Рейтинг
+73.18

Karyera və yüksəliş

69 üzv, 89 topik

CV forması

Rezume və ya CV(ingilis dilində tərcümeyi-halın xülasəsi) forması iş axtarışında olan iddiaçı haqqında yığcam halda şəxsi məlumat, təhsili, tutduğu vəzifələrin xülasəsidir. Səliqəli yazılmış CV forması uğurun 50%-ni təşkil edir. CV forması elə yazılmalıdır ki, işəgötürən bu sənədi oxuduqdan sonra Sizi müsahibəyə dəvət edib şəxsən görüşmək istəsin. Bununla əlaqədar olaraq rezumenin yazılışında Sizi digər namizədlərdən fərqləndirəcək bir çox psixoloji amilləri də nəzərə almaq lazımdır.


Ardı →

İşini itirmisən?

İşsiz və ya kiminsə əlinə baxan adamın vəziyyəti, əlbəttə ki, çoxları üçün ağırdır. Yəqin ki, siz də belə vəziyyətə öyrəşməmisiniz. Çalışın, özünüzü işsiz qalmış adamın yerində təsəvvür edəsiniz. Bugünkü vəziyyətinizi daha yaxşı dərk etmək üçün aşağıdakı suallara cavab verin:
1. Ağlınıza nə vaxtsa qaçırdığınız şanslar haqqında fikirlər gəlirmi?
2. Baş verən hadisədə kimin günahkar olduğunu başa düşməyə çalışırsınızmı?
3. Başqalarından pis olduğunuzu düşünürsünüzmü?
4. Öz imkanlarınıza və gücünüzə inanırsınızmı?
5. Gələcək qarşısında qorxunuz varmı?
Ardı →

CV yazmaq üçün nələri bilməli?

CV necə tərtib edilməlidir

İşverənlə tanışlıqdan qabaq özünü yaxşı və qiymətli işçi kimi təqdim etmək mümkündürmü? Bəli, mümkündür — bunun üçün sadəcə olaraq yaxşı düşünülmüş CV tərtib etmək lazımdır.

CV nədir

CV — qısa şəkildə karyera tarixçəsini və iş axtaranın professional keyfiyyətlərini təsvir edən bir sənəddir. Ondan iş axtarışlarında və işə düzəlmək məqsədilə istifadə olunur. CV iş axtaran tərəfindən tərtib olunub bilavasitə işverənlərə təqdim olunur, poçt vasitəsilə göndərilir və ya işverənlərin sifarişilə personalın seçilməsi və işə götürülməsilə məşğul olan vasitəçi firmalara verilir.

CV nə üçün lazımdır

CV reklam xarakteri daşıyır. Onun mahiyyəti — işverəni qabaqcadan iş axtaranın professional keyfiyyətlərilə tanış etmək, diqqəti həmin iş axtarana cəlb etmək, işverəni maraqlandırmaq və görüşə sövq etməkdir. CV-nin əsas məqsədi — bilavasitə tanışlıq və işə qəbul olunmaq üçün işverənlə müsahibəyə dəvət almaqdır.

CV ilə tərcümeyi-halın fərqi nədədir

CV, bir çox dövlət idarələri və müəssisələrində istifadə olunan tərcümeyi-halın analoqudur. Tərcümeyi-halda, eyni CV-də olduğu kimi, qısa şəkildə həyat yolu təsvir edilir. Lakin CV-dən fərqli olaraq, tərcümeyi-hal sərbəst şəkildə tərtib olunur və adətən əllə yazılır. Bundan başqa, əksər hallarda tərcümeyi-hal işçi tərəfindən bilavasitə işə düzələrkən yazılır.

İş axtaran üçün CV-nin müsbət cəhətləri

1. Hətta iş vakansiyası olmadıqda, işverən, rezümenizi bəyənərsə, sizi gələcək planları üçün nəzərdə saxlaya bilər;
2. Hal-hazırda pretendent varsa, işverən fikrini dəyişə də bilər. Lakin istisna olunmur ki, görüş zamanı o sizi heç dinləməsin. 

