Ofisdə günortadan sonra yaranan yorğunluq və halsızlıqdan nəcə xilas olmalı?

Nahar yeməyi vaxtı gümrah olsanız da günortadan sonra gözlərinizi açamaqda çətinlik çəkirsiniz? Sizin üçün ofisdə enerjinizi bərpa edəcək tövsiyyələr !

Ara verin:

Yemək yedikdən sonra dərhal kompüterin qarışısında oturmayın. Ətrafda bir az hərəkət edin və mümkünsə çölə çıxın. Bir az yaşıllıq görmək sizi rahatlaşdıracaq.

Üzünüzü yuyun:

Oyanmağınıza kömək etməyi və sizi gümrahlaşdırmağı üçün üzünüzü yumağı sınaqdan keçirə bilərsiniz. Və ya nəm bir dəsmal ilə boyun və başınızı isladın.

Yaşıl çay için:

Tərkibində qəhvədən daha az kafenin olan yaşıl çay sağlam yuxu aparan vasitə olacaq.

Saqqız çeynəyin:

Saqqız çeynəməyin enerjinizi bərpa edəcəyinə inanmaya bilərsiniz, ancaq biz yenə də sınaqdan keçirməyi tövsiyyə edirik.

Şəkərdən uzaq durum:

Gün boyu şirin qidalar yesəniz dözülməz yuxunuz gələcək. Şəkərdən uzaq dayanmağa çalışın

Bol su

Bədəninizin ən çox ehtiyacı olan şey sudur. Su, həzm sisteminizin fəaliyyətini nizama salacaq və hüceyrələrin yenilənməsinə təsir edəcək. Beləcə bol su içərək yuxululuqdan xilas ola bilərsiniz.

 

 

0 şərh