Yaradıcılıq qabiliyyətini nümayiş etdirmək, heç də hər bir uşağın, yeniyetmənin və gəncin şəxsən özünə müəssər olmur. Çünki, bunun üçün şərait, yəni məqam və səbəb lazımdır. Ancaq çox vaxt, elə olur ki, valideynlər uşaqlarına kömək etmək əvəzinə, onlara zorla öz hökümlərini qəbul etdirməyə çalışırlar və bu da uşaqlarda yenicə oyanmış istedadın, meylin və qabiliyyətin boy atmamaış dağılıb parçalanmasına səbəb olur. - Ana, tikiş tikməyi öyrənmək istəyirəm.

- Qətiyyən elə şey olmaz. Bir o qalmışdı ki, mənim qızım dərzi olsun.

Uşaqları zorla musiqiylə məşğul olmağa və dil öyrənməyə və s. məcbur edirlər. Bu isə görün nəyə gətirib çıxara bilər.Amerika mütəxəssislərinin musiqi məktəblərində apardıqları tədqiqatın  nəticələri göstərmişdir ki, kiçik yaşlı uşaqlar fortapianoda məcburiyyət nəticəsində çalırlar.

P.S. Valideyinlər bəzən uşaqlarını nə isə etməyə məcbur etdikləri üçün onlarda yaradıcılığa enerji qalmır. Ancaq şəxsi stimul olmadığından gələcəkdə valideynlərin yönəltdiyi  sahələr üzrə uşağın uğur qazanması demək olar ki imkansızdı. Sadəcə uşağı qabiliyyəti və həvəsi olan sahəyə yönəltməklə ona kömək etmək mümkündü. Məncə valideyinlər peşənin prestijini əsas götürüb uşağı o istiqamətə yönəltməməlidi. Yəni ki, uğur qazanmaq üçün insanın hüquq fakultəsini bitirməsinə ehtiyac yoxdu. O qədər hüquqşunas var ki, heç özlərinə normal iş tapmağı bacarmırlar.

Dahi şairimiz Nizami Gəncəvinin sözü lap yerinə düşür:
"Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan"

Material Azad Mirzəcanzadənin "İxtisasa giriş" kitabı əsasında tərtib olunub.

9 şərh

Leyla
İrlandiyalı sosioloqların araşdırmasına aid mənbəni mümkünsə göstərərdiniz.
Əksinə,varlıların ailəsində uşağın inkişaf etməsi üçün daha yaxşı şərait olur.ona görə də onlar musiqi,rəssamlıq və s. ilə daha yaxşı məşğul ola bilirlər. Axı pul olanda imkanları realizasiya etmək daha asan olur.
IDEAL
Faktla bağlı mənbə Azad Mirzəcanzadənin "İxtisasa giriş" kitabıdı. (Səh. 248-249)
fidan
Leyla,əksinə. Varlı ailələrdə uşağın hər şeyi olduğu üçün o çox həvəslə çalışmır,özünü oda-közə vurmur,yenilik etmir.Amma kasıb ailədə acından ölməmək üçün insan çarpıçıb-vuruşur.Ona görə də o uğur əldə etmək üçün çox çalışır və uğura nail olur.Kinoların hamısında(hind filmmlərinin yarısı) da görə bilərsən. Balacalıqda uşaq kasıb olur,amma bir yol axtarır,ya mafiyaya qoşulur,ya elm ardınca gedir,ya da incəsənətlə məşğul olur.Dünyanın ən məşhur adamlarının çoxu da kasıb ailələrdən çıxıb.
2ral
Leyla,Sidni Şeldonun(Sidney Sheldon) çox gözəl bir əsəri var-Гнев ангелов (Shade: Wrath of Angels). Onu oxuyanda vəkil Cennifer Parker səhv etmirəmsə kasıb bir qız olur.Amma sonradan uğura nail olur.Ümumiyyətlə Şeldonun kitablarının çoxunu oxuyandan sonra görürsən ki, məhz kasıb ailədə doğulanlar dəmir iradəyə malik olurlar.
2ral
səhv yazdım.Əsas əsərin adı ИНТРИГАНКА. Əsərdə acından ölən bir ingilis oğlan cənubi Afrikaya gəlir və almaz yataqlarında qiymətli daşlar tapıb varlanır. Dünyada indiyə kimi oxuduğum ən təsiredici kitablardan biridir.Varlı ailədə doğulmuş uşaq heç vaxt günlərlə istinin altında Afrika səhralarında gəzməz,əzab-əziyyətə qatlaşmaz.
papatürk

Gəlin Plebey vs Patrisi etməyək.Mövzuya qayıdaq.Uşağın sənət seçimində valideynin rolu 25-30 faizdən çox olmamalıdır.Uşaq gərək özü müəyyənləşdirsin. Çünki sabah nəsə alınmayanda o dəqiqə valideyni günahlandıracaq: sən məni bu sənətə yönəltdin,sən məni burda oxutdurdun


 

Sufi
Niyyətin hara,mənzilin ora. Lap uşağa zorla bir sahjə seçsələr də əvvəl-axır insan qayıdıb öz sahəsinə gələcək.Yadıma bir film də düşdü.Deyəsən adı Bağ idi. avtobus sürücüsü olan bir kişinin bağı olur.Bağı böyük olduğundan yayda bir hissəsini şəhərlilərə kirayə verir.Şəhərin adlı-sanlı,pullu ailələri gəlirlər bağa dincəlməyə.Orda bir qız çox qəşəng rəsmlər çəkir.Amma valideynləri məcbur edirlər ki,qızın rəsmlə nə işi var? Onu hansısa prestijli yerə düzəltmək istəyirlər.Çox yaxşı Azərbaycan kinosudur.
lesyA

Ölkədə ali məktəblərə qəbul olan yüksək bal yığmış,prezident təqaüdçülərinin çoxu kasıbdır yoxsa varlı ailədən? Bu sualın cavabını bilsəniz,mübahisə kəsiləcək.

IDEAL
Qəribədi ancaq mənim müəllimin deyirdi ki, bir tələbəm 680 dan yuxarı bal toplayıb ancaq 6-cı sinif şagirdi ondan ağıllıdı))))