CV forması

CV üçün standart bir form yoxdur. 
Aşağıdakı ardıcıllığı tövsiyyə etmək olar:
1. Başlıq əvəzinə adınızı, soyadınızı, atanızın adını yazın (adətən «CV» başlığından istifadə olunmur)
2. Ünvan
3. Telefon
4. Anadan olma tarixi və doğulduğunuz yer 
5. Ailə vəziyyəti
6. Məqsəd (axtardığınız iş yerinin və vəzifənin təsviri)
7. İş təcrübəniz (əks-xronoliji ardıcıllıqla, yəni son iş yerindən başlayaraq iş yerlərinin sadalanması. İşlədiyiniz müəssisə və ya şirkətlərin adı, iş tarixi, müddəti, tutduğunuz vəzifə, yerinə yetirdiyiniz funksiyalar və iş dövründə əldə etdiyiniz nailiyyətlər qeyd olunmalıdır)
8. Əlavə məlumat (nailiyyətləriniz, bilikləriniz, qabiliyyətləriniz, hansı xarici dilləri bilirsiniz, kompüterdə işləmək vərdişləri, sürücülük vəsiqəsinin mövcudluğu, ictimai fəaliyyət, şəxsi keyfiyyətlər)
9. CV-nin tərtib olunması tarixi

Nümunə CV forması kimi hazır CV forması 1CV nümunəsi 2 baxmaq olar.

CV-nin tərtib edilməsi prinsipləri

CV aşağıdakı tələblərə cavab verməlidir:
Yığcamlıq Mətnin həcmi 2 səhifədən çox olmamalıdır. İşverən, çox güman ki, böyük mətni oxumayacaq və təəssüf etmədən zibil səbətinə atacaq.
Məntiq Yalnız işə aid olanları qeyd edin — yersiz detallara və təfsilatlara yol verməyin
Düzgünlük Yalnız isbat edə biləcəyiniz məlumatları qələmə alın. CV-də göstərdiyiniz informasiya yoxlanıla bilər.
Pozitiv xarakter Calışın, özünüz haqda müsbət rəy yaradasınız. Yalnız pozitiv keyfiyyətlərinizi və güclü tərəflərinizi qeyd edin, əldə etdiyiniz nailiyyətləri vurğulayın. Əgər hər hansı bir informasiyanın xoşa gəlməmək ehtimalı varsa, onu yazmayın.
Ardıcıllıq İnformasiyanı xronoloji ardıcıllıqla təsvir edin, heç nəyi buraxmayın. İşverən bunu hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirə bilər.
Unikallıq Məhz sizə xas olan keyfiyyətlərdən bəhs edin, sizi digər namizədlərdən fərqləndirən müsbət cəhətləri vurğulayın.
Mükəmməl yazı stili Dəqiq ifadələrdən istifadə edin, ara sözlərə və anlaşılmaz ixtisarlara qəti surətdə yol verməyin
Gözoxşayan tərtibat Yalnız keyfiyyətli kağızdan və oxunaqlı şriftdən istifadə edin. Mətni məntiqlə yerləşdirin, onu paraqraflara bölün. Mütləq yazdıqlarınızı yoxlayın, mümkün səhvləri düzəldin. CV rahatlıqla oxunmalıdır.

CV necə yazmaq üçün ən yaxşı mənbə kimi necə CV (tərcümeyi-hal) yazmaq oxumaq məsləhət görülür.

 

İş axtarmaq üçün sayt deyəndə isə ağla təbii ki, busy.az saytının vakansiyaları gəlir. Oradakı filtrlər, vakansiyaların bolluğu iş tapmaq şansını daha da artırır.

Mənbə kimi «Abituriyent» Hazırlıq Kursunun materiallarından istifadə olunub.


