Рейтинг
+73.18

Karyera və yüksəliş

69 üzv, 89 topik

Xarakterin iş həyatına təsiri

1-Xolerik- Güclü psixikaya malikdir. Daim hərəkətdə olan proseslərə çətinlik çəkmədən adaptasiya ola bilirlər. Onlar bir iş sahəsindən digərinə asanlıqla keçə bilirlər. Möhkəm əsəb sisteminə sahib olduqları üçün asanlıqla lider ola bilirlər. Lakin bu tip adamlarla işləmək çətindir. Fəaldılar, yaradıcı və təşəbbüskar işçidilər, bir sözlə işdə irəli getməyə layiqdirlər, ancaq onları ya maddi ya da ki, mənəvi cəhətdən maraqlandırmaq lazımdır. Münaqişəni sevir. Rəhbər işdə işləməyə meylli olurlar. Küsəyəndilər, lakin kin saxlamırlar.


Ardı →

İşdə özünüzü necə aparırsız?

İnsanın iş həyatı ilə əlaqədar xasiyyəti haqqında təsəvvür əldə etmək üçün Levinsonun aşağıdakı testindən istifadə etmək olar. Siz də bu testdən keçin. Aşağıdakı suallara verdiyimiz müsbət cavabları hesablayın.

1-Tənqid edərkən səhv edənin «başına ağıl qoymağa» cəhd edirsiniz, yoxsa elə, «qamçılamağa» çalışırsınız ki, özünə gələ bilməsin?


2-Sizin təşkilatda baş verən nə varsa hamısına tam nəzarət etməyə ehtiyac duyursunuzmu?


3-Bütün tədbirlər üçün sizdən icazə alınmasını tələb edirsinizmi?


Ardı →

Biznesi necə qurmaq olar?

Öz şəxsi biznesini qurmaq, əlbəttə ki, hər bir kəsin arzusudur. Ancaq bunu sadəcə arzulamaqla reallaşdırmaq olmaz. Bəs bu çətin işdirmi? -Əlbəttə çətindir. Və təbii ki, hər kəs özünə bu sualı verir-Mən bunu edə bilərəmmi? -Əlbəttə edə bilərsiniz! Təcrübədən keçmiş və doğru yollardan istifadə etməklə siz də öz biznesinizi qura bilərsiniz. Hələ də gec deyil, elə indidən başlayın. Aşağıda göstərilən yollar sizə öz biznesinizi qurmaqda əminliklə deyə bilərik ki, köməklik edəcək:

— İlk növbədə ideyanız olsun. Bu ideya hazırlamaq istədiyiniz hər hansı bir məhsul və ya insanların ehtiyacı olduğunu düşündüyünüz xidmət ola bilər. Yaxud, bu elə bir şey ola bilər ki, insanlar hələ də ona ehtiyacları olduğundan xəbərsizdirlər, çünki belə bir şey hələ kəşf edilməyib.


Ardı →

Monoton bir yazı

Firdovsinin 30 il ərzində yazıb qurtardığı Şahnamədə belə deyilir:
Burada çox qaldığım üçün dəyərsizləşdim mən,
Suyun hovuzda çox qalanda iyləndiyi kimi.
Dəyərli adamlar da bir yerdə çox qalanda qiymətləri aşağı düşür.
“Təbdili-məkan, yəni yer dəyişmək xeyirlidir”, – deyirlər. Həmişə eyni yer, eyni sifətlər, eyni iş, eyni qayğılar… Eynilik bezginliyə səbəb olur. Adam əgər bir işdən bezibsə, o işə yeni rəng, yeni motiv qatmalıdır. Yer dəyişmək hərəkət etmək deməkdir. Hərəkətdə isə bərəkət vardır. Hərəkətsiz qalmaq bərəkətsiz qalmaqdır. Bir yerdə çox qalan su iy verir. Orqanizmin çox hissəsinin sudan ibarət olduğunu nəzərə alsaq, insanın hərəkətsizliyi onun da bezməsinə, üzülməsinə və bir yerdə “kif atmasına” gətirib çıxarır. Daim hərəkətdə olan Yer kürəsinin üzərində qalmaq üçün insan da hərəkət etməlidir. Elə bütün dərdlərimizin dərmanı da ağıllı hərəkət etməkdə deyilmi?
Davamı →

