İş yerində utancaqlıq və komplekslərinizdən necə xilas olmalı

Utancaqlıq, özünə inamı baltalar və insanlarla əlaqənin iflasa uğramasına səbəb olur. Çox yaradıcı fikirləriniz olsa belə dilə gətirə bilmədiyinizdən iş yoldaşlarınızdan geri qala bilərsiniz.

Özünə inam çox əhəmiyyətlidir.
Utancaqlıq, özünüzə güvəninizin aşağı olduğunu göstərir. Səhv etməkdən qorxduğunuz üçün  irəliyə doğru addım atmırsınız. Niyə? Ətrafınızdakı insanlar səhv etmir mi?  Yenə də səhv etmək, fikir bəyan etməməkdən çox vaxt daha yaxşıdır. Özünüzə güvənin və fikrinizi rahatlıqla söyləyin. Ancaq fikirlərinizi bəyan etməklə önə gedə bilərsiz.

Ətrafınızda çox insan olduğu zaman danışa bilmir və həyəcandan nə edəcəyinizi bilmirsinizsə, onda onlar yoxmuş kimi düşünün. Sanki ayna qarşısında danışırmış kimi müəyyən bir nöqtəyə fikrinizi yönəldin. Zamanla göz təması qurmağa başlayacaq və  özünüzü rahat hiss edəcəksiniz.

Dəyərinizi bilin.

Utancaq insanlar ümumiyyətlə müvəffəqiyyətlərini göz ardı edər və özünü dəyərsizləşdirir. Ümumi yığıncaqda dilə gətirmək istədiyiniz fikirlərinizin çox lazımsız olduğunu düşünürsünüz? Xeyr! İşdə söyləyəcəyiniz hər bir fikir qiymətlidir. Öz dəyərinizi bilin və digərlərinin nə söyləyəcəyinə əhəmiyyət verməyin. Əks təqdirdə siz işinizdə heç bir  müvəffəqiyyətlərə nail ola bilməyəcəksiniz.

3 şərh

Zeynal
Məndə utancaqlıq, kompleks yoxdu. Hamıyla qəşəng yola gedirəm. Tembole iş yoldaşlarımın əksəriyyəti mənlə yaşıd qızlardır )) 
Ferbara
Oğlanların dili ilə desək, cənnətə düşmüsünüz ki. :)
Zeynal
Bəli. İş yoldaşlarım da deyir "çox arsızsan". ))