Davamı →

Milyarder olmanın yolları

Sahibkardan milyarderə çevrilmək üçün itkidən qorxmamaq, vaxtında dayanmağı və hissləri idarə etməyi bacarmaq lazımdır.

İyirmi il bundan əvvəl uğurlu insanların həyatını təhlil etməyə başlayanda düşünürdüm ki, hər kəs sahibkar və ya böyük və hətta qlobal layihələrin və sistemlərin meneceri ola bilər. Lakin aydın oldu ki, bu heç də belə deyil.

İçimdə “daxili ağacdələn” adlandırdığım, məni daima uğur qazanmaq üçün, hər bir uğurun isə yenisinə yol açması üçün tətikləyən anadangəlmə bir hiss var. Bu hiss kimlərinsə və ya nələrinsə təsiriylə və ya kortəbii şəkildə də özünü büruzə verə bilər. Lakin belə bir “daxili ağacdələn” olmadan daimi uğur mümkün deyil. Əvvəllər müvəffəqiyyətli insanların əsas üstünlüyünün İQ olduğunu hesab edirdim. İndi isə onun yalnız üçüncü və ya dördüncü yerdə olduğunu düşünürəm.

Heç də böyük analitik məntiqə sahib olmayan bir çox insan çox əhəmiyyətli nəticələr əldə edə bilər. İQ –bu ekspert keyfiyyətidir və onu həmişə “kirayələmək” mümkündür. Amma emosional zəkanın(EQ) əsasını təşkil edən xarizma, ünsiyyətcillik, liderlik bacarıqlarını “kirayələmək” artıq mümkün deyil.
Ardı →

Ən uğurlu iş qadınlarından məsləhətlər

Dünyanın ən bacarıqlı iş qadınları karyerada uğur qazanmağın sirlərini açıqlayıb.
İş həyatının qadın üçün ağır olduğunu düşünürsünüzsə, dünyanın ən nüfuzlu şirkətlərində çalışan iş qadınlarının məsləhətlərini nəzərə alın və əməl edin. 

Yuxudan tez durun 
ugurlu iş qadınları«Starbucks» un rəhbəri Michelle Gass çox vaxt yuxudan 4.30-da durduğunu və qaçdığını söyləyir. «Avon» kosmetika firmasının rəhbərlərindən biri Andrea Jung isə 5-də oyanır. Sübh tezdən oyanmaqla iş həyatınızda daha böyük uğurlar əldə edə bilərsiniz. 

Alış-veriş edin 
Araşdırmalar qadınların bazarlıq etməkdə kişilərdən daha bacarıqsız olduğunu göstərir. Bu da kişilərin niyə qadınlardan daha çox pul qazandığını göstərir. Daha çox pul qazanmaq istəyirsinizsə, bazarlıq etməyi öyrənməlisiniz. 

İşlərinizi bölün 
«Four season» otellərinin baş meneceri Katie Taylor konrtol dəlisi olduğunu etiraf edir. Ancaq işçilərə də tapşırıqlar verməyi unutmur. Hər işin öhdəsindən gəlməyi bacardığınızı düşünüb bütün işləri öz üzərinizə götürməyin. 
Ardı →

Necə iş tapmalı?

