Рейтинг
+73.18

Karyera və yüksəliş

68 üzv, 82 topik

Sahiblik hissi verdiyimiz dəyəri artırır

İnsanlar kifayət qədər lazımi informasiyaya sahib olduqda adətən rasional qərarlar verir. Bəs informasiya az olduqda? Lazımi informasiyanı toplayıb sonra qərar veririk, yoxsa necə?
Əhatəsində yaşadığımız mühit və təbiət bizi qərar verməyə öyrəşdirib, yəni hər bir halda qərar verməyə meyilliyik, daha dəqiq desək, bu, bizim üçün bir ehtiyacdır. Elə bu səbəbdən də lazımi informasiyamız olmadıqda belə çox şey haqqında qərar vermiş oluruq.

Davamı →

Xəyallarınızdakı işi necə tapa bilərsiniz?

«Ürəyinizcə olan işi tapın, onda siz həyatınız boyu işləməli olmayacaqsınız»— Konfutsinin aforizmi günümüzün devizinə çevrilib. Bəs hansı işi sevəcəyimiz barədə zərrə qədər təsəvvürümüz yoxdursa, nə edək? Biznes-jurnalist Rebekka Bern-Kallander uğurlu insanların tətbiq edərək bəhrəsini gördüyü 7 bəsit məşğələni təqdim edir.
Bu problemlə universiteti yeni bitirmiş və öz yolunu seçmək istəyən gənclər də rastlaşır, karyerası durğunluq dövrünü keçirən mütəxəsssislər də.
Davamı →

Tənbəl olduğunuzu gizlətmək istəyirsinizsə bu suallara cavab verərkən diqqət yetirin

İş müsahibəsində tənbəl işaxtaranı dərhal tanımaq və ona zaman sərf etməmək üçün 3 sual mövcuddur.
1. Keçmiş işinizdə sizə nə üçün maaş ödəyirdilər?
Şirkətin hər hansı bir işçisi, istər adi bir mütəxəssis olsun, istərsə də baş icraçı direktor “məhsul”, yəni müəyyən dəyər yaradır: sənəd, metal konstruksiya və s. Fərq etməz.
Şirkət üçün fayda əldə etmək üçün məhsulu dəyərli bir şeyə dəyişdirmək lazımdır. O vaxt iş bitmiş hesab olunur. Və bütün “dövrü” başdan sona qədər dərk edən əməkdaşlar yüksək qiymətləndirilir.

Davamı →

İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?

Ara-sıra şirkətinizdə və ya təşkilatınızda boş vakansiyalar olur. Sizin vəzifənizdən daha maraqlı və daha sərfəli olan bu vakansiyaların niyə sizə yox, bir başqasına nəsib olduğunu heç düşünmüsünüzmü? “Work.ua”nın bu ədalətsizliyin niyə baş verdiyinə dair bir neçə versiyası var.
Karyera artımınızı müzakirə etmirsiniz
İşçilərin istər vəzifələrdə, istərsə də maaşlarda irəli çəkilməmələrinin ən yayılmış səbəblərindən biri sadəcə bunu dilə gətirməmələridir. Rəhbərliklə bu cür söhbətlər çoxlarını qorxudur. Bəzi işçilər bununla çox iddialı, acgöz və qeyri-adekvat görünməkdən çəkinirlər. Rədd cavabı və ya hər hansı digər mənfi reaksiya irəliləmə barədə danışmaq niyyətini əvvəlcədən öldürür.
Davamı →

CV-də yazmayacağınız 6 şey

Hədəflədiyiniz işi almaq üçün CV-dəki məlumatlar çox vacibdir. CV-yə daxil edilməməsi lazım olan məlumatlar iş axtarışı prosesinə birbaşa təsir edə bilər. CV hazırlamaq karyeranız üçün atacağınız ilk və ən vacib addımlardan biridir. Düzgün hazırlanmış CV bir çox qapını aça bilər. Ancaq hazırlıqsızlıq, səhvlər və lazımsız məlumatlar iş tapmaq prosesini uzadır və istənilən mövqeyə çatmağının qarşısını alır.

Davamı →

Bir neçə iş təklifi alsanız nə edəcəksiniz?

İş axtarmaq olduqca stressli bir proses olsa da, bəzən işlər çox yaxşı gedə bilər və siz eyni anda birdən çox iş təklifi ala bilərsiz. Belə, bir vəziyyətdə qərar vermək çox çətindir, ancaq ən yaxşı seçim etmək əlinizdədir.
Eyni anda, birdən çox iş təklifi almaq ilk növbədə həyəcanlı olsa da, bir müddətdən sonra bu duyğu qərarsızlığa çevrilir. Ekspertlər bir çox iş təklifi almağın yaratdığı stressin öhtəsindən gəlmək üçün təhlil edib müqayisə aparmağınızı məsləhət görür.
Davamı →

İş axtararkən motivasiyanı yüksək tutmağın yolları

Iİş axtarışı çətin bir prosesdir. Bu prosesi yaşayacaq və sona çatdıracaq yeganə şəxs insanın özüdür. Aylarla davam edən iş axtarışı prosesi əhvalının pozulmasına və imtina etməyinə səbəb ola bilər. Ancaq dediyiniz kimi, bu çətin prosesi idarə edəcək şəxs sizsiniz. İş axtarışı prosesində həyatınızı bu mərkəzdə planlaşdırmaq işinizi asanlaşdıracaq.

Davamı →

İş müsahibəsində uğur üçün məsləhətlər

İş müsahibəsi üçün bir az hazırlıq, müvəffəqiyyət şansını gözlədiyinizdən daha çox artıra bilər. Müsahibədə nə etməli olduğunuzu və nə etməli olmadığınızı bilsəz, müsahibə yağ kimi keçəcək. Bu işi bilənlərin diqqət yetirdiyi 35 məsləhəti sizin üçün hazırladıq.
Müsahibənin gedişatını müsbət və təsirli etmək düşünüldüyü kimi çətin deyil. İşin sirri əsas şeyləri bilməkdir.

Davamı →

Part-time işləməyin üstünlükləri nələrdir?

Həftədə 40 saatdan az tammüddətli iş part-time iş sayılır. Part-time yəni yarım gün iş sayılır. Əlbəttə ki, bu tərifin məzmunu şirkət, sektor və ya vəzifəyə görə dəyişə bilər. Bəs part time işləmək işçi və işəgötürənə hansı üstünlüklər verir?
Əmək xərcləri, dəstək qüvvəsinə ehtiyac, dövri sıxlıq və digər səbəblərə görə şirkətlərin yarım vaxt işləmək üçün işçilərinə ehtiyacı var. Ümumiyyətlə, işçilər əlavə gəlir ehtiyacına görə bu işə müsbət yanaşırlar.
Qarşılıqlı olaraq ehtiyac sahiblərini bir araya gətirən bu iş prinsipinin əlbəttə həm işçilər, həm də işəgötürənlər üçün üstünlüklər və mənfi cəhətlərə malikdir. Bugünkü məqalədə part-time işin üstünlüklərini müzakirə edəcəyik. İşçilər və işəgötürənlər üçün part-time iş sisteminin bəzi üstünlükləri
Davamı →

İş məktubları necə yazılmalı

Siz nə qədər də əvəzolunmaz və hörmətli əməkdaş olsanız da, məktubları elə yazmalısınız ki, sonradan üz qızardan hallar baş verməsin.
Məktubun mövzusu
Məktublarda bu əsas məqamlardan biridir. Bir kilometrlik izahatlara ehtiyac yoxdur. Qısa və lokanik olarsa, məktubunuz da tez bir zamanda oxunar.
Davamı →