Aylıq icmal-30 iyun

Neftin qiymətinin bahalaşdığı, Türkiyə-İsrail münaqişəsi və s. məsələlərlə əlaqədar olaraq saytda köklü dəyişikliklər var. Bundan sonra saytda açıq qeydiyyat bağlanır,invayt (invite ingiliscə dəvətnamə deməkdir) sistemi tətbiq olunur. Saytda qeydiyyatdan keçmək üçün gərək invayt əldə edəsən.
Tutaq ki mənim bir yaxşı dostum var və onun saytda qeydiyyatını uyğun bilirəm. Bundan sonra gərək İnvayt hesabımdan dostumun e-mailini əlavə edib ona dəvət göndərim. İnvaytı hər adama verib xərclərməyin. Onun sayı məhduddur. Elə adamlar var ki (onlar çoxdur) kayzendə qeydiyyatdan keçmiş dostu yoxdur yaxud dostu simiclik edib invaytı ona vermir. Bəs onlar neyləsin? Həmin insanların da arzusunu nəzərə almışıq. Saytda ancaq intellektual-mədəni səviyyəsi yüksək olan istifadəçilərin qalması üçün belə fikirləşmişik ki,qoy həmin adamlar xüsusi formda suallara cavab versin. Onların verdiyi cavablardan asılı olaraq onların kayzendə qeydiyyatdan keçib-keçməməsi məsələsinə baxılacaq.

Saytda təmizlik işlərinə başlanılır. Saytda qeydiyyatdan keçmiş bir çox insanların hesabı silinir. İndiyə kimi heç bir şərh yazmamış, saytda faydası olmayan insanların qeydiyyatda qalması məqsədəuyğun sayılmır. Ramzesin bir vaxtlar dediyi kimi artıq kayzendə də yalnız qız tutmaq üçün qeydiyyatdan keçib düşük mesajlar göndərən, loginindən belə səviyyəsizliyi bilinən istifadəçilər bizə lazım deyil. Onların çoxunun hesabı silindi. Dünən 150-dən çox istifadəçinin hesabı silindi. Yaxın vaxt ərzində saytda qeydiyyatdan keçmiş istifadəçilərin sayı yavaş-yavaş azalacaq. Saytda qapalı qeydiyyata keçməsi ilə əlaqədar olaraq aylıq reytinq yarışdırması dayandırılır.
Təmizlik işləri hələ də davam edir. Bir çox istifadəçilərin klonları aşkarlandı. Yaxşı olar ki,klon yaratmış istifadəçilər [email protected] səmimi şəkildə klonlarının hesablarını göstərsinlər. Onlara qarşı heç bir sanksiya olmayacaq.
Bundan sonra içində 3-dən çox şərh olan yazıları müəlliflərin silməməsi tələb olunur. Başqasının fikir bildirdiyi yazını silməklə müəyyən qədər həmin istifadəçinin özünə də hörmətsizlik edilmiş olur.

İndi keçək ayın nəticələrinə. Bu ayın reytinq yarışmasının qalibi kimi 250 dollar mükafatı papatürk alır. Lakin bu ay bloqçu çox aktiv olmuşdur: mikrobloqda və fərdi postlarda göstərdiyi fəallığa görə bloqçuya sayt administrasiyası 100 AZN mükafat verir. 100 AZN də saytda fəallıq göstərməsə də, kayzen icmasına çox böyük köməyi dəymiş telebe yoldaşımıza çatır. Tezliklə çalışacağıq ki,onun işinin nəticəsini saytda görək.
Bu ay saytda aktivliyi ilə fərqlənmiş ramzesin fikirlərinə aqressiv yanaşmalar da oldu. Xahiş olunur bundan sonra hamı fikir bildirərkən ehtiyatlı olsun. Onsuz da azıq. Durub öz aramızda da dava etməyə nə ehtiyac?
Bundan sonra saytda qeydiyyat çətinləşdiyi və saytın öz istifadəçiləri aralarında daha mütəşəkkil olacağı üçün istifadəçilər bir-birinə sən deyə müraciət edə bilər.

Siyasi lətifələr adlı bloqun yaranması təklifinə rədd cavabı verilir.  Əvəzində əhvali-ruhiyyəni yüksəltmək üçün bir bloq yaradılması planlaşdırılır.
Sayt istifadəçilərinin çoxu (xüsusilə də aktiv istifadəçilər) yay tətilindədir. Çalışın istirahətinizi yaxşı və mənalı edin. Kitablar oxuyun,maraqlı filmlərə baxın, sağlamlığınıza fikir verin. Gördüyünüz maraqlı təəssüratları tez-tez bloqlarda və mikrobloqda qeyd etməyi unutmayın.

loading...