İşdə 14 çətin insan tipi və onları idarə etmə üsulları

Hər iş yeri bir-birindən fərqlidir.Amma çətin insan tipləri bütün iş yerlərində eynidir. Bunları sizə təqdim edirik:

1. Lokomotivlər: Bu insanlar öz bədbəxtliklərini başqalarından çıxarmağa alışıblar. Adətən, əsəbi olurlar və insanlarla düşməncə davranırlar. Avtoritar mövqeyə malik olan bu insanlar digər insanlarla daim diktator kimi davranırlar. Ən sevdikləri cümlə: ”ya mənim dediyim kimi olacaq, ya da heç olmayacaq.”

Davranış forması: Qəbul etməyin. Müdirinizə bu cür davranış formasının işinizi mənfi dəyişikliyə sövq edəcəyini deyin. Lokomotiflərə qarşı israrçı olun.

2. Mükəmməliyyətçilər: Əgər bir şey mükəmməl deyilsə, bu insanlar əsəbiləşir, neqativ təpkilər göstərirlər. Onların standartları real deyil. Başqalarının təriflədiyi bir iş bu insanlar tərəfindən qəbul edilən belə sayılmır. Onlar tez-tez “daha yaxşı ola bilərdi” cümləsini işlədirlər.
Ardı →

Daha uğurlu komanda işi üçün 10 məsləhət

Aşağıdakı 10 məsləhət daha müvəffəqiyyətli komanda işinin baş tutması üçün komanda daxilində mövcud olmalı olan mühiti təsvir edir.Uğurlu komanda işi daha yaxşı fəaliyyət üçün təməl daşıdır.

1. Komanda məqsədləri yaxşı anlayır və onlara çatmaq üçün özünü həsr edir.Bu aydın istiqamət və missiya yaxud məqsəd üçün razılıq effektiv komanda işi üçün əsasdır.Təşkilat komandanın işi,məqsədləri,məsuliyyəti və nəticələri haqda aydın gözləntilərə malik olduqda komanda daha möhkəm olur.

2. Komanda insanların kommunikasiya yaradarkən,mövqeləri müdafiə edərkən və fəaliyyət göstərərkən rahat hiss edəcəyi mühit yaratmalıdır.Komanda üzvləri bir-birinə inanmalıdır, aralarında razılıq olmadığı zaman onlar cəzalandırılmamalıdırlar.


Ardı →

Buna deyərəm iş yeri

Bu yazıda Kanadada yaşayan və yenicə işə girmiş gənc bir türk qızın iş yeri ilə bağlı dostları üçün ilk təəssüratlarını yazdığı bir məktubdan bəhs ediləcək. Elektron poçtu vasitəsilə göndərilmiş bu məktubu eynilə diqqətinizə çatdırıram:
“Salam dostlar,
Burada iş həyatının, demək olar, bütün elementləri bizdəkindən fərqlidir. Bu şirkətdə müdirlərin şəxsi otaqları yoxdur. Onlar da bizimlə bərabər bir-birilərindən arakəsmələrlə ayrılmış kiçik otaqlarda otururlar. Müdirlərin heç katibələri də yoxdur: yalnız bütün idarəyə xidmət edən ümumi bir katibə var. Rəhbər işçilər qonaqlarını özləri qarşılayırlar. Çünki qonaq qarşılamaq üçün ayrıca bir işçi yoxdur. Surətçıxarma və faksların göndərilməsi kimi xidmətlər də ayrıca şəxslərə həvalə olunmayıb. Kimə nə lazımdır, buyurub özü yerinə yetirməlidir. İcazə almaq üçün ərizə yazmağa ehtiyac yoxdur. İşin çıxıbsa, istədiyin zaman iş yerini tərk edir, çalışma vaxtlarını özün müəyyən edə bilirsən.
Ardı →

