Müsahibə zamanı buraxılan 10 səhv

Müsahibədə davranış qaydaları barədə çox kitablar və məqalələr yazılmasına baxayaraq namizəd üçün ilk müsahibə çox vaxt axırıncı olur. Bu nəticədən belə çıxır ki, namizəd 10 ən geniş yayılmış səhvlərdən birini edib. Buna görə də işaxtaran üçün «təhlükəli anları» bilmək işə götürənlə asan dil tapmağa və işi qazanmağa kömək edəcək.
İşə qəbul olmamağın səbəbləri ola bilər:
  • 15 dəqiqədən çox gecikmə olarsa;
  • Şirkətin geyim tərzinə uyğunsuzluq olarsa;
  • Tanış olmayan insanlarla yol verilməyən davranış tərzi;
  • Fikir və tələffüz qarışıqlığı: namizəd özü haqda danışmaq barədə menecerin xahişinə cavab vermək iqtidarında deyil;
  • Yersiz utancaqlıq: müsahibə iki və daha artıq insanın söhbətini tələb etməsinə baxmayaraq işaxtaran heç bir sual vermir, daha doğrusu, vakansiya və şirkət haqqında maraqlanmır.
  • Həyata pessimist baxışı: namizəd bütün uğursuzluqlarında «vəziyyəti» günahlandırır.
İndi isə müsahibələrdə namizədlər tərəfindən edilən ən çox 10 səhv və bu səhvləri vaxtında düzəltmək üçün məsləhətlər haqqında danışacağıq.
  1. İşaxtaran müsahibəyə gecikir.
  • İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd dəqiq deyil, o, başqa insanların vaxtına hörmət etmir, onun üçün bu işi əldə etmək o qədər də maraqlı deyil.
DOĞRU DAVRANIŞ:
  • Müsahibə təyin olunmuş vaxtdan 10 dəqiqə tez gəlin ki, həm fikirlərinizi toplayasınız, həm də yaxşı təsurat yaradasınız. Buna əlavə olaraq Siz ofisin mühitinə nəzər sala bilər, potensial əməkdaşlarınızın rəftarını və davranış tərzini izləyə bilər,və ya sadəcə ətrafa göz gəzdirə bilərsiniz.
VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:
  • Əgər Siz təyin olunmuş müsahibəyə hər hansısa bir səbəbdən gecikəcəyinizi bilirsinizsə, bu haqda işəgötürənə zəng vurub bildirməniz məsləhətdir. Əgər mümkündürsə, müsahibəni bir neçə saatlıq təxirə salmağı və ya başqa bir günə təyin etməyi işəgötürənə seçim yolu kimi göstərə bilərsiniz. Yadda saxlayın ki, müsahibə Sizə görə baş tutmamışdır və ona görə də vaxtın təyin olunmasında güzəştə gedin.
2. Namizəd qəbul otağında olarkən işgüzar söhbətdən çəkinir.
  • İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd təmkinli deyil,onunla ünsiyyət qurmaq çətindir, bəlkə də kollektivdə konflikt yarada bilər.
DOĞRU DAVRANIŞ:
  • Gülümsəyin! Səmimi və gülərüz olun. Əgər həmsöhbətiniz gecikərsə və Sizin onu gözləməyə vaxtınız yoxdursa resepsiona yaxınlaşaraq vəziyyəti başa sala bilər, Sizinlə daha sonra əlaqə saxlamaları üçün öz əlaqə vasitələrinizi saxlaya bilərsiniz.
VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:
— Ümumi qəbul olunmuş üsulla — üzr istəmək. Ola bilsin ki, bu neqativ hadisə Sizin potensial əməkdaşlarınızın yadından çıxmasın, ancaq bu, sizin öz səhvinizi qəbul etməyə hazır olduğunuzu göstərə bilər.Ancaq günahınızı yüngülləşdirmək üçün, hər hansı bəhanə gətirməyin.
