Saytdaxili müraciət və ünsiyyət barədə

Yeniə fəaliyyətə başlayan saytımız artıq istifadəçilərlə zəngin olmağa başlayır. Yeni istifadəçilər isə təbiidir ki,saytda özünü bir qədər narahat hiss edirlər(эффект новичка). Saytdaxili müraciət də mühümdür. Beləiklə,aşağıdakıları sayt ictimaiyyətinin nəzərinə çatdırıram:
1. müraciət zamanı yalnız istifadəçi adı işlənir. qaqaş, Leyla xanım, ay qız, brat kimi müraciət formaları bundan sonra olmasın. İstifadə edənlərin reytinqinə minus veriləcək.
2. Maksimum dərəcədə nəzakətli olmaq. çox işləyən adama eşşək kimi əlləşib-vuruşur demək olmaz.
3. tənqidlər tez düzələndirsə,bunu şəxsi mesajla müəllifə çatdırmaq. Post yazılan kimi hipertoniya sözündə r hərfini yazmadığına görə müəllifi tənqid atəşinə tutmaq lazım deyil.
4. kat( səhifə bölənindən) istifadə etmək. Məqalə uzundursa yaxud içində şəkil varsa, mütləq səhifə bölənindən istifadə edilməlidir.
5. sitat gətirərkən kursiv, nəyisə vurğulamaq istərkən qalın formatlama olsun. Redaktordan düzgün istifadə olunsun.
6. Microsoft Wordd'n istifadə etməyin. Sadəcə mətni ordan götürüb copy-paste etməklə günah işlətmiş olursuz. Nə yazınız varsa,redaktorda yazın.
7. Saytda bir nəfər kişi istifadəçinin(yəqin ki,elədir) qızlara şəxsi mesajda tanışlıq təklif etməsi və s. olmuş və qızlar bundan şikayət etmişdi. Bilməyənlər bilsin,bilənlər də təkrarlasın. Bura mamba,loveplanet,evlənmə bürosu və s. deyil. Hər iki tərəf könüllü tanış olmaq istəyirsə,buyursun.amma spam yazmaq,insanlara narahatlıq vermək qəti qadağandır.

Kimin nə əlavəsi varsa desin.

3 şərh

bankir
Maraqlıdır,qızlar ona nə cavab verib?:-)
kiber

Ola bilsin bu qayda hardasa yazılıb, amma mən görməmişəm... Bir növ bu yazıya əlavə kimi olsun.


2ral-dan sitat: «qalınkursivlə yazmayın.»


Bu gün mənə edilən xəbərdarlıq idi...

bankir
8. bəzən yazını ortaya align center edirlər. xoşa gəlmir bu.