Söhbətə başlamaq üçün nə etmək lazımdır?

Düşünürəm ki, çoxlarımızın hələ də bu barədə bilmədiyi bəzi məqamlar var və ümumiyyətlə danışıq qabiliyyəti insanda çox önəmli faktordur. Aşağıdakı qaydalara əməl etmək məqsədə uyğun hesab edilir.

1. Xoş əhval-ruhiyyə, təbəssüm. Siz gülümsəyəndə, insanlar sizin mehriban və ünsiyyətli olduğunuzu fikirləşirlər.

2. İnsanla əlaqə qurmağın ən sadə üsulu ona xoş söz demək və kompliment söyləməkdir.

3. Tanışlarınızdan onların maraqları, xobbiləri, yaşadıqları yer haqqında soruşun.

4. Söhbət zamanı susmayın. Sizə sualla müraciət olunduqda, mütləq onu cavablandırın.

5. Əgər siz kafedəsinizsə, orada olan digər gənclərə qoşula bilərsiniz. Eləcə də siz artıq kiminləsə tanış olmusunuzsa, onu sizə qoşulmağa dəvət edin (məsələn, kinoya getməyə və s.)

6. Yeni tanış olduğunuz insanlara elektron poçtu vasitəsi ilə balaca dostluq məktubu göndərin və ona cavab verilməsini izləyin.

7. Yeni tanışlarınızla çatda, forumda ünsiyyətdə olun.

8. Yeni tanışlarınıza hər hansı bir işində kömək etməyi təklif edin.

9. Yeni tanışlarınızı zənglərinizlə bezdirməyin. Unutmayın ki, heç kim ona həddindən artrq zənglərin olmasını istəmir.

10.Yeni tanışlarınıza gəzintiyə çıxmağı, mağazaların vitrinlərini seyr etməyi və şəhərin diqqətəlayiq yerlərini gəzməyi təklif edin.

21 şərh

Cavid
Bu mövzuda Nizaminin «Danışmaq gümüşdürsə, susmaq qızıldı» ifadəsini unudun, ya da gümüşlə kifayətlənin))

kiber
Məncə, qeyd olunanlar hamı üçün keçərli deyildir. =)
Cavid
"Çoxları üçün"
fidan
Məsələn,sizin üçün nə keçərli deyil?
Cavid
Sual yəqinki kiber-ə ünvanlanıb)
kiber

Misal üçün: 7. Yeni tanışlarınızla çatda, forumda ünsiyyətdə olun.  - Ola bilər tanışımın heç internetlə əlaqəsi yoxdur, xüsusəndə qızın.

Cavid
onda kayzen.az dan istifadə etmək məqsədə uyğundur)
kiber
Siz mənə şərh bildirməyin yoxsa sizin şərhləri minus atəşinə tutublar. Yeni tanışıma bunu arzulamazdım =)
papatürk
11. Yeni tanış olduğunuz istifadəçiyə əşxsi mesaj yazıb səhvini deyin yaxud hansısa yaxşılıq edin:)
IDEAL
Məsələn mən deyim ki, mənə ilk tanışlıqda kompliment mənasız görünür. Ya yaltaqlı kimi qiymətləndirirəm ya da ki, düşünürəm ki hansısa məqsəd güdərək belə söz deyir.
HTML
12.Yeni tanış olduöun adamın postunda şərh yazıb postu tərifləyirsən.
lesyA
13. Yeni tanış olduğun adama şəxsi mesaj yazıb bu ppost üçün mənbəni,yazını haradan tapmısan sualını verib yavaş-yavaş söhbətə başlamaq.
fidan
Kim sənə elə podxod etmək istəyib?)))
lesyA
Deyim sonra da həmin oğlanı saytdan qovasınız? Demərəm)
IDEAL
Üsulu özün yazırsan oğlanın nə günahı var. Deyəcək ki, Ayselin sözünə baxmışam. ))) Fakt olaraqda yazdığın postu təqdim edəcək.
şərh silinmişdir
Zahid_GDMLI
Görünür mövzu aktual imiş, bu barədə çox yazmaq olar, bəzi şeylər isə təcrübədən əldə edilir və əminəm ki, çöxlarının artıq bu cür təcrübəsi var))
IDEAL
14. Ən yaxşı üsul dostlar siyahısına əlavə etməkdi.
loğman
15. Söhbətə başlamaq üçün ən yaxşı vasitə hava haqqında söhbət etməkdir.Pis olsaydı ingilislər həmişə hava haqqında söhbət etməzdi.
şərh silinmişdir
Samir012
Maraqlı yerləri çoxdur)