Sayt yenilikləri(hamı oxusun)

Bugün 2 xəbər hamının diqqətinə çatdılır.Birincisi odur ki,fidanın təklifi ilə ən yaxşı post seçimi aparıldı.İnternet-dizayndan yaxşı başı çıxan və saytla yaxşı tanış olan istifadəçilərin səsverməsindən sonra bu çətin seçimdən sonra 2 nəfər qalib seçildi. kayzen istifadəçilərinin çoxu intellektual səviyyəsi yüksək olan uşaqlardır və onlara ən yaxşı hədiyyənin kitab olduğunu düşünüb Robert Qrinin "33 стратегии войны" və Larri Kinqin "Как разговаривать с кем угодно когда угодно и где угодно" adlı bestsellerləri hədiyyə olunur.
"33 стратегии войны"-çox maraqlı kitabdırКак разговаривать с кем угодно, когда угодно и где угодно
Saytda yaxşı topiklər çoxdur,amma son qərar budur ki,bu postlar qalib olsun:
İmperatorun oğlunun müəmmalı ölümü müəllif Sufi
Yəhudi mərasimləri müəllif rokfeller
hər ikisninə həyatda bol-bol müvəffəqiyyətlər arzulayırıq!

İkinci əsas xəbər isə çoxlarının maraqlandığı copy-paste haqqındadır. nə şiş yansın,nə kabab prinsipi ilə hərəkət edərək yekun qərarı belə elan edirik:
Xarici internet resurslarında 2 dəfədən artıq yayımlanmış mətn yazısını postda qoymaq olmaz. Belə hal olduqda posta minus vermək hər bir kayzen istifadəçisinin borcudur.
Digər saytlarda 2 dəfədən az adi HTML-mətn kimi yayımlanmış mətni qoyarkən isə həmişəki kimi müəllif hüququ qorunmalıdır.Bu zaman teqlərdə copy-paste teqinin qoyulması lazımdır.


loading...

11 şərh

papatürk
Təbrik edirəm qalibləri.Həqiqətən də hər ikisi yaxşı yazırlar.Diplomatiya haqda rokfellerin yerləşdirdiyi postları oxumaq insana xüsusi zövq verir. Kitablar yəqin ki qalın cilddə,yaxşı tərtibatdadır.
fidan
Ayıb söhbətdir))) Kitabları özüm seçmişəm.
bankir
Qalib post kimi loğmanın yazılarını da görmək olardı.IDEAL,mr13,Aynur və s. maraqlı postları var. Səsvermədə kimlərin iştirak etdiyini bilmək olar?
HTML

Seçimdə münsiflərdən biri mən idim.Seçimdə əsas diqqət bunlara yönəlmişdi:
ölçüsü normada olan,təsviri olan,maraqlı şəkillər
mətndə tərtibatın gözəlliyi və gözüyoran olmaması,qalınkursivin normada işlənməsi
Postun özünün maraqlı olması
postun orijinallığı. Bu səbəbə görə bloqçunun postlarına səs vermədim,yoxsa onun maraqlı məqalələri çox idi.
sufinin postunda videonun olması və mənbənin yaxşı işlənməsi.Hiss olunurdu ki,müəllif bunu yaratmazdan əvvəl xeyli işləyib.Çünki o şəkilləri,videonu,linkləri tapmaq çox əziyyət tələb edən iş idi.

IDEAL
Qalibləri Təbrik Edirəm! Əslində düzünü desəm Bakir demişkən maraqlı postlar çoxdu kayzendə məsələn mən şəxsən qalibi seçməkdə çətinlik çəkərdim. Ancaq seçilmiş qalib məqalələr layiqlidi. Yəni pis seçim deyil. Həqiqətən ikisininda bu yazıları çox maraqlıdı.
bloqçu
Dostları təbrik edir və uğurlar diləyirəm. Kitablar da görünür ki, maraqlıdır..

