Рейтинг
+73.18

Karyera və yüksəliş

69 üzv, 89 topik

Söhbətə başlamaq üçün nə etmək lazımdır?

Düşünürəm ki, çoxlarımızın hələ də bu barədə bilmədiyi bəzi məqamlar var və ümumiyyətlə danışıq qabiliyyəti insanda çox önəmli faktordur. Aşağıdakı qaydalara əməl etmək məqsədə uyğun hesab edilir.

1. Xoş əhval-ruhiyyə, təbəssüm. Siz gülümsəyəndə, insanlar sizin mehriban və ünsiyyətli olduğunuzu fikirləşirlər.

2. İnsanla əlaqə qurmağın ən sadə üsulu ona xoş söz demək və kompliment söyləməkdir.

3. Tanışlarınızdan onların maraqları, xobbiləri, yaşadıqları yer haqqında soruşun.
Davamı →

Qadın karyerası

«Qadın karyerası» bir ideya kimi mahiyyəti etibarilə qadına ənənəvi «mətbəx, məişət qayğıları» sxemi üzrə baxmağa ziddir. Cəmiyyətdə baş verən yenidənqurma işlərinə və feminist hərəkatlara baxmayaraq, həqiqətən, qadın karyerası bir-birinə zidd fikirlər doğurur.
Burada bir neçə sual meydana çıxır ki, gəlin onlara cavab tapaq. Birincisi, qadın da kişinin etdiyi işləri görə bilərmi və intellekt bazarında, məqsədə çatmaqda və pul qazanmaqda kişilərlə eyni hüquqlara malikdirmi?
İkincisi, karyera ilə ənənəvi qadın vəzifəsini — uşaq böyütməyi necə uyğunlaşdırmaq olar, belə ki, uşaq tərbiyə edib böyütmək çoxlu vaxt və qüvvə tələb edir.
Ardı →

Buna deyərəm iş yeri

Bu yazıda Kanadada yaşayan və yenicə işə girmiş gənc bir türk qızın iş yeri ilə bağlı dostları üçün ilk təəssüratlarını yazdığı bir məktubdan bəhs ediləcək. Elektron poçtu vasitəsilə göndərilmiş bu məktubu eynilə diqqətinizə çatdırıram:
“Salam dostlar,
Burada iş həyatının, demək olar, bütün elementləri bizdəkindən fərqlidir. Bu şirkətdə müdirlərin şəxsi otaqları yoxdur. Onlar da bizimlə bərabər bir-birilərindən arakəsmələrlə ayrılmış kiçik otaqlarda otururlar. Müdirlərin heç katibələri də yoxdur: yalnız bütün idarəyə xidmət edən ümumi bir katibə var. Rəhbər işçilər qonaqlarını özləri qarşılayırlar. Çünki qonaq qarşılamaq üçün ayrıca bir işçi yoxdur. Surətçıxarma və faksların göndərilməsi kimi xidmətlər də ayrıca şəxslərə həvalə olunmayıb. Kimə nə lazımdır, buyurub özü yerinə yetirməlidir. İcazə almaq üçün ərizə yazmağa ehtiyac yoxdur. İşin çıxıbsa, istədiyin zaman iş yerini tərk edir, çalışma vaxtlarını özün müəyyən edə bilirsən.
Ardı →

Uşağın uğurlu ixtisas seçimində valideyn rolu

Yaşlı ingilis xanımından soruşurlar:

— İnsanı mədəni, savadlı, daha doğrusu ziyalı etmək üçün nə lazımdır?
— Bundan asan nə var, cəmi cümlətani üç kollec qurtarmaq lazımdır- deyə qadın fikirləşmədən cavab verdi.
— Necə, bir adam üç kolleci...?
— Xeyr, bir adam nə üçün. O, özü, valideyni, valideyninin valideyini.


Razılaşmaq lazımdır ki, uşaqların normal təhsil almasında valideynlərin rolu az deyil.İnsanın məruz qaldığı və onun hərəkətinə, davranışına istiqamət verən əsas təsirlər aşağıdakılardi:


Ardı →

Gözəlliyin karyerada rolu

Aparılan araşdırmalar nəticəsində bəzilərinin «Bu, ədalətsizlikdi...», — deyə yanaşdığı çox maraqlı bir nəticə ortaya çıxıb.

Bir insan çox zəkalı olmasa da, gözəldirsə, iş həyatında müəyyən bir zirvəyə sürətlə gəlib çıxa bilər.

Çoxlarının acı həqiqət kimi qəbul etdiyi bu nəticə çox təəssüf ki, müasir dünyada özünü doğruldub. Dünyanın bir çox şirkətlərində zəkalı olmayan, ancaq gözəl xanımlar sürətli şəkildə karyera qura bilirlər.

Araşdırmaçılar məktəbi bitirən məzunların həyatlarını bir müddət araşdırıblar.

Nəticədə  zəkası olmasa da, gözəl simaya sahib olan insanların karyerasının daha sürətlə irəlilədiyi ortaya çıxıb.

Mütəxəssislər bunu özgüvənlə əlaqləndirirlər. Çünki gözəl üzü olan insanlar özlərinə daha çox güvənirlər və risk etməkdən çəkinmirlər. Buna görə hər iş fürsətini daha rahat dəyərləndirib sürətlə irəliləyirlər.


