Casuslar

casusluq-ən şərəfli sənətMəlumdur ki, jurnalistika və casusluq qədim peşələr arasında gedən rəqabətdə ikincilik uğrunda mübarizə aparır.Maraqlı burasındadır ki, bu iki peşə adamları həmişə bir-birilə əlaqədə olublar. Casuslar çox vaxt jurnalistlərdən aqent yaradaraq özləri müxbir cildinə düşürlər.(Lazım olmayan yerlərə girmək üçün).Əvəzində isə jurnalistlər casuslar haqqında canla-başla çoxlu yazılar yazırlar və buna görə də yaxşı qonorar alırlar.Başa düşdüyünüz kimi söhbət casuslaradan gedəcək.

Haşiyə

Sizə bir şifr verim.Müasir kompüterlərin kəşfinə qədər bu şifr ən rahat kodlardan biri sayılırdı.Əslində açar olan üçün bunu tərtib etmək və anlamaq çox asan idi.Amma açarsız demək olar ki, onu oxumaq mümkün deyildi.200 il ərzində bu casusların ən sevimli gizli yazışma üsulu idi. İstənilən açar fikirləşmək olar.məsələn 123.indi öz mətnini (məsələn мама мыла раму) şifrələ.Ara buraxmadan yazılmış mətnin altında bir-birinin ardınca rəqəmlər yəni açar yazılır.İndi hər hərfin əvəzinə əlifbada ondan altında yazılan rəqəm qədər sonra gələn hərfi yazırıq.məsələn verdiyimiz misalda М+1=Н, А+2=В, М+3=П və s.Nəticədə НВПБОЮМВУБОЦ alınır.Şifri oxumaqçünsə ordakı hərflərdən açarın uyğun rəqəmini çıxmaq lazımdır.

 

İndi isə bəzi casuslar haqqında.

Naum Eytinqton(Naumov,Kotov)

Наум (Натан) Исаакович ЭйтингонOtuzuncu illərdə sovet kəşfiyyatının ABŞ- dakı qeyri- leqal rezidenti.Likvidator.Lev Trotskiyə qarşı Meksikada sui-qəsdi təşkil edib.Əməliyyat “Ördək”adlanırdı.Trotski isə “Starik”(Qoca)ləqəbini daşıyırdı.

Naum 1942-ci ildə alman səfiri Fon Papenə qarşı sui-qəsd hazırlayıb, amma sui-qəsd baş tutmamışdır.1951 -ci ildə “sionist sözləşməsi”ndə təqsirli bilinərək Moskvada həbs edilmiş, 53-cü ildə buraxılmış, həmin ildə yenidən başqa bir iş üzrə 9 illik həbs edilmişdir.Cəzasının hamısını çəkmiş və 1992-ci ildə Moskvada vəfat etmişdir.


Zoya Voskresenskaya ( Yartseva, Rıbkina)

“Sokolnikidə şam ağacları”nın müəllifi.50-ci illlərin əvvəllərində NKVD –nin (Daxili İşlər üzrə Milli Komitənin)polkovniki kimi təqaüdə çıxır.Ona qədər isə İsveç və Çində casusluq etmişdir.

Rixard Zorge

Rixard Zorge-canli əfsanədirYarı rus yarı alman əsilli Alman vətəndaşlığını qəbul etmiş və gənclik vaxtından sovet kəşfiyyatı üçün çalışmışdır.1933-cü ildə “Frankfurt Tsaytunq”qəzetinin müxbiri kimi Yaponiyada işləmiş və oradan Moskvaya informasiya ötürürmüş.Məsələn Yaponiyanın Rusiyaya 1941-də hücum etməyəcəyini o xəbər veribmiş.1943-cü ildə tutulub və edam edilib.Ölümündən sonra SSRİ qəhrəmanı adını almışdır.

Konon Molodıy(Qordon Lonsdeyl)

Konon Molodiy1955-ci ildə özünü kanadalı kimi qələmə verərək Londona gəlib və qeyri-leqal rezidenturanın yaradıcısı olub.Eyni zamanda uğurlu biznes qurub barlar üçün musiqili avtomatlar ticarəti ilə məşğul olaraq öz əməliyyatlarını maliyyələşdirirdi.1961-ci ildə ifşa edilib və 25 il həbs cəzasına məhkum edilmişdir.1964-cü ildə britaniya kəşfiyyatçısı Vinnlə dəyişdirilmişdir.

