yayın istisində bizi nə sərinlədir??? Dondurma...

Dondurma yayın ən sevimli desertidir desəm yanılmaram.

Yayın qızmar çağında qaymaq,meyvələr və şokoladdan ibarət bu təravətləndirici qarışıq insana əvəzolunmaz həzz verir.Dondurmaların müxtəlif cür bəzədilməsi insanın onu dadma arzusunu birə beş artırır.Dondurma Çində icad edilsə də,əsasən 1774-cü ildə Filipp  Lenzi tərəfindən Amerikaya gətiriləndən sonra onu daha da geniş tanımağa başladılar və dondurmanın müxtəli növləri yaradıldı, dadı getdikcə mükəmməlləşdirildi.

Dondurma istehsalının mükəmməlləşdirilməsi yolunda ilk  proqress Nyu-Cersidən olan qadın Nensi Conson tərəfindən 1846-cı ildə həyata keçirilmişdir.O, frizeri yaratmışdı.Lakin o, bu aləti patenləşdirməmişdii.Ona görə də onun adı patent yazılarında yoxdur.Lakin 30 may 1848-ci ildə frizerin oxşar bir növü Yonq tərəfindən patentləşdirilmişdi.Ən azından o, bu aləti "Dondurma üçün Conson Frizer Patenti"adlandırmışdı.

dondurma (marojna)

İlk dəfə dondurmanı satışa çıxaran 1850-ci ildə Toronto şəhərindən olan kanadalı qənnadçı Tomas Vebb idi.

Maraqlı burasındadır ki,qədim Rusiyada dondurmanın hazırlanma reseptini bilirdilər.Hələ qədim Kİyev Rusiyasıında desertə dondurulmuş və şəkərlə qarışdırılmış və xırda doğranmış süd verirdilər.İlk  qaymaqlı dondurma isə III Napaleonun  dövründə Fransanın Plobyer Le Bem  şəhərində   icad edilmişdir.Elə yeni kəşf olunmuş südlü desert də şəhərin adına uyğun olaraq  Plombir adlandırılmışdı.

Sonralar dondurmanın növləri həndəsi silsilə kimi artmağa başladı.Hər avropa milləti ona öz əlavələrini qataraq mükəmməl ləzzət əldə etməyə çalışırdı.

Avstriyalılar dondurmaya şokolad,italyanlar meyvə,qoz,likör ,peçenye parçaları və hətta çiçək də  əlavə edərk assorti dondurma növlərini yaradıblar.

Qaymaqlı plombirin resepti..(Ev şəraitində)

İnqrediyentlər:

300 ml 35%-li qaymaq
100 qr şəkər tozu
1/3 ç.q.şəkərli vanilin
3 yum.ağı
1/2 limonun suyu
80 qr şəkər pudrası

Hazırlanışı:

1.Qaymağı vanilli  və adi şəkərlə qarışdırın.30 dəq vam odda bişirin.Soyudub buz dolabına qoyun.Bunu bir gün əvvəl düzəldib gecə soyuducuya qoymaq olar ki, yaxşıca donsun.

2.Soyudulmuş yumurta ağlarını bərk köpük alınana qədər mikserlə çırpın.Mikserin sürətini yavaş -yavaş artıraraq limon suyunu və şəkəri astaca əlavə edin.


3.Soyudulmuş qaymağı mikserlə çırpıb ona yumurtanın ağını əlavə edin.Çox ehmallıca qarışdırın.

4.Qabı polietilenlə örtüb 3 saatlığına buz dolabına yerləşdirin.Sonra çıxarıb bir daha mikserlə çırpın və yenə minimum 3 saatlığına dolaba yerləşdirin.Bundan sonra dondurma hazırdır.

Nuş olsun !!!

8 şərh

Cavid
Mövzu maraqlıdır amma İftardan sonra yerləşdirsəydiniz daha da yaxşı olardı))
Ferbara
Mən də iftardan əvvəl məqaləni görsəm də açıb oxuya bilmədim. Suzumdan yanırdım. ))
Əliyev
Alınma dondurmaların çoxu yaxşı deyil.Bakıda kafedə qabda dondurma yeməyin ləzzəti ayrıdır.
Cavid
Tamamilə razıyam, özüdə kola ile biryerdə))
kastanka

kola demişkən bir dəfə  mən ans çm -də keçirilən müsabiqədə bir yeşik kola udmuşdum.O vaxt da koladan çox xoşum gəlirdi.Bunu da cəzasını çəkdim.Allergiya tutmuşdu məni koladan.(((O vaxtdan kolanı görən gözüm yoxdur..


Dondurmaya gəldikdə isə yaxşı dondurmalar var ama çox bahadır.Ən yaxşısı evdə hazırlamaqdır. Yazdığım resepti yoxlayın xoşunuza gəlməsə pulunuzu geri ödəyəcəm)))

Aynur
Xoşuma gəlmədi. Pulumu qaytar:)
2ral
Çox tərifli Paldo dondurmaları(Palmali istehsallı) əslində o qədər də dadlı deyilmiş (şəxsi fikrimdir). McDonaldsın dondurmaları daha dadlıdır.
nar1000
Dondurmalar yağlılığına görə üç qrupa ayrılır. «Az, orta və çox yağlı. Dondurmada istifadə olunan yağ kərə yağı olmalıdır. Məhsulun hazırlanmasında bitki və digər yağların istifadəsi yolverilməzdir. Dondurma alarkən əgər onun keyfiyyətinə şübhə edirsinizsə, o zaman uyğunluq sertifikatı tələb edin. Uyğunluq sertifikatı olmadan satışa çıxarılan bütün dondurmaların keyfiyyətinə zəmanət verilmir”.
Yazıya görə təşəkkürlər