CV nümunəsi

Tez-tez rezüme (curriculum vitae) hazırlamağa ehtiyacımız olur.Sizə bir CV nümunəsi verirəm. Yazılan hər şey şərtidir.

Məmmədov Sahil
14 Neftçilər Prospekti, Səbail
Səbail rayonu,Bakı
Tel: 012 4924856
Mob: 050 250 2525
[email protected]

TƏHSİL

Xəzər Universiteti
Sentyabr 2007-May 2009
Beynəlxalq Biznes İnzibatçılığı üzrə magistr dərəcəsi

Bakı Dövlət Universiteti
May 2003-İyun 2007
Beynəlxalq Hüquq fakültəsi

16 nömrəli məktəb
Sentyabr 1990-May 2001
11 illik orta təhsil

İŞ TƏCRÜBƏSİ

McDonalds
Satış şöbəsi
Oktyabr 2004 - Yanvar 2005
İş müddətində mən hər şeyi edirdim gələn müştərilərin sifariş etdikləri məhsulları yığır,qablaşdırır və kassada hesablaşmanı aparırdım.Eşşək kimi işlədiyim Operativ işlədiyimə və sifarişləri tez yola saldığıma görə müdiriyyət tərəfindən mükafatlandırılmışam. Yeni iş tapdığım yekəbaş klientlərin sufatlarını görməmək üçün ilə əlaqədar orda fəaliyyətimi 3 aydan sonra dayandırdım.

NURGÜN Motors
Marketinq şöbəsi
Fevral 2005 - Noyabr 2008
Avtomobillərin reklamı,promo-aksiyaların keçirilməsi,satış effektivliyinin artırılması üçün 4 ilə yaxın müddətdə işləmiş,ofis planktonu olmuş televiziyada reklamın monitorunqinə birbaşa nəzarət etmişəm. İşə girdikdən 8 ay sonra baş marketoloq vəzifəsinə keçirilmişəm.İşlədiyim müddətdə Yaponiya və Ukraynada 3 ay kef çəkmişəm treninqlərdə olmuşam.

MARAQLARIM

Boş vaxtlarımda şəhərdə sülənib qızlara söz atıram kayzen.az saytının NHN yarışlarında iştirak edirəm,şəxsi bloqumu həftədə 2 dəfə yeniləyirəm. Hər həftə şahmat dərnəyində turnirlərdə oynayıram.

karyera CV-dən başlayır

 

10 şərh

Tomris
Bu sizin CVdir?
bankir
bəli. [email protected] məktub göndərə,göstərilmiş telefon nömrələrinə zəng vurmaq olar:-)
təpəgöz
Tomris,yazmışdım ki hər şey şərtidir. Sahil Məmmədov adlı adam bəlkə də yoxdur.
Ferbara
Çox sağ ol, bankir. Mən də interneti ələk-vələk eliyib normal CV forması axtarırdım. ))
təpəgöz
Adamın gərək bəxti olsun. Məqaləni yazan mən,amma çox sağ ol başqasına:=)
Ferbara
Üzr istəyirəm. Mən yenə də müəllifi səhv saldım.))
Someone
Maraqlıdır, Sahilin reklamı gedir deyəsən, uğurlar
SHATENKA407
mene tecili cv blank lazimdir ozu de az. dilinde..kimde  var?
2ral
Stanadrt tərcümeyi-hal forması:CV formasi yüklə