Evlənmək karyeramız üçün niyə önəmlidir?

Varen Bafet, “Berkshire Hathaway” şirkətinin CEO-su 2009-cu ildə bir görüşdə deyib: “Doğru insanla evlənin. Mən ciddiyəm. Bu sizin həyatınızda böyük fərq yaradacaq, boşluqlarınızı dolduracaq və hər şeyi dəyişəcəkdir.”
Karyera dünyası çox dəyişkəndir. Hələ siz texnologiya sahəsindəsinizsə, bu, daha çox işinizə vaxt ayırmalı olduğunuz mənasına gəlir. Bütün vaxtınız kompüterlər, dizaynlar, şəbəkə, rəqəmlər və s. ilə birlikdə keçir. Karyera pillələrinizi qalxmaq və məqsədinizə çatmaq istəyirsinizsə, sizə bütün qəlbi ilə dəstək olan — dostlardan və ailədən daha artıq olan birinə ehtiyac duyursunuz.
Doğru insanla evlənmək sizin dünyaya olan perspektivinizi və imkanlarınızı artıracaqdır. Yanlış insanla evlənmək isə maneələr, əngəllər və narahatlıq yaradacaqdır. Qadın hədəflərinə çatmaq istədiyi zaman onun bu hədəflərə nail olacağına inanan biri ilə evlənməsi onun karyerası üçün çox önəmlidir.
0 şərh