Rəsmi anons-25 oktyabr 2012

Hörmətli sayt istifadəçiləri!
Nəzərinizə çatdırırıq ki, bugündən etibarən saytımızda "Ən yaxşı məqalə" yarışması keçirilir.
Mükafat «Sizin Marketdə» 50 AZN dəyərində alış-veriş kuponudur.

Ay ərzində ən maraqlı topik müəllifi qalib olacaq. Maraqlı, orijinal, sosial şəbəkələrdə çox paylaşılan, fotoşəkillərlə zəngin yazılara xüsusi diqqət yetiriləcək. Qalibin seçilməsi zamanı həm ona verilmiş reytinqlər,həm də sayt administrasiyasının rəyi nəzərə alınacaq.

Nəzərənizə çatdırırıq ki, yarışın sponsoru olan Sizin Marketdə başqa supermarketlərdən fərqli olaraq qiymətlər daha sərfəlidir.

Kayzen.az saytıda həmişə maraqlı və faydalı məqalələr yerləşdirilib. Lakin sayt administrasiyası bir müddət sayta lazımınxa diqqət yetirə bilmirdi: qlobal istiləşmə, Yaponiyada zəlzələ, Braziliyada bəzi quşların nəslinin kəsilməsi və s. problemlərlə əlaqədar başı qarışıq olan sayt rəhbərlik nəhayət ki, saytla daha yaxından maraqlanmağa qərar verib:)
Bundan sonra saytda məqalələrin keyfiyyəti, istifaədçilərin fəallığının artması,saytın daha da populyarlaşdırılması üçün tədbirlər görüləcək. Bu işdə istifadəçilərimizin də bizə yardım etməsi,fəal olması arzu olunur.

İndi isə ruhi zövq almaq üçün Andre Boçellinin ifasında gözəl musiqiyə qulaq asaq:

10 şərh

Shabnam_Ilham
Maraqlıdı… Anonsdan maraqlı olan isə sayt adminstrasiyasının başının qarışmasına səbəb olanlar idi :) Məncə bu sayt istifadəçilərini daha da maraqlı məqalələr yerləşdirməsinə səbəb olacax..:)
Samir012
yaxşı bir məqalə yazmağın tam vaxtıdır, mükafata görə deyil sadəcə xüsusi maraq oyanıb)
pascal
Mən saytda yeni qeydiyattan keçsəm də, kayzeni uzun müddətdir, laap çoxdan uzaqdan izləyirəm. Amma, qatılmağa bir az gec qərar verdim. Bir dəfə belə bir mükafata YinqYanqın da təltif olunduğunu görmüşəm. Layiq idi də. Burda öz yazıları ilə, aktivliyilə, çalışqanlığıyla sayta nəfəs verən iştirakçıların çox olduğuna əminəm. Hər kəs öz düşüncə tərzilə, maraqlı nəşrləri, hətta şərhlərilə kayzenə rəng qatır. Amma, bunların içərisində bir istifadəçi də var ki, düzün sözü, öz orjinal yazılarıyla, yerləşdirdiyi nəşrlərdə hər bir şeyin yrli-yerində olmasıyla, məni bu sayta gətirən amillərdən biri oldu. Bu istifadəçi, Bumeranqdır.  Ancaq, bir ay ərzində fəal olub, bircə topikə görə mükafat almaq — neçə vaxt bu saytın, istifadəçilərin, hətta qıraqdan bu saytı izləyənlərin təfəkkürünü, əxlaqını, həyata baxışını öz yazılarıyla  daim inkişaf etdirən birinə verilməməsi — haqsızlıq olar məncə. İstərdim ki, gələn ay, mükafatlandırma zamanı bu şərhimi də nəzərə alasınız, hörmətli Kayzen.
_BUMERANQ_
Hər zaman çalışıram ki, nəsə faydalı məqalələr yerləşdirim. Əgər bunu qismən də olsa edə bilmişəmsə çox sevinirəm. 

Lakin bu saytda əməyi olan, orijinal topiklər yerləşdirən istifadəçilər az deyil, bir nəfəri ön plana çıxarmaq lazım deyil.
 
ayxansevda
yazı 25  noyabr tarixində yerləşdirilib bəs niyə 25 oktyabr başlığı ilədir?  maraqlidi
Samir012
Yəqinki səhv yazılıb, noyabr olmalı idi. «sayt administrasiyası bir müddət sayta lazımınca diqqət yetirə bilmirdi: qlobal istiləşmə, Yaponiyada zəlzələ, Braziliyada bəzi quşların nəslinin kəsilməsi və s. problemlərlə əlaqədar başı qarışıq olan sayt rəhbərliyi» yəqinki problemlər üzündən noyabr yazmaq yerinə oktyabr yazıb, hər halda başa düşüləndi. Əsas odur ki, mükafatlandırılma sizin də dediyiz kimi düzgün aparılsın, bu cür səhvlər ingilislər demişkən minority sehvlərdi)

_BUMERANQ_
Maraqlıdı, başınızı qarışdıran problemlərdən hansısa birinin həlli tapılıbmı :)

Zarafat bir kənara Kayzendə inkişafa aparan nəsə görmək sevindirici haldı.
Samir012
elə mənim üçün də, daim inkişafda olmaq lazımdı kayzen-in sloqanı kimi)
Someone
fikirləşmək və elə bir məqalə yazmaq lazımdır ki, ayın qalibi olsun)
Cavid
15 gün qaldı qalibin seçilməsi üçün ancaq məqalələrin nəşri hələki istənilən aktivlikdə deyil