Daha uğurlu komanda işi üçün 10 məsləhət

Aşağıdakı 10 məsləhət daha müvəffəqiyyətli komanda işinin baş tutması üçün komanda daxilində mövcud olmalı olan mühiti təsvir edir.Uğurlu komanda işi daha yaxşı fəaliyyət üçün təməl daşıdır.

1. Komanda məqsədləri yaxşı anlayır və onlara çatmaq üçün özünü həsr edir.Bu aydın istiqamət və missiya yaxud məqsəd üçün razılıq effektiv komanda işi üçün əsasdır.Təşkilat komandanın işi,məqsədləri,məsuliyyəti və nəticələri haqda aydın gözləntilərə malik olduqda komanda daha möhkəm olur.

2. Komanda insanların kommunikasiya yaradarkən,mövqeləri müdafiə edərkən və fəaliyyət göstərərkən rahat hiss edəcəyi mühit yaratmalıdır.Komanda üzvləri bir-birinə inanmalıdır, aralarında razılıq olmadığı zaman onlar cəzalandırılmamalıdırlar.

3. Kommunikasiya açıq,düzgün və hörmətli olmalıdır.İnsanlar fikir və düşüncələrini ifadə etməkdə və problemlərə həll yolu bildirməkdə azad hiss etməlidirlər.İnsanlar onların nə dediyini anlamaq üçün digər komanda üzvləri tərəfindən diqqətlə dinlənildiklərini hiss etməlidirlər.Komanda üzvləri daha yaxşı anlamaq üçün sual verməkdən çəkinməməli və digər üzv danışarkən təkziblər yaratmaq əvəzinə diqqətlə dinləməlidirlər.

4. Komanda üzvlərində güclü qrupa mənsubiyyət hissi olmalıdır.Onlar qrupun qərarlarına və fəaliyyətlərinə dair dərin öhdəliyi sınaqdan keçirirlər.Bu mənsubiyyət hissi komanda üzvləri  komanda normaları və münasibətləri inkişaf etdirmək üçün birlikdə vaxt keçirdikdə yaranır və möhkəmlənir.

5. Komanda üzvlərinə əvəzedilməz təcrübələri,düşüncələri,bilikləri ilə unikal şəxs kimi baxılmalıdır.Hər şeydən əvvəl,komanda yaratmağın məqsədi müxtəlifliklərdən üstünlük qazanmaqdır.Əks təqdirdə niyə təşkilat proyektlərə,məhsullara və məqsədlərə komanda şəklində yanaşır?!

6. Kreativlik,innovasiya və müxtəlif dünyagörüşləri gözlənilməli və cəsarətləndirilməlidir.”Biz bunu artıq təcrübədən keçirmişik və işə yaramayıb” və s.kimi rəylərə icazə verilməməli və dəstəklənməməlidir.

7. Komanda daimi olaraq özünü tədqiq etməli,prosesləri,təcrübələri və komanda üzvlərinin qarşılıqlı təsirini inkişaf etdirməlidir.Komanda öz normaları və onun irəli getməsinə,səy,bacarıq və strategiyalarının inkişafına nələrin kömək edə biləcəyi haqda açıq şəkildə müzakirə aparmalıdır.

8. Komanda işində problemlərin və konfliktlərin diaqnozlaşdırılması,analiz edilməsi və həll edilməsinə aid prosedurlar haqda razılıq olmalıdır.Komanda öz üzvləri arasındakı şəxsi konfliktləri dəstəkləməməli və ya digər üzvlər tərəf tutmamalıdırlar.Əksinə,üzvlər qarşılıqlı həll yolu üçün çalışmalıdırlar.

9. Kimlərin daha aparıcı iştiraka malik olduğu görüşlərin aparılması,tapşırıqların yerinə yetirilməsi,qərarların qeydə alınması,inkişafın və komandanın istiqamətinin təmin edilməsi təcrübəsi zamanı müəyyən edilir.

10. Komanda üzvləri birlikdə yüksək səviyyəli qərarlar qəbul edir və həmin qərarların yerinə yetirilməsi zamanı komandanın dəstəyinə və öhdəliyinə malik olur.

Əgər komanda bu 10 faktora sahib olsa, komanda işi düzgün qurulmuş olacaq, uğurlu fəaliyyətlər həyata keçirəcək və layiqli mükafatını da əldə edəcək.

0 şərh