"Beləmi gələllər Qazağa, Mövlud"-Bəxtiyar Hidayət

«Beləmi gələllər Qazağa, Mövlud»-Bəxtiyar Hidayət
Bə Qazağa gələcəydin bayramqabağı
Süfrəmizin əvəzinə
Torpağımız açıldı qonağa, Mövlud
Beləmi gələllər Qazağa, Mövlud.
 
Bu gen dünya başına
Darıydı səbrin kimi
Yadındamı mən Üzeyiri ağlayanda
Demişdin məni də belə ağlayars anmı
Ondan da betər ağladım səni
Soyudumu ürəyin
Torpağın kimi, qəbrin kimi
Kaş yara çıxaydı bu dilə, dodağa, Mövlud
Beləmi gələllər Qazağa, Mövlud
 
Sənin kitabını yumaq yerinə
Getdim cəsədini yumağa, Mövlud
Bükülüb dönmüşəm yumağa, Mövlud
Beləmi gələllər, Qazağa, Mövlud
 
Doğmaların qucaqladı məni
İyini məndən alırmış kimi
Mən sənə büründüm, sən ağa, Mövlud
Beləmi gələllər, Qazağa, Mövlud
 
Düşmədin yarpaq kimi
Enmədin bayraq kimi
Ürəyim çat verdi
Çırpıldığın torpaq kimi
Həmişə gözümdə
O atıldığın ucalıqda qalacaqsan
Sanki hesab ödəyirmiş kimi
Yenə düşdün hamımızdan qabağa, Mövlud
Beləmi gələllər, Qazağa, Mövlud


Qeyd 1:Şeir mart ayının 16-da özünü 17-ci mərtəbədən ataraq intihar edən gənc köşə yazarı Mövlud Mövluda həsr edilib.
Qeyd 2:Bu şeir  kulis.az  aytında yayımlanmış "Şəhərə Mövlud yağacaq – MÖVLUD MÖVLUDA HƏSR OLUNMUŞ ŞEİRLƏR"adlı şeir-məqalədən seçilmişdir.

0 şərh