Qaydalar-2

Saytda müraciət forması kimi alə,qədeş,bratello,bratan müraciət formaları yığışdırılır. Yalnız istifadəçinin logini(məsələn,mr13) yaxud öz adı(Nadir) işlənir.Üstünlük birinci formaya verilir.

Dalbadal 7 mövzuda şərh yazana minus verilsin. Kimsə gedib 1 ay kənddə dincələndən sonra gəlib görür ki,saytda yüz dənə məqalə var.Başlayır onların hamısına şərh yazmağa. Belə halın qarşısını almaq üçün tələb olunur ki,istifadəçi diqqətlə,aram-aram şərh yazsın. Vacib deyil ki şərhlərin hamısı bir saatın içində yazılsın.

Saytda kütləvi reytinq azaltmağa və artırmağa çağırış olmasın. Filankəs Arsenalın zəif olduğunu dedi,gəlin bu Mançester azarkeşinə kütləvi minus yazaq kimi hallar aradan qaldırılsın.Elə hal olanda çağırışçının özünə minus verin. Kütləvi çağırış yalnız yumor üçün yazıldıqda,pis məqsəd güdmədikdə işlənə bilər.

Lüzumsuz yerə şərh ağacını böyütməyin.Bundan sonra çalışın maksimum dərəcədə şərhləri alt-alta yazın. Şərhlərə cavab vermək funksiyasından ifrat dərəcədə istifadə edənlər cəzalanacaq.

Sayt adminitrasiyası ilə mübahisə etməyin.Mübahisə üçün kayzen.az bölümündə öz iradlarınızı,şikayətlərinizi bildin.amma topik daxilində mübahisə etməyin.bizim işimiz onsuz da çoxdur.Bilmirik istifadəçilər üçün maraqlı yazılar hazərlayaq,texniki çətinlikləri həll edək yoxsa hansısa özündənrazı troll xarakterli istifadəçi ilə mübahisə edək.Əgər yaxşı məqalələr oxumaq,inkişaf etmək,özünü təkmilləşdirmək istəyirsinizsə mənasız yerə adminitrasiya ilə mübahisə etməyin,özünüz itirəcəksiniz.

Sayt istifadəçiləri reytinq sistemini düzgün başa düşsünlər. Əlinin xoşuna Vəlinin şərhi gələn kimi cumur vəlinin profilinə səs verməyə. Başa düşmək lazımdır ki,şəxsi profildə səs əlamətdar hadisələrdə,istifadəçi çox maraqlı nəsə yenilik edəndə,həqiqətən də diqqətəlayiq bir iş edəndə verilir. Hər xırda şeydən ötrü şəxsi profildə minus yaxud plyus verməyin. Öz səsinizin qədrini bilin.

Bəzi istifadəçilər isə əksinə,postlara,şərhlərə reytinq vermirlər. Bir məqalədə hamı şərhlərdə müəllifi tərifləyir,onu alqışlayır,amma heç kim posta səs vermib. Əgər məqalə xoşunuza gəldisə ona səs verin(və əksinə). Şəxsi profildə səsi az,postlarda və kommentlərdə isə çox verin.

2 şərh

papatürk
Ən əsəbiləşdiyim şeydir ki,posta səs vermirlər,onda elə bil müəllifin qolu-qanadı sınır. söhbət adi,mənasız postlardan getmir.Baxıram ki,hamı deyir,papatürk,əladır,davam elə,ardını gözləyirik.Amma bir nəfər səs verməyib.
IDEAL
Bu baxımdan sizi başa düşürəm. Söhbət rytinqdən getmir. Sizin postların səviyyəsi çox yüksəkdir. Bu tip postlar yazmaq çox cidi araşdırma tələb edir. Ancaq qeyri-ciddi elmi əsasları zəif postlar reytinq rekordları qırır. Halbu ki, onlara az vaxt sərf edirsən. Elə mənim postlarımda da eyni məsələ var. Az vaxtla hazır olan bir post reytinq rekordu vurur əziyyət çəkib araşdırdığım isə...  Bu anda düşünürəm ki, bu qədər əziyyət çəkmişəm heç kəs bəyənmədi. Bir daha həmin mövzuda araşdırma aparanda qolum qanadım qırılır. Ancaq yenə özümü məcbur edirəm ki, yox bu daha vacibdi. Halbu ki, elə postlar var ki, onlara sərf etdiyim vaxta minimum 5-6 reytinq təlabatına uyğun məqalə yazardım. Bilirəm ki, siz də bəzi postlarınız əvəzinə bunu edə bilərdiz. Ancaq həqiqətən də səviyyəni saxladığınız üçün sizə təşəkkür edirəm!