2014 yekunlar

Keçən il ərzində saytın statistik göstəriciləri sabit qaldı.Yayda aşağı düşmə olsa da (bu həmişə bizdə qeydə alınır), ilin sonuna doğru dinamika artdı:

2014-cü ilin çox maraqlı göstəricisi- mobil telefonlardan istifadənin oyaının artmasıdır. Android və iOS istifadə edən istifadəçilərimiz çoxdur:

Ən populyar brauzer Google Chrome olsa da, mobil brauzerlərin payının yüksəldiyini də görürük:

2014-cü ildə saytda 2951 yeni topik nəşr olunmuş,onlara 6594 şərh yazılmışdır.
Ən əsası, neçə-neçə insana fayda verilmiş, onların dünyagörüş və elminin artmasında yardım olunub. Xüsusən də tələbələrin ən sevimli maarifləndirici saytına çevrilməsində bu il böyük uğurlar əldə etmişik.
2014 həm də problemlər ili oldu: saytda texniki funksiyaların  bir çoxunda nasazlıqlar olub.

Yeni 2015-ci ildə daha böyük uğurlar əldə edəcəyimizə inanırıq: saytda yeni yüksək keyfiyyətli məqalələr,maraqlı şərhlər görmək arzusu ilə.
Hamının bayramını təbrik edir,bol uğurlar arzulayırıq.

2 şərh

pascal
Məncə də sayt üçün ən problemli il oldu 2014. Və təəssüf ki, bəzi texniki nasazlıqlar bizimlə 2015-sə gəlir. 
Nə deyək, tezliklə həll olmasın ümid edir, Yeni ildə həm sayta, həm saytdakılara, ümumiyyətlə, hər kəsə problemsiz, sağlıqlı, rahat bir il arzulayıram.  
kurdamir
Məndə Bu il Kayzen.az-a üzv oldum.İndiyə qədər çox saytlara üzv olmuşdum,Amma Kayzen kimi maraqlı,daim inkişafda olan,Rəngarəng,Zəhmətə qiymət verə bilən və ən əsası səmimi dosdlardan ibarət sayt görməmişdim.Məhz bu səbəbdən İnternetə girməyimin  Üç səbəbdən biri Kayzen.az-dır.Mən Kayzen.az-dan çox şey Öyrəndim Və öyrənməyə çalışıram.Ümid edirəm ki,M/topiklərim və topiklərim ən azı 5 nəfərə fayda verə biləcəm.
Məndən bu qədər :))