Sizi pis müdir edən 8 vərdiş

İş yerinizdə hər kəsin sizdən nifrət etdiyini heç hiss etmisinizmi? Hər kəs müdirlərindən nifrət edir, elədir? Məncə deyil. İşinizi düzgün qursanız, iş yoldaşlarınız yanınızda özlərini rahat hiss etsələr, problem yoxdur deməkdir. Yaxşı, nəyi səhv edirsiniz? Sizi pis müdir edən pis vərdişlərinizə nəzər salaq.   
Davamı →

Yeni işə başlayanlara bir neçə tövsiyyə

Bazar ertəsi yeni işə çıxırsınız? Həyəcan və təşviş içindəsiniz? Yeni kollektiv, yeni insanlar, yeni iş rejimi..və s. Bütün bu yeniliklərə necə uyğunlaşacağınızı düşünürsünüz? Biz sizə bununla əlaqədar bir neçə tövsiyyə təqdim edirik.

Əlbəttə ki, bu günə qədər işə gedərkən böyüklərimizdən bu tövsiyyələri eşitmişik: ”Heç kəsə baş qoşma!”; ”Qeybət eləmə!”; ”Gəzən şayiələrə qulaq vermə!”; ”Başını aşağı sal və işinlə məşğul ol!” və s… Düzdür, böyüklərimizin məsləhətlərindən daim faydalanmalıyıq. Amma biz sizə bu dəfəlik klassik etalonları bir kənara qoymağı təklif edirik. Belə ki:

1. Uzun müddət aparılan araşdırmalar onu göstərir ki, iş yerində tamamilə şayiələrə qulaq verməyib, sakitcə öz işi ilə məşğul olan insanlar, gün gəlir, özləri şayiə obyektinə çevrilir. Bu halla qarşılaşmaq istəmirsinizsə, şayiə və qeybətlərə qarşı biganə qalmayın. Yeni xəbərləri(şayiələri) eşitdikdə, ən azından gülümsəməklə öz münasibətinizi bildirin.

2. Əvvəl sizin vəzifənizdə işləyən insan haqqında məlumat toplamağa çalışın. Çünki, unutmayın ki, sizdən qabaqkı insan əgər çox yaxşı və işgüzar birisi olubsa, sizi daim onunla müqayisə edəcəklər. Yox, əgər, əksinə, pis işçi olubsa, onda sizə qarşı daha ehtiyatlı davranacaqlar. Bu səbəblə də, özünüzü aydın və şəffaf büruzə verin, kolleqalarınızın sizi, sizin daxili və xarici faktorlarınızı kənardan müşahidə etmələri üçün onlara şərait yaradın.
Ardı →

Mühasib nələri bilməlidir?

Azərbaycan Respublikasında iqtsadiyyatın bir sistemdən başqa bir sistemə keçməsi ilə əlaqədar ölkəmizin əhalisi bütün sahələr üçün ümumi olan qulluqçu vəzifəsində olanlarla əlaqədə olmaq məcburiyyətində qalır. Bu vəzifələri tutanlar bütün hallarda öz işlərini tələblər səviyyəsində qura bilmir və insanlarda narazılıqlar yaranmasının səbəbkarı olurlar. Hər gün rastlaşdığımız bu cür çətinlikləri öyrənmək, belə vəzifələri icra edən insanların nəyi etməyə borclu olduqlarını oxucularımızın nəzər diqqətinə çatdırmaq istəyirik. Bu cür vəzifələrdən biri böyük, yaxud kiçikliyindən asılı olmayan bütün idarə və təşkilatlarda mövcud olan mühasib vəzifəsidir.
Mühasibin vəzifə borcu mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının,təsərrüfat-maliyyə fəaliyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı yerinə yetirir.
Davamı →