3. İşəgötürənin namizədə özü haqqında danışmaq xahişinə «Siz nə haqqında öyrənmək istərdiniz?» cavabı.
  • İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd professional sahədə özünü və nailiyyətlərini layiqincə təqdim edə bilmir.
DOĞRU DAVRANIŞ:
  • Verilmiş sual Sizin üçün danışığı özünüzün üstün cəhətlərinizi göstərmək istiqamətinə yönəltmək üçün şans ola bilər. Lakin, söhbət harda və nə vaxt anadan olduğunuz barədə deyil, keryeranız barədə olsa daha məqsədəuyğun olardı.
VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:
— Müsahibəyə özünüzlə iki nüsxədə rezume gətirməlisiniz (biri həmsöhbətiniz üçün, digəri isə özünüz üçün). Yaxşı olardı ki, namizəd olduğunuz vakansiya haqqında geniş məlumat da götürəsiniz.
4. Namizəd təklif olunan vakansiyanın təfərrüatı ilə bağlı suallar vermir.
  • İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd məhz bu vəzifədə işləmək istəmir, o, şirkət haqqında heç nə bilmir, onun üçün hansıı vəzifədə işləmək fərq etmir.
DOĞRU DAVRANIŞ:
  • Müsahibə — hər şeydən əvvəl ikitərəfli əlaqədir. Onun gedişatında Sizin şirkətə və şirkətin Sizə uyğunluğu müəyyən olunur. Məhz buna görə də bu görüşlərdə mümkün gələcək iş yeriniz barədə maksimum məlumat yığmaq lazımdır.
VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:
  • Əgər «mənim sualım yoxdur» cavabını artıq vermisinizsə və həmsöhbətinizin gözündə təəccüb gördünüzsə, vəziyyəti birinci görüş üçün lazımlı məlumatı aldığınızı bildirərək düzəldə bilərsiniz. Aldığınız məlumat barəsində düşünmək zərurətini bildirməlisiniz.
5. Namizəd işəgötürənin suallarına qeyri-professional cavab verir.
  • İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd işəgötürənlə müsahibə barədə səthi biliyə malikdir.
DOĞRU DAVRANIŞ:
  • Müsahibə zamanı işəgötürənlər tərəfindən sıx rast gəlinən suallara kreativ cavab vermək üçün aşağıdakıları nəzərə alaraq əvvəlcədən məşq edin:
  • Rezumenizdə yazılan məlumatı dəqiqliyi ilə təkrar etməyin;
  • Sırf bioqrafik istiqamətə yönəlməkdənsə, daha yaxşı olardı ki, karyeranızdakı nailiyyətləriniz, əldə etdiyiniz bilikləriniz və toplanmış bu biliklərinizi yeni işə necə tətbiq edəcəyiniz barədə danışasınız.
  • Yeni iş yerinizdən nə gözlədiyinizi bildirə bilərsiniz.
VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:
  • Ən sadə üsul — yumor hissinizi köməyə çağırmaqdır. Həmsöhbətinizə Sizin profesionallığınızı sübut edə biləcək işlədiyiniz müddətdə başınıza gəlmiş hansısa bir hadisəni əyləncəli şəkildə danışa bilərsiniz.
6. Namizədin nitqi profesional terminlərə əsaslanmır, jarqon ifadələrdən çox istifadə edilir.
  • İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd öz işində professional deyil, ixtisaslı mütəxəssis olmağınız şübhə altındadır.
DOĞRU DAVRANIŞ:
  • Hətta nadir hallarda danışığınızda istifadə etdiyiniz ifadələri müsahibə zamanı istifadə etməyiniz yersiz olardı. Sizin özünüzü professionallıqla təqdim etməyiniz işəgötürənin diqqətindən qaçmayacaq.
VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:
  • Təəssüf ki, belə rəftar müsahibə zamanı namizədlər tərəfindən buraxılan bağışlanılmaz səhvlərdən biridir. Vəziyyəti öz həmsöhbətinizə ünvanlayacağınız səhvsiz, qrammatik cəhətdən savadlı yazılmış məktubla düzəldə bilərsiniz. Bu, səhvinizi anladığınızı və onu düzəltmək istəyinizi göstərəcəkdir.
7. Namizəd köhnə rəhbəri haqqında xoşagəlməyən sözlər danışır.
  • İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Belə namizəd üçün şirkətdaxili məlumat anlayışı yoxdur. Bundan əlavə o, komandada işləmək bacarığı olmayan konfliktli şəxsdir.
DOĞRU DAVRANIŞ:
  • Əgər Siz köhnə iş yerinizdən istədiyiniz kimi ayrılmamısınızsa, buna görə söhbətinizə mənfi emosiyaları qatmaq məsləhət deyil. Yaxşı olardı ki, müsahibənin axırına qədər pozitiv əhval-ruhiyədə qalın.
VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:
— Artıq səhv edilibsə onda, bu səhvi düzəltmək lazımdır. Həmsöhbətinizi münaqişənin şəxsi xarakter daşıdığına və bu vəziyyətin heç cür Sizin işinizə və kollektivlə münasibətlərinizə mənfi təsir göstərmədiyinə inandırmağa çalışın. Bunun üçün sübut əvvəlki iş yerinizdən Sizə zəmanət məktubu ola bilər.
8. Namizəd zəmanət vermir və əvvəlki iş yeri ilə əlaqə yaratmaq istəmir.
— İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd nəyisə gizlədir!
DOĞRU DAVRANIŞ:
  • Əgər hansısa bir səbəbdən rəhbərliklə münasibətiniz yaxşı səviyyədə deyilsə, Sizin üçün zəmanət verə bilən şəxs kimi haqqınızda müsbət rəy bildirəcək iş partnyorlarınızla əlaqə qurmasını həmsöhbətinizdən xahiş edə bilərsiniz.
VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:
  • Əgər Siz son iş yerinizdən haqqınızda mənfi rəy alınacağını ehtimal edirsinizsə işlədiyiniz son 3-4 iş yerlərinizin rəhbərləri, əməkdaşları ilə əlaqə saxlamalarını xahiş edə bilərsiniz. Bir neçə müsbət rəy namizəd üçün həlledici ola bilər.
9. Namizəd öz nailiyyətlərini şişirdir.
  • İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Əgər namizəd öz professionallıq səviyyəsini şişirdir və yalan danışırsa onda o yetərincə yaxşı deyil.
DOĞRU DAVRANIŞ:
  • Təcrübəli işəgötürən belə yalanları çox asanlıqla müəyyən edə bilər. Ona görə də işəgötürənə öz bilik və bacarıqlarınız barədə doğru məlumat verməlisiniz. Sizin mükəmməl insan olmağınıza ehtiyac yoxdur, sadəcə, vəzifənin tələblərinə uyğun gəlməniz yetərlidir.
VƏZİYYƏTİ NECƏ DÜZƏLTMƏLİ:
  • Daha doğrusu heç cür. Kadrlar üzrə mütəxəssislər müsahibə zamanı özünüz haqda yalan məlumatlar verməməyinizi israrla tövsiyyə edirlər.
10. Namizəd iş əxlaqına riayət etmir: ətrafdakılarla mehriban deyil, öz həmsöhbətinə təşəkkür etmir.
  • İşəgötürən üçün bu nə əhəmiyyət kəsb edir: Namizəd ya pis tərbiyə olunub, ya da həyəcandan doğru rəftar qaydalarının hamısını birdən unudub.
DOĞRU DAVRANIŞ:
  • Müsahibənin sonunda mütləq həmsöhbətinizə Sizə ayırdığı vaxta və xoş söhbətə görə minnətdarlığınızı bildirməlisiniz.

0 şərh