Görüş yeri

İndi internetin,rəqəmsal fotoapparatın sms-in olduğu bir dövrdə casuslar üçün işləmək daha rahat olub.Amma casusların bir-birinə ötürməli olduqları elə şeylər var ki, internetə sığışmır.Məsələn paraşütlər,akvalanqlar,partlayıcılar,iri məbləğdə nağd pullar və s.

Casusların ən çox sevdikləri yerlər

Qəbiristanlıq

əsasən yeni qazılmış qəbirlərdə nəsə gizlətmək çox rahatdır.

Kilsə

Lonsdeyl katolik kilsələrin birində Məryəmin heykəli altında ona lazım olan instruksiyaları tapırdı.

Poçt

Bu etibarlı üsulu düşünənlədən birincisi XIX əsrin məşhur casusu Nat Pinkerton olmuşdur.Sonra o detektiv aqentliyini açmışdır.Bəzi məxfi sənədləri lazım olan vaxta qədər öz-özünə göndərmək ,ox etibarl üsul idi.

Telefon köşkü

Adətən casuslar telefon köşklərindəki aparatların üzərində şifrələr qoyurlar.Bu yolla onlar bəzi məlumatları ötürürlər.Məhz bu yolla doxsanıncı illərdə Eyms Oldircin işi üzrə təyin olunmuş agent telefon aparatı üzərində üç hərfdən ibarət şifrə cızaraq izlənildiyini xəbər vermişdi.

Türk hamamı

Həmin Molodıy türk hamalarını kəşfiyyat üçün əla yer adlandırmışdır.Burda nə qədər istəsən qala bilərsən .ye,iç,yuyun,yat və bu zaman səndən heç kəs sənəd tələb etmir,suallarla səni narahat etmırlər.Hətta demək olar ki, heç kəs səni görmür.Çünki, personal kabinədən çıxanda qalın buxarların içinə düşürsən orda isə göz-gözü görmür.

Kitabxana

!950-ci ildən 1989-cu ilədək Vyanada şəhər bələdiyyə kitabxanası kəşfiyyat qüvvələri tərəfindən axtarılmışdı.Lakin heç bir axtarış nəticə verməmişdi.Hətta gizli polislər belə minlərlə kitab rəfi qarşısında aciz idi.

Zoopark

Burda heyvanları müşahidə edərək saatlarla vaxt keçirmək olar.heç kəs anlamaz ki sən orda nə edirsən. “Ştazi” Şərqi Almaniya kəşfiyyatının əməkdaşları tez-tez Qərbi-Berlindəki zooparkda görüş təyin edirdilər.Nədənsə həmişə zürafələrin olduğu yerdə.İş ona çatmışdı ki, Qərbi-Berlin zürafələrin olduğu hissəyə gizli kamera quraşdırmışdı.

Ardı var....
 

11 şərh

Cavid

Çox maqarlı mövzudur təşəkkürlər. Ardını gözləyirik.

P.S. Maraqlısı ondadır ki, cəsusların bir çoxu yüksək vəzifələrdə çalışan insanlar olub.

Əliyev
Конон Молодый haqqında yazmağınız çox yaxşı oldu. Bu Konon(onu İngiltərədə Qordon Lonsdeyl adı ilə tanıyırdılar) nəinki adi casus olub,o həm də milyoner idi. İngilislər heç şünhələnə bilmirdilər ki milyonları olan,oyun avtomatları və s. istehsal edən bir hörmətli biznesmen sovet agenti ola bilər.İngiltərə kraliçası onu cəngavər tituluna layiq görmüşdü.Maşınına 100 oktanlı benzin vururdu.Yalnız xəyanət nəticəsində o ələ keçir(polyak agent onun dostunu satır və sonra Qordonu da tuturlar). Ona 25 il iş kəssələr də bir ingilis agenti ilə əvəz edirlər.
Əliyev

Ən məşhur casuslar arasında Kim Filbi də qeyd edilməlidir( Kim Philby).Ən məşhur sovet casusu olan Kim ingilis kəşfiyyatında çox mühüm vəzifələr tuturdu.Kembric məzunu olan Kim Filbi əsl kommunist idi. O unikal casuslardandır ki,pula görə yox,ideyaya görə casusluq edib.O KQB-yə pula görə yox,kommunizm ideallarına görə xidmət edirdi. Məhz elə insanların sayəsində SSRİ dünyanın ən güclü dövlətlərindən biri olub.Onun haqqında Филлип Найтли yazdığı Ким Филби — супершпион КГБ kitabını istəyənlər internetdə elektron və audio variantını tapa bilər.