Davamı →

Rezyume (CV) hazırlamaq

Rezyume (CV,tərcümeyi-hal,iş anketi) şəxsin təhsili, iş təcrübəsi və peşəkar bacarıqları haqqında məlumatların sistemli xülasəsidir. Rezyume reklamın bir formasıdır və onun məqsədi sizin müsahibəyə çağırılmanızı təmin etməkdir. Bu müsahibə müxtəlif mədsədlər üçün keçirilə bilər: yeni işə qəbul olmaq, karyera pilləsində irəliləmək, peşəkar təşkilata üzvlük əldə etmək, qeyri-hökumət təşkilatının idarə heyyətinə üzv seçilmək və s. Hər bir reklamda olduğu kimi, sizin məqsədiniz diqqəti ən yaxşı xüsusiyyətlərinizə cəlb etmək və zəif tərəflərinizi göstərməməkdir.
iş axtarmaq,iş tapmaq
Əgər siz əmək bazarındasınızsa, rezyumenizin olması sizi daha məsuliyyətli və hazırlıqlı göstərir. İşlədiyiniz zaman rezyumenizi yeniləməyiniz sizə imkan verir ki, qarşınıza çıxan daha yaxşı iş imkanlarından istifadə edəsiniz. Əgər bir neçə il ərzində iş axtarmamısınızsa, rezyumenizi hazırlamanız sizi gələcək 2-3 il ərzində daha cəlbedici namizəd olmaq üçün nə etməli olduğunuz barədə daha məlumatlı edəcək. Rezyumenin yazılması sizin şəxsiniz ətrafında qurulan bir prosesdir: rezyumedə gözə çarpacaq şəxs Sizsiniz!
İş təklif edən şəxslər öz şirkətlərində gəncləri görmək istəyirlər. Onlara sizin yeniliyiniz və ruh yüksəkliyiniz lazımdır. İş təklif edən şəxslər sizin gördüyünüz işdə maraqlı və məsuliyyətli olmağınızı istəyirlər. Onlar sizdən uyğun iş təcrübəsi istəyirlər, çünki bu sizin məhz bu növ işlə məşğul olmaq istədiyinizi göstərir.



Ardı →

Karyera nədir?

Karyera işçinin əməyinin gələcəyi haqqında subyektiv düşünülmüş şəxsi mülahizələrdir, əməklə özünü ifadəetmə və qaneolmanın gözlənilən yollarıdır. Bu, xidməti nərdivan üzrə irəliləyən hərəkətdir, işçinin fəaliyyəti ilə bağlı olan vərdişlərin, bacarıqların, ixtisas imkanlarının və mükafatlandırma ölçülərinin dəyişdirilməsidir. Bu, bir gün seçilmiş fəaliyyət yolu üzrə irəli hərəkətdir, məsələn, böyük səlahiyyətlərin, daha yüksək statusun, nüfuzun, hakimiyyətin, maddi varlığın alınmasıdır. Karyera — yalnız xidmət üzrə irəliləyiş deyildir. İşdən kənar həyat da karyeranın tərkib hissəsi olmaqla, işçinin karyerasına əhəmiyyətli təsir göstərir.
Lakin karyera heç də təşkilatın iyerarxiyası çərçivəsində hökmən və müntəzəm olaraq irəli hərəkət deyildir.
Başqa sözlə desək, karyera — insanın həyatı boyunca işgüzar təcrübə və fəaliyyətlə bağlı fərdi düşünülmüş mövqe və davranışdır.


Ardı →

20 yaşlı gənclərin bilməli olduğu 20 şey

Amerikalı yazıçı, biznesmen Julyen Smit gənclərə qarşılarındakı 5 ildə uğur qazanmaları üçün praktik məsləhətlər verib. Bunlar aşağıdakılardır:

1. Dünyaya axmaqlar lazımdır. Axmaq adamlardan pul qopartmaq və onları idarə etmək daha asandır. Təhsilinizə mümkün olduğundan daha çox diqqət yetirin. Zəngin, azad və xoşbəxt olmaq üçün gözü açıq olun. 

2. Təhsil ocaqlarına kor-koranə inanmayın. Onlar dərs planlarını hazırlayana kimi sistem köhnəlir, hətta “əldən düşür”. Ona görə də oxuya-oxuya çalışmaq yaxşıdır, Çünki iş liderlik qabiliyyətini inkişaf etdirir, üstəlik, hörmət qazanırsan.

3. Bacardığınız qədər çox oxuyun. Tez oxuma texnikasını mənimsəyin. Heç olmasa bir həftəyə bir kitab oxuyun.

4. Hamı ilə əlaqə saxlamağa vaxt tapın. Ünsiyyət mütəxəssisi olun. İnsanlarda yaxşı və sizə xoş gələn bir cəhət tapmağa çalışın.

5. Təvazökarlığa vaxt itirməyin. Təvazökarlıq qərar qəbul etmə prosesində hisləriniz üzərində hakim rolu oynayır. Bu da sizə sərf etmir.

6. Əgər kiminləsə münasibətdə nəsə sizi qane etmirsə, sözləşmək yerinə münasibətinizə fasilə verin.


Ardı →