Məzuniyyət

Son zamanlara qədər  deyirdilər ki, məzuniyyətdən, istirahətdən qayıdan işçi yeni qüvvə ilə işə başlayır. Lakin müşahidələr göstərir ki, bu heç də həmişə belə olmur. Ən yaxşı hallarda belə o, əvvəlki  iş qabiliyyətinə bir neçə günə qayıda bilir. Lakin təcrübəli işçilər bu müddəti azalda bilirlər. Məsələn, işdə olmadıqları zaman işdəki  vəzifələrini yerinə yetirməyə davam edirlər. Məzuniyyətdən dərhal sonra insanın  yeni həyat tərzinə adaptasiyası bir qədər çətin baş tutur. Ətrafdakılar fəallıq, yeni fikirlər, konkret nəticələr gözlədiyi halda, hətta az bir müddət işindən ayrılmış insan birdən-birə işə tam gücü ilə qoşula bilmir.

Bəziləri isə belə hesab edirlər ki, işçi vəziyyətinə tez bir zamanda uyğunlaşmaq dərəcəsi işçinin məsuliyyətindən çox asılıdır. Adətən iri kompaniyaların top-menecerləri işə rəhbərlik prosesində pozğunluq yaratmamaq üçün 24 gün dalbadal dincəlmək imkanına malik olmurlar.  Və çox zaman məzuniyyətə hər hansı bir layihəni yerinə yetirəndən sonra çıxmağa qərar verirlər. Bu zaman onlar öz məzuniyyətini yarıda kəsib, 5-7 günlük dincəlirlər. Hətta belə bir vəziyyətdə kompaniyada gedən işlərin gedişi barədə mobil telefonla və elektron poçt vasitəsilə  də məlumatlı olurlar.

Aparıcı firmaların yüksək vəzifəli şəxslərindən biri belə qeyd edir ki, məzuniyyət zamanı kiçicik işlərlə məşğul olursansa da, bu,  iş şəraitinə tez qayıtmağa kömək edir.

Top-menecerlərə işə qayıtmaq üçün o qədər də vaxt tələb olunmur, onlar iş rejiminə tez adaptasiya ola bilirlər. Orta dərəcəli menecerlərə  isə işə başlamağa nisbətən çox vaxt lazımdır. Bunun üçün birdən-birə  bütünlüklə iş rejiminə qatılmaq o qədər də vacib deyil. Bu zaman yüngül ofis işləri ilə məşğul olmaq, məzuniyyətdən bilavasitə əvvəl görülən işləri yada salmaq daha yaxşı olardı. Bəzilərində yeni ideyalar, çox şeyi dəyişmək istəyi məhz bu dövrdə yaranır. Ona görə də işçini birdən-birə çox yükləmək düzgün deyil, əks halda yeni tapşırıqların öhdəsindən gələ bilməyən işçi məzuniyyətdən sonrakı dövrdə depressiyaya düşərək, işdən çıxmaq haqqında ərizə yazmaq məcburiyyətində qala bilər.

Şirkət rəhbərlərinin isə bu barədə düşüncələri başqadır. Məzuniyyətə çıxan işçi öz işlərini həmkarına təhvil verməli və qayıdarkən onları geri almalıdır.

Başqa bir təcrübə isə göstərir ki, məzuniyyətdən sonra əhval-ruhiyyənin pis olmaması üçün hər yarım ildə 1 həftə dincəlmək kifayətdir.

Məzuniyyətin coğrafiyası

İşə götürənin işçiyə ödədiyi  iş günlərinin müddəti

Danimarka

31

Avstriya

30

Rusiya

28

Fransa

25

Almaniya

24

Braziliya

22

Böyük Britaniya

20

ABŞ

10

Meksika

6

Mənbə: ümumdünya kadrlar agentliyi. Hewit Associates, 2006

Məcburi  məzuniyyət

Bir çox kompaniyalarda ilin axırında işçilərin istifadə etmədiyi məzuniyyət günlərinin sayı hesablanır. Vəziyyət parodoksaldır, müəssisələrə sadəcə olaraq, işçiləri məcburən məzuniyyətə göndərmək mümkün olmur. Məsələn, bəzi müəssisələrdə artıq bilirlər ki, işçilərin 80%  məzuniyyətdən istifadə etmir. Bu zaman qarşıdurma yaranır: işçilər məzuniyyətə çıxmaq və ya məzuniyyəti istifadə etmək istəmirlər. İşə götürənə işçilərin öz istirahətindən imtina etməsi o qədər də sərfəli deyil.Müəssisə üçün bu, maliyyə problemi kimi dəyişilə bilər. Əgər ilin axırına istifadə olunmamış çox günlər qalırsa, kompaniya qanunla kompensasiya kimi bunu işçilərə ödəməlidir.məsələn, müəssisənin ləğv olunması zaman. Əgər məzuniyyət ildən-ilə keçirsə, bu məbləğ böyük ölçülərə çata bilər. Əgər işçi işdən çıxıb getmək istəyirsə, o zaman ona istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilməlidir. Bəzi müəssisələrdə iş verən məzuniyyət haqqını ödəmir,  işçilərə məzuniyyət təqdim etmirsə,

Bir çox kompaniyalar bu problemin həllini aşağıdakı kimi etməyi daha məqsədəuyğun  hesab edirlər. Onlar işçini xəbərdar edirlər ki, hətta bir il ərzində o öz məzuniyyətini sərf etməyibsə, bu, onun öz problemidir ilin axırında istifadə olunmamış günlər batacaq. Əslində bu, işçini məzuniyyəti düzgün istifadə etməyə məcbur edəcək. Lakin praktikada həmişə belə olmur. İstifadə olunmamış günlərdən istifadə etmək lazımdır. Bəzi kompaniyalar bu günləri istifadə olunmuş kimi göstərirlər. Qanunvericiliyə zidd olan bu məsələdə işçi tərəfindən  müəssisə məhkəməyə verilə bilər. Ümumiyyətlə, məzuniyyətin «yanması» həm işçiyə, həm də kompaniyaya mənfi təsir edəcək (işçidə professional stress yaradacaq). Bu problemlərlə üzləşməmək üçün işə qəbul olunarkən işçilərə məzuniyyətə çıxmağın vacibliyi  aydınlaşdırılmalıdır. Hər bir işçiyə  məzuniyyət haqqında yaddaş təqdim olunmalıdır. Məsələn, Məzuniyyəti əvvəlcədən planlaşdırın ki, irəlidə yaxşı layihəniz olsun. Bu sizə işdə baş verən stress məqamlarında kömək edər.

Məzuniyyət zamanı tamamilə işlə bağlı problemlərdən uzaqlaşın. Bunun üçün özünüzlə mobil telefon götürməyin və ofisə zəng etməyin.

Əgər insan məzuniyyətə çıxırsa, deməli, o vaxtını planlaşdıra bilir, səlahiyyətləri bölüşdürə bilir. İşi heç olmasa 2 həftəlik təxirə salmaq fikri yanlışdır. Məzuniyyət əməyin qiymətləndirilməsi, ondan imtina isə əmək haqqından imtina kimi bir şeydir.

Hazırladı: S. Aytən
Mənbə: İqtisadiyyat qəzeti

loading...

1 şərh