Günümüzün reallığı : Piruz Dilənçi

Piruz Dilənçi

Piruz Dilənçinin pasportdakı adı Əli, soydı İsmayılfiruz, atasının adı isə Baratəlidir. 16 may 1965-ci ildə Tehranda azərbaycanlı ailəsində anadan olmuş, təhsilini də orada almışdır. İxtisasca inşaat mühəndisidir. 14 yaşı olarkən ilk kitabı Tehranda fars dilində böyük tirajla nəşr edilmişdir. Doğulduğu şəhərdə yaşadığı illər müddətində 7 kitabı fars və Azərbaycan dillərində işıq üzü görmüşdür.

İranın "Keyhan" və "Ettelaat" kimi dünya səviyyəli mətbuat orqanlarında onlarla elmi, ədəbi, ictimai və siyasi məqalələri dərc edilmişdir. 17 yaşında ümumiran gəncləri arasında keçirilən ədəbi yarışda birinci yeri tutmaqla İranın nümunəvi gənciadına layiq görünmüşdür. Bir neçə il «Varlıq» jurnalı ilə əməkdaşlıq etmişdir. Əvvəllər sol təmayüllü siyasi təşkilatların tərkibində, sonralar isə milli azadlıq uğrunda apardığı siyasi mübarizələr nəticəsində dəfələrlə totalitar molla rejimi tərəfindən həbs edilərək ağır işgəncələrə məruz qalmışdır. Təqib və təzyiqlərdən yaxa qurtarmaq üçün 1990-cı il yanvar ayında Sovet Azərbaycanına pənah gətirmişdir. O vaxtkı Sovet Azərbaycanında yaşamasına icazə verilməsə də, Anar, Nəriman Həsənzadə, Məmməd Araz və Nəbi Xəzri kimi görkəmli ziyalıların rəsmi və yazılı ərizə, müraciət və zəmanətlərini nəzərə alan KQB (DTK), nəhayət ki, 1991-ci ildə onu "vətəndaşlığı olmayan şəxs" kimi Azərbaycanda qeydiyyata almışdır.


1991-ci ilin sonlarında «Ədəbiyyat və incəsənət» qəzetində "Ədəbi Təbriz" adlı şöbə yaratmış və bir il müddətində hər nömrədə bir səhifəni nəmin ad altında oxuculara təqdim etmişdir. Daha sonralar Piruz Dilənçinin əmək və təşəbbüsü ilə Azərbaycan Dövlət Televiziyasında «Araz-Cənub ədəbiyyatı toplusu» və «Şəhriyar-Cənub ədəbiyyatı toplusu» adlı silsilə proqramlar dörd il tamam ekrana çıxarılmışdır.
Piruz Dilənçi yüzə yaxın sevilən mahnı sözlərinin də müəllifidir.


O, ədəbi yaradıcılığı ilə bərabər milli-siyasi hərəkatda da fəaal iştirak etmişdir. Bünövrəsi 1991-ci ildə qoyulmuş CAMAH-ın əsas banilərindən biri olaraq, 1999-cu ilə qədər həmin təşkilata rəhbərlik etmişdir. 1999-cu ildə Təbrizdə milli hərəkatın dalğaları genişləndikdən sonra P.Dilənçi CAMAH Mərkəzi Komitə rəhbərinin birinci müavini, eyni zamanda Bakı Komitəsini sədri təyin edilmişdir. Bu gün də həmin müqəddəs vəzifəni yerinə yetirməkdədir.


Piruz Dilənçi 2000-ci ildə 3.000 yaxın imza toplayaraq, Azərbaycan Respubliksı Milli Məclicinin növbəti seçkilərində iştirak etmək məqsədi ilə namzədliyini irəli cürdü. Lazimi sənədlərin təqdimindən sonra, onun namzədliyi rəsmiyyətlə qeydə alındı. Əslində qanuni baxımdan P.Dilənçinin qarşısında heç bir problem qalmamışdı. Lakin seçkilərdən bir neçə gün öncə seçkilərə hakim olan mafiozların təsiri altında, Mərkızi Seçki Kommisiyası ədalətsiz və qərəzli qərarla əsassız bəhanələrə istinad edərək P.Dilənçinin qeydiyyata alınmış namzədliyini ləğv etdi.
5 dekabr 2002-ci il tarixdə P.Dilənçi bir qrup naməlum şəxs tərəfindən yaşadığı mənzilin qarşısından oğyrlanmışdır. 21 gün məxfi saxlanıldıqdan sonra, mətbuatın təzyiqi nəticəsində, nəhayət ki, Daxili İşlər Nazirinin mətbyat katibi məcbur olaraq Piruz Dilənçinin həbsi ilə bağlı açıqlama vermişdir. P. Dilənçi bir həftə yeraltı və soyuq kamerada ağır fiziki və ruhi işkəncə altında saxlanıldıqdan sonra, Şüvəlanda yerləşən təcridxanaya göndərilmişdir. 38 gün həbsdə saxlanıldıqdan sonra, səbəbsiz tutuluğu kimi, səbəbsiz də ev dustağı şəraitində nəzarətdə saxlanılmaq şərti ilə azadlığa buraxıldı. Üç aydan sonra isə ev dustaqlığından da azad edildi

P.S. Sadəcə dinləyin...

P.p.s. Bu postda copy paste prinsipindən istifadə olunmuşdur...

1 şərh

Cavid
Səviyyə və dilənçimin dueti)