2ral
Əliyev,Çingiz Abdullayevi mən də çox oxumuşamGöz vururBir məsələ də var ki ən yaxşı casusların adları naməlumdur.Onlar haqqında kitablar yazılmır,ingilis qəzetləri məqalələr yerləşdirmir,kinolar çəkilmir.Belə agentlər öz işləri ilə məşöuldur. Kim bilir,bəlkə də Pentaqonda hansı rus casusu məlumat oğurlayır? Kim bilir,bəlkə də hansı ingilis kəşfiyyatçısı KQB generalından milyonlar dəyərinə məxfi sənədlər alır?
Cavid
Çox maraqlı yazı və çərhlərdir, bəziləri haqda məlumatım olsada yeni məlumatlar da əldə etdim, thx)
Əliyev
Tural,Çingiz Abdullayev oxumazdan əvvəl də bunları bilirdim. Dünyada ən məşhur casuslar arasında Oldriç Eyms (Aldrich Hazen Ames) də qeyd etməsəm pis olar.ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) əks-kəşfiyyat idarəsində şöbə rəisi olmuş bu adam Sovet və rus kəşfiyyatının ən qiymətli agentlərindən biri idi.Məhz onun verdiyi məlumatsayəsində daha bir məşhur agent olan general-mayor Dmitriy Polyakov(Дмитрий Фёдорович Поляков) ruslar tərəfindən ifşa edilmişdi.Bu Polyakov agentlər içində Rusiyaya ən çox ziyan vurmuş adamlardandır.19 sovet agentinin adını(xaricdə casusluq edən),150 sovetlərə işləyən xarici və 1500 sovet kəşfiyyat orqanlarında işləyən adam haqqında məlumatı amerikan kəışfiyat orqanlarına vermişdi.
girl_moon
Rixard Zorgenin 30 və 40-cı illərdəki fəaliyyəti barədə kitablarda çox az məlumat verilib, bəzi məqamlar isə hələ də qaranlıq olaraq qalır. Deyilənə görə ruslar onu dindirilmə zamanı sovet kəşfiyyatçısı olduğunu etiraf etdiyinə görə  bağışlamayıb. Yaponiya dəfələrlə öz kəşfiyyatçısı ilə onu dəyişməyi təklif etsə də, ruslar belə bir adam tanımadıqlarını bəyan ediblər. Yalnız ölümündən 20 il keçəndən sonra Xruşov Rixard Zorgenin  haqqında çəkilmiş filmə baxaraq onu qəhrəman adlandırıb. bu dövrə qədər onun adının çəkilməsi qadağan olunub, hətta həyat yoldaşlarından biri həbs olunaraq, sibirə sürgün olunub. Onun Almaniyanın Rusiya üzərinə hücüm edəcəyini hələ may ayında xəbər verməsinə baxmayaraq, Stalin buna inanmayıb. İçkiyə və qadınlara çox aludə olmasına baxmayaraq, bu onun yaxşı kəşfiyyatçı olmasına maneçilik törətməyib.
rokfeller
Ən əsas məqam qeyd edilməyib.Rixar Zirge bakılıdır! Bu məşhur agent məhz Bakıda alman ailəsində anadan olub.
girl_moon
Bəli, düzgün qeyd etdiniz,  özü də belə deyib: «Mən Bakıda doğulmuşam  və uşaqlıq illərim bu şəhərdə keçib».
kastanka
Zorgenin Bakılı olmasını Şəhərimizdəki bir parkın adı da göstərir.Zorge parkı.
təpəgöz
İndi casusluğa ehtiyac yoxdur.Google ən yaxşı şpion sayila bilər.