Qadın karyerası

"Qadın karyerası" bir ideya kimi mahiyyəti etibarilə qadına ənənəvi "mətbəx, məişət qayğıları" sxemi üzrə baxmağa ziddir. Cəmiyyətdə baş verən yenidənqurma işlərinə və feminist hərəkatlara baxmayaraq, həqiqətən, qadın karyerası bir-birinə zidd fikirlər doğurur.
Burada bir neçə sual meydana çıxır ki, gəlin onlara cavab tapaq. Birincisi, qadın da kişinin etdiyi işləri görə bilərmi və intellekt bazarında, məqsədə çatmaqda və pul qazanmaqda kişilərlə eyni hüquqlara malikdirmi?
İkincisi, karyera ilə ənənəvi qadın vəzifəsini - uşaq böyütməyi necə uyğunlaşdırmaq olar, belə ki, uşaq tərbiyə edib böyütmək çoxlu vaxt və qüvvə tələb edir.
qadın karyerasıQadın üçün iş seçərkən üstünlük verdiyi və ya məhdudiyyətlər olan zonalar hansılardır? Daimi "iş, yoxsa ailə" ənənəvi dilemmasının müasir həlli necədir? Gəlin bir qədər bunlar üzərində dayanaq.

Bəzi peşələr qadın üçün arzuolunandır. Bəlkə də əvvəldən bu peşələrə qadınlar üstünlük verdiyindən, ənənəvi olaraq qadın peşələri hesab edilir. Elə peşələr var ki, işəgötürənlər məhz qadınları bu vəzifəyə götürür. Məsələn, katibə, ofis meneceri, prezident köməkçisi, mağazada satıcı, səhiyyə müəssisələrində tibb bacısı, xadimə və s. Bəzən elə hesab edilir ki, monoton texniki işlərdən ibarət, əmək haqqı aşağı olan işlər qadınlara aiddir.
Lakin son zamanlar bəzi sahələrdə qadınlar heç də kişilərdən geri qalmayaraq, əvvəllər ənənəvi hesab edilən və fiziki qüvvə, dözüm tələb edən kişi peşələrinə də uğurla yiyələnirlər. Hazırda qadınlar arasında çoxlu cərrahlar, diş həkimləri, sürücülər, menecerlər, dizaynerlər vardır.
Kişi və qadın peşələrindən danışarkən bəzi statistik qanunauyğunluqları nəzərə almaq lazımdır. Mütəxəssislər belə hesab edirlər ki, bu gün hüquq bərabərliyi uğrunda mübarizədə qadınlar xeyli irəliləmişlər. Hətta bəzi yerlərdə kişilərlə qadınlar sanki yerlərini dəyişmişlər. Peşəkar fəaliyyətdə bu özünü qadınların bəzi kişi peşələrinə yiyələnməsində, kişilərin isə, əksinə, qadın işlərinə keçməsində göstərir. Hazırda qadınlar nəinki biznesdə, siyasətdə də özlərini doğrultmuşlar. İndira Qandi, Marqaret Tetçer, Madlen Olbrayt, Angela Merkel, Hillari Klinton, Kondoliza Rays, Tansu Çiller, Benəzir Bhutto və başqaları bunu dəfələrlə sübut etmişlər.

Mehriban Əliyeva qadın karyerası deyəndə yada düşən ilk Azərbaycan qadınıdırİndi qadınlar kişilərlə rəqabətdə istedad, enerji, peşəkarlıq parametrlərinə görə daha ön mövqeləri tutur. Sərhədlər yoxa çıxır: müasir qadınlar kişi işlərini də uğurla görürlər. Əmək bazarı dəyişmişdir - yaş, cins əlamətləri artıq ikinci plana keçir, birinci yeri istedad, intizam, məsuliyyət, ünsiyyət, davranış tutmağa başlayır. Müasir işəgötürənlər kadrları seçərkən, ilk növbədə, ali təhsilli, iş təcrübəsi olan, zərərli vərdişlərdən uzaq olan intizamlı işçilərə üstünlük verir.
İşəgötürənlərin belə bir problemi mövcuddur: azyaşlı uşaqları olan anaları işə götürmək nə dərəcədə məqsədəuyğundur? Və ümumiyyətlə, uşaqların doğulması gənc qadınların karyerasını nə dərəcədə ləngidir? Əvvəl ana olmaq, sonra karyera qurmaq, ya əksinə?..
İlk ana sevincini, zənnimizcə, heç bir karyera əvəz edə bilməz. Hələ yuxudan oyanan körpənin qığıltısı, balaca əllərinin hərarəti hansı qadını xoşbəxt etməyib?... Bəlkə əvvəl övlad böyütmək, sonra karyera qurmaq daha məqsədəuyğundur?!..