21 şərh

HTML
Qapalı qeydiyyat maraqlıdır,Aznetdə belə sayt görməmişdim. Amma yeni istifadəçilərin qeydiyyatı çətinləşəcək ki,sktivliyi azaldacaq.
bloqçu

Papatürkü təbrik edirəm :)


Məni də bu ayda da dəyərləndirdiyiniz üçün çox sağ olun, minnəttdaram. Ümumiyyətlə, reytinq, fəallıq, pul bir yana əgər yazılarım həqiqətən də maraqlı sayılırsa bu məni çox sevindirir. İnşallah yazmağa mənfi mövzular olmasın və bizlər də ancaq yaxşı mövzulardan bəhs edək… Hamıya uğurlar və xoş tətillər.

Fortuna
Məsələn mən bu sayta həmkarım İDEAL nikli istifadəçinin məsləhəti ilə gəlmişəm. O bu satla əlaqədar çox ciddi problemlər yaşayıb səbəbini açıqlamağım yəqin ki, məsləhət deyil. Şərh yazanlar onun məqalərinin silinməsində onu bir müəllif kimi qınamazlar. Profilində özünün bu barədə qeydlər etdiyini gördüm.

Qalibləri təbrik edirəm.
2ral
Mövzuya aid olmasa da qeyd etməliyəm. IDEAL bu saytda əvvəllər çox aktiv istifadəçi idi,amma sonralar fantastik iddialar irəli sürdü,sayt administrasiyasını bir çox şeylərdə günahlandırdı,amma heç nəyi əsaslandırmadı.Ona görə də o ban olundu.
Yaranan gündən kayzendə həmişə çalışılıb ki ədalət olsun və buna cavabdeh mən olmuşam. Nə qədər aktiv istifadəçi olsa da,heç kimə haqq verilməyib ki,sayt istifadəçilərinə iftira atılsın.Ona görə də arada problem yarandı.İstəsəniz səbəblərini açıqlaya da bilərsiniz.
Fortuna
İDEAL həm kifatət qədər savadlıdı həm də kifayət qədər ağlı başında biridi. Onun fantastika ilə heç bir əlaqəsi yoxdu.

Sebebini izah etsəm onsuzda siləcəksiz. Necə ki neçə gündü xoşunuza gəlməyən şəhr olan kimi silirsiz. Ədalətlisizsə cavabını verə bilmədiyiniz şərhləri nə üçün silməklə başınızdan edirsiz?  Ədalət obyektivlik tələb edir. Ya cavab verin ya da ki, qoyun qalsin silməyin. O fikirlər də ki təqqir yoxdu söyüş yoxdu. Nə üçün silinməlidi mən başa düşə bilmirəm. Bir də ki, mən şəxsan 2 gün  əvvəl onun atama müraciət edib işi məhkəmə ilə həll etmək istədiyinin şahidi oldum. Ancaq əmisi oğlu və mən onu hələ ki bu işi gecikdirməsi üçün razı sala bildik. Hər halda ümid edək ki, Bütün Klounlar bu saytdan yığışacaq.


P.S. Qaldı ki onun əsaslandırılmasına tamami ilə məntiqli bir şəkildə başqa bir satyda yerləşdirilib.
2ral
Sizin heç bir şərhiniz silinməyib. Silinən şərhlər başqa istifadəçilərindir. Görünür sizin də
klonlarınız varGülümsəyirMövzuya aid olmadığı üçün offtopu saxlayaq.
P.S. Şəxsi mesaj qutusuna baxın.
Magicboy
niyə görə başqa istifadəçilərininki silinir ki????????
Fortuna
Bəhaizmə aid yazdığım dastan şərhləri kim silib? Heç bilmədim o Javid19 nikli bəhai hara getdi. o şərhləri yazmaq üçün çox əziyyət çəkmişdim.
2ral
O yazıların müəllifi Elsamir nikli istifadəçi idi və yazılarının silinməsini istəmişdi. İndi başa düşdünüz niyə görə topiklərin silinməsinin əleyhinəyik?
Adamın öz şərhini siləndə xoşunuza gəlmir,sayt administrasiyasını ittiham edirsiniz.Amma bir tərəfdən də deyirsiniz ki məqalələri silmək lazımdır. Siz o şərhləri yazanda əziyyət çəkdiyiniz kimi,dostunuz IDEAL-ın da şərhlərini yazmaq üçün əziyyət çəkiblər.
P.S. bu millətə nə edirsən et,xeyri yoxdur.Gərək diktator kimi rəftar edəsən.
Fortuna
Elsamirin o məqalələr üzərində əziyyəti mənim əziyyətimlə müqasiyəedilməz dərəcədə çoxdu.  Onun nikini ban etmisizsə (bunu dəqiq deyə bilmərəm) onun bunu tələb etməyə haqqı var. Elsamirin poçt ünvanını eləcədə Nuranənin poçt ünvanını qeyd edin şərh yazmış insanlar müraciət edib onlara etirazlarını bildirsinlər. Belə şərhlərin silinməsində sayt administrasiyasının günahı yoxdu. Müəllif məqalələrinin silinməsini istəyir məcburən kiminsə məqaləsini şərhə görə saxlamaq olmaz. Əgər sayt administrasiyası müəllifə hansısa məbləq ödəmiş olsa və məqaləni ondan almış olsa bu halda müəllifin bunu tələb etməyə haqqı yoxdu. Topiklərin silinməsinin əleyhinə ola bilərsiz ancaq belə etməklə qanunu pozmuş olarsız. Ayrıca əgər saytın belə bir qaydası varsa (bundan xəbərim yoxdu) bu qayda Azərbaycan respublikasinin konstitusiyasına zidd olduğu üçün etibarlı sayıla bilməz. Çünki heç Milli Məclis belə konstitusiya əleyhinə qanun tədbiq edə bilməz nəinki sayt bunu etsin.