HTML, məqalələrimi maraqlı saydığınız üçün çox sağ olun.. Xahiş edirəm məni səhv başa düşməyin, mən özüm sizi çox yaxşı başa düşürəm, sadəcə olaraq həmin məsələdə məni bir şey incitdi ki, yazılar mənim öz yazılarımdır və bu adi copy-paste-çilərin işi kimi bir adda sadalanır. Halbuki mən də öz yazılarımda öz fikirlərimi, düşüncələrimi bölüşmüşəm. O yazılarda öz hisslərim yatır. Hər-halda razılaşıram ki, bu söhbətdə orijinallıq baxımından uduzuram, səhvəm. Amma, xahiş edirəm ki mənim adım copy-paste edən, ondan-bundan yazı oğurlayıb, istinad vermədən saytlarında yerləşdirən, müəllif hüquqlarını pozanlar sırasında sırasında hallanmasın. Mən o istifadəçilərdən deyiləm.

Bir daha təbriklər.
IDEAL
Düzü bəzi məsələlərdə sizinlə razıyam. Bəzən elə olur ki, bilmirsən məqalə kimindi. Elə mənim də məqalələrimdə müəllif bəzən qeyd olunmur. Çünki nə yazacağımı bilmirəm.  Çünki kitabdan istifadə edibvə cümlələri çox vaxt dəyişib özümə xoş olan tərzdə yazıram. Sonrada bilmirəm sonda müəllif olaraq kimi yazım. Müəllifin adını yazsam səhər deyər ki, bu sözlər mənə aid deyil niyə yazdığımı dəyişmisən? Yazmasam onda nə yazım özümdə bilmirəm. Axı bu yazınn ideyası mənə aid deyil.
Sadəcə insan oxuduğu bir neçə kitabdan istifadə edib tamami ilə yeni öz fikirlərindən ibarət bir yazı ortaya qoysa müəllif sayila bilər məncə. Sadəcə o yazılara müəllif olaraq öz adımı yazıram ki, bütün cümlələr və yaxud yazının tamami ilə ideyası özümə aiddir. Qaldı ki, digər mənbələrdə copy-paste bu nəyə lazımdır. Yenə öz yazısı olanı sizin kimi başa düşmək olar. İstəyirsiz fiirlərinizi kiminləsə bölüşəsiz. Bu normal bir hissdi bütün müəlliflərdə olur. Yoxsa heç kəs heç nə yazmaz.  Ancaq başqasının yazısını hazır şəkildə hansısa saytdan götürüb kopyalamaq məncə tamami ilə başqa məsələdi. Heç bir məntiqə sığmır. Ola bilər ki, təsadüfən istifadə olunmuş kitablar üst-üstə düşsün ancaq şüurlu şəkildə buna getmək yolverilməzdi.
təpəgöz
Səsvermənin necə keçirilidyini bilmək olar? Kimlər orda iştirak edirdi? Mənim karyera haqqında məqaləmdə hər şey yerli-yerində idi. Söhbət kitabdan getmir.O kitab olsa da,olmasa da bu saytda hərə özünə görə bir fayda verməyə çalışır.Mənə sadəcə maraqlıdır ki,hansı kriteriyalara əsasən belə seçim oldu? Məncə qalib postlardan da yaxşıları vardı.
lesyA
təpəgöz,bir məqalənizin nəşr olunma tarixinə baxın. siz bu məqaləni dünən yazmısınız,biz isə öz seçimimizi 2 gün əvvəl etmişik,bu bir.İkincisi,lap siz onu əvvəl yazsaydınız da mən yenə  o məqalələrə səs verərdim.Seçimdə isə mən,HTML,Elvin85,kiber və fidan olub.

Mən bugün kitab mağazasına getmişdim. bu kitabları gördüm. Kitablar doğurdan da yaxşıdır.Qiyməti ucuz deyil,yoxsa birini mən almaq istəyirdim:)
Ferbara

Təbrik.


Axır ki, copy-paste işinə az da olsa, əncam qılındı.

mr13
Bu rəqabəti bir az da artıracaq. Çünki inanıram ki, bu saytda əksəriyyət userlər kitab həvəskarıdır.