Amerikalı idarəçilər qalstuku çıxartdılar

Amerikanın ən qazanclı şirkətlərinin müdirləri və üst səviyyə idarəçiləri, sadəcə sosial şəbəkələri, kompüterləri və ağıllı maşınları ilə yox, qalstuku və kostyumu kənara atmaqları, jaketli, cins şalvarlı geyim stilləri ilə də 21- ci əsri formalaşdırırlar.

Geyim stilləri ilə Amerika mediasında da tez-tez yer alan idarəçilərin bu “ adi hallarının ”, rahat geyimi seçməklərinin istehlakçıya bir mesaj verməyi də hədəflədiyini və rəsmilikdən qaçaraq “ xalqdan biri ” təəssüratını verməyə çalışırlar.

Forbesin en varlıları siyahısında üst sıralarda yerləşən, “ Time ” jurnalı tərəfindən “ ilin adamı ” seçilən Facebookun qurucusu Mark Zuckerberg, işə kapuşonlu pencəyi və cins şalvarı ilə gedir. İclaslara və təqdimatlara belə bu geyimdə gedir. Facebookun San Fransiscodakı mərkəzində də çox fərqli iş politikası tətbiq edən qızıl saçlı müdirin şəxsi ofisi yoxdur. Divarların olmadığı Facebookta işləyənlər də işə sərbəst geyimdə gəlirlər və Zuckerberglə yan- yana masalarda otururlar.

İphone, İpad, İpod kimi məhsulları ortaya çıxaran və 2000- ci illərdə insanların texnologiyadan istifadə formalarına istiqamət verən Apple- ın beyni Steve Jobs isə ictimaiyyətin qarşısına ağ idman ayaqqabıları, köhnəlmiş mavi cins şalvarı və boğazlı jaketi ilə çıxmağı seçir. ABŞ prezidenti Barack Obamanın, ölkənin ən qabaqcıl iş adamları üçün Ağ Evdə təşkil etdiyi qonaqlığa da eyni “ adi ” paltarlarıyla gedən xərçəng xəstəsi Jobs, hamının səbirsizliklə gözlədiyi İpad 2- nin təqdimat iclasında da səhnəyə ağ ayaqqabı, cins şalvar və boğazlı jaketdən ibarət olan “ xüsusi geyimi ” ilə çıxmışdı.

“ Sadə Olmağın Gücü ”

Amerikanın ən böyük maşın istehsalçılarından Chryslerin İtalyalı üst səviyyə idarəçisi Sergio Marchionne mediada görünən, hardasa bütün iclaslara mavi və ya ağ Oxford model köynəyi və onun üstünə geyindiyi tünd rəng gödəkçə ilə gedir. İqtisadi gücünə baxmayaraq moda dünyasının bahalı brendlərinə maraq göstərməyən və qarderobunda tək rəngin hakim olduğu, sadə paltarları seçən İtalyalı idarəçinin geyim stilini moda dizaynerləri “ Sadə olmağın gücünü kəşf etdi. Qalstuk taxmayıb, rahat geyinən Marchionnenin vermək istədiyi mesaj, paltarın əhəmiyyətsiz olduğu, istehsal etdikləri şeyin daha əhəmiyyətli olduğudur ” kimi şərh etdilər.

P.S. Türk professoru Mehmet Yavuz iş həyatında kostyum və qalstukdan mütəmadi olaraq istifadə edən kişilərin hansı təhlükə ilə qarşı-qarşıya olduqlarından söz açıb. Günün ən az 8 saatını qapalı iş yerində keçirməyin ciddi stressə səbəb olduğuna işarət edən elm adamı kişilərin kostyum və qalstukdan istifadə etməsini risk faktoru adlandırıb. Özəlliklə sıx-sıx bağlanan qalstuk kişilərdə baş ağrılarına, konsentrasiya pozğunluğuna, boyun və beyin ağrılarına şərait yaradır.  Çünki qalstuk beyinə qan verən əsas damarları sıxır. Bundan başqa, damarlarda kirəcləşmə və sərtlik yaradır, hətta qırtlaq xərçənginə də yol aça bilir. Ona görə də yaxşı olardı ki, qalstuk qırtlağa bərk-bərk sıxılmasın, ondan bir neçə sm uzaqlıqda olsun.
 

0 şərh