Hər bir iş axtaran gənc həyatda ən azı bir dəfə belə suallar qarşısında dayanmaq məcburiyyəndə qalır: nə etməli, müraciəti hara yönəltməli. Əmək bazarında nə baş verdiyini anlamağa çalışır ki, iş tapa bilsin. Burada qəbahətli heç nə yoxdur, sadəcə şüurlu şəkildə yanaşma və planlaşdırmaya eytiyac var. 
Elə alınmasın ki, bu gün siz bir neçə müsahibədə iştirak edısiniz (və uyğun heç nə olmasın), sabah isə “boş gün” əmələ gəlsin. Əgər hər hansı bir mühüm məşguliyyət yoxdursa mütləq iş axtarmaqla bağlı ən azı bir tədbir planlaşdırın.
Məsələn, İş elanı ilə bağlı hər hansı bir telefon zəngi, və ya internet saytlarında axtarış, Rezumenizin hazırlanması və təkmilləşdirilməsi. CV-nin hazırlanma qaydası burada daha ətraflı təsvir olunur, sadəcə qeyd etmək istərdik ki çalışın orada orfoqrafik və qrammatik səhvlərə yol verilməsin, başadüşülməyən ixtisarlar və ya lüzumsus olaraq mürəkkəb, uzun-uzadı cümlələr yer almasın — siz memuar yazmırsınız. Unutmayın ki, Rezume-nin əsas məqsədi sizin şəxsiyyətinizə diqqəti cəlb etmək və bununla müsahibəyə dəvəti almaqdır. Sizin vəzifəsiniz müsbət təsir bağışlamaqdır.


Ardı →

CV necə yazmalı?

Rezüme(xülasə)- iş axtarmaq üçün ən səmərəli vasitələrdən biridir. Əslində o, potensial işəgötürən üçün sizin tərcümeyi-halınız və peşəkar təcrübəniz barədə ən əhəmiyyətli faktların qısa şərhidir. Rezüme yazarkən yadda saxlamaq lazımdır ki, o, sizdən ötrü bir növ vizit vərəqinə çevriləcək, buna görə də xülasə sizi iş axtaran insanların böyük axını arasında fərqləndirməlidir. Rezüme 1-2 səhifədən ibarət olmalı və orada aşağıdakı məsələlər işıqlandırılmalıdır:


1. Soyadınız, adınız, atanızın adı
Bu məlumatları vərəqin yuxarı hissəsində mərkəzdə iri hərflərlə (18-20 ölçülü şriftlə) yazmaq məsləhətdir.

2. Əlaqə məlumatları
Bu bənddə öz telefonunuzun nömrəsini, elektron poçtunuzun və İnternetdə ev səhifənizin (əgər varsa) ünvanını göstərin. Ev ünvanınızı göstərmək məsləhətdir, lakin bu zəruri deyil. Yaşadığınız rayonu (yaxınlıqdakı metro stansiyasını) göstərməklə kifayətlənmək olar. Bir sözlə, sizinlə tez və operativ əlaqə yaratmaq üçün mümkün əlaqə vasitələrini göstərin.
3. Məqsəd
Hansı vakansiyaya, işə və ya fəaliyyət sahəsinə iddia etdiyinizi göstərin, özünüzün peşəkar maraqlarınızın əhatə dairəsini qeyd edin. Burada həmçinin sizin gələcək iş yeriniz barədə arzu və tələblərinizi də göstərə bilərsiniz.


Ardı →

Gözəlliyin karyerada rolu

Aparılan araşdırmalar nəticəsində bəzilərinin «Bu, ədalətsizlikdi...», — deyə yanaşdığı çox maraqlı bir nəticə ortaya çıxıb.

Bir insan çox zəkalı olmasa da, gözəldirsə, iş həyatında müəyyən bir zirvəyə sürətlə gəlib çıxa bilər.

Çoxlarının acı həqiqət kimi qəbul etdiyi bu nəticə çox təəssüf ki, müasir dünyada özünü doğruldub. Dünyanın bir çox şirkətlərində zəkalı olmayan, ancaq gözəl xanımlar sürətli şəkildə karyera qura bilirlər.

Araşdırmaçılar məktəbi bitirən məzunların həyatlarını bir müddət araşdırıblar.

Nəticədə  zəkası olmasa da, gözəl simaya sahib olan insanların karyerasının daha sürətlə irəlilədiyi ortaya çıxıb.

Mütəxəssislər bunu özgüvənlə əlaqləndirirlər. Çünki gözəl üzü olan insanlar özlərinə daha çox güvənirlər və risk etməkdən çəkinmirlər. Buna görə hər iş fürsətini daha rahat dəyərləndirib sürətlə irəliləyirlər.


Davamı →