P.S. Sağ olsun demokratiya Konstitusiyamız diktator olmaq istəyənləri nəzərə alıb
mr13
IDEAL adlı istifadəçi sayta mənim dəvətimlə gəlib. Onun saytdan nə üçün getdiyini dəqiq bilmirəm. (Həmçinin Elsamir, Fidanın da) Çünki, hər biri ilə söhbətdə heç biri niyə getdiklərinin səbəbini açıqlamadılar. Nuranəyə (İDEAL)- qaldıqda isə mən onu çox gözəl tanıyıram, və bilirəm ki, Heç vaxt yalan danışan deyil və iftira atmasına da inanmıram. Ola bilər ki, nəsə anlaşılmazlıq olub. Yadımdadır ki, reytinqdə hamıdan qabaq ola ola onu hər gecə kimsə minuslayırdı. Bu mənim də başıma gəldi lakin birtəhər dəf etdim. Sadəcə İDEAL yəqin ki, bir balaca sərt təpki göstərib. Məncə 3 nəfər unikal istifadəçidən biri olan İDEALın getməyi sayt üçün itkidir. (qalan 2 iştirakçı: bloqçu və ramzes-di)
Magicboy
Əgər qalib bu gün bilinəcəkdisə, gərək hansı saata əsasən qalibi seçdiyinizi yazardınız. Bu gün saat 6-dək Bloqçu olub birinci. Bu gün Bakı vaxtı ilə səhər 6-dək online olmuşam. Ona görə də dəqiq bilirəm ki, papatürk saat 6dan sonra birinci pilləyə qaldırılıb. Niyə qaldırılıb deyirəm, çünki bu gün papatürk nə online olub, nə də bloq və ya şərh yazıb. Bunu xahiş edirəm admin izah etsin…
2ral
Mən onlayn olmamışam saat 6-ya kimi. Amma gecə çox adamın hesabı silinib,bəlkə də ona görədir. Bilmirəm.
Yarış nəticələri adətən saat 12-nin yarısı-12 arası verilir adətən.Amma düz deyirsiniz,dəqiq vaxt gərək elan olunsun.
bankir
Bir tərəfdən yaxşı oldu ki,indi hər yoldan keçən qeydiyyatdan keçməyəcək.Amma qeydiyyat üçün form yoxdur. Kimsə qeydiyyatdan keçmək istəyirsə onda neyləsin?
Mükafat alanları təbrik edirəm.
papatürk
Elitaya düşmək gərək çətin olsun:) Ona görə bir tərəfdən saytda hər kəsin qeydiyyatının çətinləşməsi yaxşıdır.Amma insanlar süni çətinlikləri sevmirlər.
Arzt
İnvayt sistemi xoşuma gəldi.Qalibləri də təbrik edirəm.
tenqo
Qalibi və mükafat sahiblərini təbrik edirəm. Uğurlar
Westsider

Əgər yazıların silinməsini qadağan etmək istəyirsinizsə, qaydalarda yazın ki, istifadəçi qeydiyyatdan keçməklə bununla razılaşır.

AMMA mən bunun əleyhinəyəm. Hər kəsin müəllif hüquqları olduğu üçün istifadəçi istədiyi zaman sayt administrasiyasından onun yazılarının və ya ümumiyyətlə akkauntunun silinməsini tələb edə bilər.

P.S. Qapalı qeydiyyatlı yalnız bir sayt bilirəm, amma o, NHN klubunun forumudur və sırf onun(klubun) üzvləri üçün nəzərdə tutulub

2ral
Hər kəs müəllifi olduğu yazını silə bilər. Bura kollektiv bloq servisidir.
Lakin,problem ban olunmuş istifadəçi ilə bağlı idi. IDEAL nikli istifadəçi ban olunduğu üçün problem yaranmışdı… İstəsəniz öz yazılarınızı silə bilərsiniz. Heç kimin məqalələrini zorla saxlamırıq.
İstifadəçi Razılaşmasında bu yaxında dəyişiklik ediləcək. Şərhlərin syaı çox olan yazıların silinməsini qadağan etmək əgər istifadəçilərin xoşuna gəlsə qəbul olunacaq.Çünki bəzən bir maraqlı məqaləyə hamı əziyyət çəkib şərh yazır,amma sonra müəllif bunu silir.
Westsider
Sadəcə öz fikrimi bildirdim və məsləhət verməyə çalışdım=)