15 şərh

IDEAL
Məncə hər bir qadin üçün həm karyera həm də ailə önəmli olmalıdı. Təəssüf ki, bəzi qadınlar ailəni seçir karyeraya heç fikir vermir. Ancaq bilmək lazımdır ki, yaxşı övlad tərbiyə etmək üçün gərək Analar savadlı olsun. 
Müəllimimin bir paradoksal sualı yadıma düşdü.  Ana savadlı olsa uşaq yaxşı tərbiyə olunar, yoxsa ata?
bankir
Hər ikisi savadlı olanda:-)
magamedshafiq
Ananın övladına və ailəsinə olan məhəbbət həm karyeradır həm də savad! 
konFidaNsial
Siznle razi deyilem.Tek mehebbetle ushaqlara hec ne vermek olmur.Hedden ziyade kor-korane mehebbet bezen ushaqin terbiyesine ziyan da vurur.Mence savadsiz,ishsiz butun gunu metbexde olan ana ovladlarina xeyirli hec ne vere bilmez.Ola biler ki ibtidai siniflerde onlar ushaqlara derslerinde komek ede bilsinler. Amma dunyagorushu ve savadi az olduqundan ushaqlarin tukenmez suallarinin birine de cavab vere bilmeyecek, xarici dilden olan derslerinde komek ede bilmeyecekler ve elementar kompyuter biliyi olmadiqdan ushaqlarin butun gunu kompyuterde ve internetde neynen meshul olduqlarina nezaret ede bilmeyecek.Chunki hec neden bashi cixmir.Bele analara boyudukde ushaqin ozu de yuxardan ashaqi baxir ve her meslehetine sen hec ne bilmirsen, qarishma deyir.Gelin etiraf edek ki,cox hallarda bu bele bash verir.
cahandar
konfidansialla tamamilə razıyam
cahandar
Sizinlə razı deyiləm.Bu fikir tipik Azəri kəndlisinin keçmiş zamanda düşündüyü məqamdır!
Dior
Amma bir tərəfə də baxanda əgər ana işləyirsə o zaman övlad ana nəvazişindən bir az kənar olur.Həm də çox vaxt ailə qurandan sonra həyat yoldaşı tərəfindən işləmək ona qadağan olunur.O  zaman seçim qarşısında qalarkən,ana sizcə nəyi seçməlidir,ailədə söz söhbəti,boşanmağı,övladlarının bütöv bir ailədən məhrum olmasının yoxsa karyera qurmasını.Şəxsən mən ən birincini seçərdim.
Dior
Fikirlərimi bir az dəqiq anlada bilmədim.Yəni mən şəxsən karyeranı yox,övladlarımı fikirləşərdim
papatürk
Sevindirici haldır ki,ölkəmizdə qadınlar bütün sahələrdə yaxşı təmsil olunublar.Parlamentdəki deputlatlarımız,sahibkarlar,yüksək dövlət vəzifələrində məmurlar arasında qadınları görmək adi haldır.Birinci ledi haqqında danışmağa isə ehtiyac yoxdur.O,yalnız adıyla deyil,doğurdan da elə birinci xanımdır.
Nailə_Rzayeva
Qadın və karyera… Daim mübahisəli mövzu olub. Oxuduğum bir məqalədə istehsalat sahəsinin müdiri bu barədə belə fikir söyləyirdi — «Boş vakansiyalar olduqda mən daha çox kişilərə üstünlük verirəm. Bilirsiniz niyə? çünki qadınlarda hər şey daha çətindir. Hamiləlik dövrü, daha sonra dekret, uşağın xəstəliyi, həyat yoldaşı ilə mübahisələr, baş ağrıları, miqren. Həmçinin qiybətlər, incikliklər, mübhisələr, hansı ki, zərif cinsin nümayəndələri etinasız qala bilmirlər. Kişilərlə isə daha asandır, onlar sadəcə işə gəlib sırf işləri ilə məşğul olurlar. ». Bu fikirlərlə qismən razı olmaq olar, amma tamamilə yox. Çünki nadir də olsa bir çox qadınlar karyera ilə ailəni eyni paralellikdə, çox gözəl apara bilirlər. Amma hamı bunu bacara bilməz. Həm evlə, həm övladla, eyni zaman işlərinlə məşğul olmaq hər qadının bacara biləcəyi iş deyil.
gypsyyy

Bəli nadirdə olsa buna rast gəlinir artıq Azərbaycanda.


Bunu da qaydasında aparmaq üçün mütləq doğru karyera seçmək lazımdır, əsas vacib şərtlərdən biri budur.


Bizim cəmiyyətin savadlı anaya çox çox ehtiyacı var

bloqçu
Məncə də həm ailə həm qadın — bunların ikisi ilə də birdən baş etmək hər qadının işi deyil, amma, baş edənlər də var.
 Əgər qadın bir işlə məəşğul olub ailəvi vəzifələrini axsadırsa və ya əksinə bu zaman mütləq birində təməl zəif olacaqdır, hansı ki bu da sonra onun çökməsinə gətirib çıxara bilər. Yox əgər qadın hər iki işlə eyni zamanda uğurla baş edə bilirsə — nə yaxşı, bu zaman nə problem ola bilər ki?!
bloqçu

Mən şəxsən seçim qarşısında qalsaydım, düşünmədən «ailə» deyərdim. Ailənin yerini heç nə verə bilməz. O ki qaldı İDEAL-ın savadlı ana deməsinə, məncə bunun karyeraya dəxli yoxdur. Karyera qurmadan da savadlı olmaq olar.

magamedshafiq
Əlbəttə raryera qurmadan da savadlı olmaq olar!!!!!!
Amma indi savadlı olub dolanmaq mümkün deyil!!!!
İndiki zamanda karyera qurmaq üçün həm savad və həm də fərasət lazımdır!!!!! 
Aynur
Qadın üçün savad indi çox vacibdir.